27Dek
Şəhər 1 saylı tam orta məktəbin idman zalında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş boks idman növü üzrə rayon birinciliyi keçirildi.Yarışda müxtəlif çəki dərəcələri üzrə ümumilikdə 30 idmançı iştirak etdi. Qalib olan boksçular rayon gənclər və idman idarəsi tərəfindən diplomlarla təltif edildilər. Rayonda idmanın inkişafında fəal iştirakına görə boks üzrə məşqçi müəllim Faiq Məmmədov ayrıca olaraq diplomla təltif edildi.
Tərtər Rayon Gənclər
və İdman İdarəsi
Teqlər: İdman
19Yan
Ölkəmizdə idman böyük uğurla inkişaf etməkdədir. İdmanın bir çox növlərində boksçularımız, karateçilərimiz, güləşçilərimiz öz fiziki hazırlıqları ilə ölkəmizə uğurlar qazandırmışlar. Azərbaycan bu gün bir idman ölkəsinə çevrilib. Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, gənc nəslin formalaşmasında və cəmiyyətin inkişafında idmanın böyük rolu vardır.
Rayonumuzun idmançıları da öz qələbələri ilə həm ölkəmizə, həm cəbhə bölgəsi olan Tərtərimizə şan-şöhrət gətirirlər. İdmanın boks növü üzrə əldə olunan nailiyyətlər ürəkaçandır. Yeni-yetmə və gənclərimizdən Məhərrəm Məhərrəmzadə (52 kq) Bakı şəhərində keçirilən gənclər arasında respublika birinciliyində 3-cü yeri tutmuş, Elşən Cəbizadə (54 kq) yeniyetmələr arasında Azərbaycan çempionu, Naxçıvanda keçirilmiş Heydər Əliyev Turnirinin qalibi olmuş, Qazaxıstanda Heydər Əliyev turnirində 3-cü yerin qalibi, Bolqarıstanda keçirilən Avropa çempionatının iştirakçısı olmuşdur. Daha ətraflı »
Teqlər: İdman
29Dek
Bərxudarlı Qədir Ramin oğlu şəhər 2 saylı məktəb-liseyin beşinci sinfində oxuyur. Dərs əlaçısıdır. Sevdiyi məşğuliyyətlərdən ən ürəyinə yatanı idmandır. Lap uşaq yaşlarından idman haqqında bir kəlamı daim dilində əzbər edib: “Kim sevirsə idmanı, sağlamdır onun canı.” Elə bu amal uğrunda da idmanın kikboksinq növü ilə məşğul olur.
Əlamətdar tarixi hadisələrlə zəngin olan 2017-ci il balaca idmançının həyatında da yaddaqalan olub.
Belə ki, Cəhdi Cəlal adına kikboksinq klubunun yetirməsi olan Qədir Bərxudarlı 8 oktyabr 2017-ci ildə Bakı şəhəri Suraxanı rayon Gənclər və İdman İdarəsində “Şindi” kikboksinq klubunun açıq birinciliyində 34 kiloqram çəki dərəcəsində 10 yaş qrupunda qazandığı qələbəyə görə 1-ci yerə layiq görülmüş, diplom və medalla təltif olunmuşdur. Daha ətraflı »
Teqlər: İdman
20Dek
Sentyabr ayının sonları idi. Rayonumuzun bütün idmansevərlərinin sevincinə səbəb olan bir hadisə baş vermişdi. Bir nəfərin uğuru ailənin, məktəbin, və bütöv rayonun fəxrinə, qüruruna çevrildi. Bu xəbər gənc boksçumuz Murad Allahverdiyevin Bolqarıstanda keçirilən Avropa çempionatında düşmənimiz olan mənfur ermənilərin nümayəndəsini məğlub etməsi xəbəri idi. Muradın uğuru rayon rəhbərliyi tərəfindən razılıqla qarşılandı. O, qələbədən sonra doğma Tərtərə üçrəngli bayraqlarla bəzədilmiş maşın karvanı ilə gətirildi. Muradı qarşılayanlar arasında sinif yoldaşları, müəllimləri və doğmalarından başqa rayon ictimaiyyətinin nümayəndələri də vardı.
İdmançımızın bu uğuru ölkəmizin gündəmində olan mühüm xəbərə çevrildi, internet saytlarında, televiziya kanalla-rında, mətbuat səhifələrində özünə yer aldı. Daha ətraflı »
Teqlər: İdman
11Okt
Bolqarıstanın Albena şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyində Tərtər rayonundan olan idmançı Murad Allahverdiyev bürünc medala layiq görülüb. 75 kiloqram çəki dərəcəsində çıxış edən Murad Allahverdiyev birinci döyüşdə Moldovadan, ikinci döyüşdə isə Çexiyadan olan idmançılara qalib gəlib. Dörddəbir finalda isə erməni idmançını məğlub edib. Murad Allahverdiyev rayonda təntənə ilə qarşılanıb. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu qələbəsinə görə Murada qiymətli hədiyyə təqdim edib və yeni-yeni uğurlar arzulayıb.
“Yeni Tərtər”
Teqlər: İdman
19May
IV İSLAM HƏMRƏYLİYİ OYUNLARINDA AZƏRBAYCAN İDMANÇILARI ŞƏRƏFLİ QƏLƏBƏLƏR QAZANARAQ İDMAN TARİXİNƏ ŞANLI SƏHİFƏLƏR YAZIRLAR
Daha ətraflı »
Teqlər: İdman
10May
Mayın 12-dən 22-dək ölkəmizdə İslam dünyasının ən mötəbər idman yarışı – IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu yarışlarda 57 ölkədən 3 mindən çox atlet iştirak edəcək.
IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi İslam dünyasının Azərbaycana böyük etimadının göstəricisidir. Bu oyunlara suyun rəmz kimi qəbul edilməsində böyük bir hikmət var. Çünki İslamda həyat çeşməsi olan suya böyük önəm verilir. Su diriliyin, saflığın, təmizliyin, barışın, dostluğun, qardaşlığın simvoludur.
“Bakı–2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dövlətimizin müsəlman aləminin ayrılmaz hissəsi olduğunu qeyd edərək həmin ölkələrlə əlaqələrimizin dostluq, qardaşlıq, qarşılıqlı hörmət əsasında qurulduğunu və bu sahədə böyük uğurlara nail olunduğunu diqqətə çatdıraraq deyib: “Əfsuslar olsun ki, bir sıra müsəlman ölkələrində müharibə gedir, yeni münaqişələr, təhlükələr yaranır, İslam dinini terrorla əlaqələndirən güclərin sayı artır. Heç bir dinin, o cümlədən İslam dininin terrorla heç bir əlaqəsi ola bilməz. Daha ətraflı »
Teqlər: İdman
27Apr
TƏRTƏRLİ GƏNCLƏRİN İDMAN NAİLİYYƏTLƏRİ
Müasir gənclərin milli ruhda və sağlam böyüməsi ilə yanaşı, kiçik yaşlarından uşaqların idmana həvəsləndirilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Bu məqsədlə rayon gənclər və idman idarəsi də bir sıra tədbirlər həyata keçirir. Bunun nəticəsidir ki, idmançılarımız nəinki rayon miqyasında, eləcə də respublika üzrə keçirilən idman yarışlarında Tərtəri layiqincə təmsil edir və qələbə qazanırlar.
Belə ki, cari ildə idmançılarımız Gənclər Günü münasibəti ilə Mədəniyyət Mərkəzində keçirilən yarışlarda, fevral ayında Bakı İdman Sarayında kikboksinq üzrə XXIII ölkə çempionatında, həmin ay Bakı şəhə-rində boks idman növü üzrə Azərbaycan birinciliyində, yeniyetmələr arasında kikboksinq və boks üzrə ölkə birinciliklərində, “Şahinlər” hərbi idman oyununun rayon mərhələsində yüksək nailiyyətlər əldə etmişlər. Daha ətraflı »
Teqlər: Digər, İdman
25Yan
Bu günlərdə Tərtər Rayon Uşaq-Gənclər Şahmat məktəbində Tərtər Rayon İcra Hakimiyyəti və “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra edilən “Qarabağ mübarizləri” layihəsi çərçivəsində şahmat yarışı keçirilib.
Tədbirin açılışında çıxış edən Tərtər rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov il ərzində idman sahəsində əldə olunan nailiyyətlərdən danışaraq, yarışda iştirak edən gənclərə uğurlar arzulayıb.
“İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışıb, iştirakçılara layihə haqqında məlumat verib. Bildirib ki, layihə çərçivəsində müxtəlif idman oyunları üzrə yarışların keçirilməsində məqsəd gənclərin idmana marağını artırmaq və onlarda vətənpərvərlik hissinin yüksəlməsinə dəstək olmaqdır.
Yarışda hər bir komandanın tərkibində 10 nəfər olmaqla 5 komanda iştirak edib. 50 şahmatçının mübarizə apardığı yarışın sonunda qalib komandaya kubok və diplomlar təqdim olunub.
“Yeni Tərtər”
Teqlər: İdman
28Sen
İdman sağlamlıq və gözəllik yaradan mühüm amildir. Onun möcüzəsi xəstəni sağlam, qocanı cavan edir.
Respublikamızda tanınmış veteran idmançılar çoxdur. Onlardan biri də sərbəst güləş üzrə SSRİ idman ustası , məşqçi-müəllim Sabir Zeynalovdur. O, təqaüddə olsa da, şəhər 2 nömrəli məktəb-liseydə Təhsil Şöbəsinin və UGİM – nin dəstəyi ilə sərbəst güləş bölməsi açmış, rayon məktəblilərini və gəncləri ətrafına yığaraq layiqli idmançılar yetişdirir. Bu yaxınlarda onun güləşçiləri Qazax şəhərində sərbəst güləş üzrə “Məhsul” idman məktəbinin Respublika turnirində iştirak etmişlər . Güləşçilərdən üçü– Kənan Nəzərov, Əziz Məhərrəmov, Tüncay Hüseynli qalib olaraq, rayonumuzun adını yüksəltmişlər. Sabir müəllim rayonumuzda idmanın bu günü haqqında belə deyir:
–Güləş idmanın ən qədim növlərindəndir. Bu növ ox atmaq, at çapmaq kimi idman növləri ilə bərabər inkişaf etmişdir. Qədim dövrdə hərbi döyüşçülər hazırlamaq üçün “Sparta”, “Qladiator” olimpiada məktəblərini açaraq güləşi əsas yarış idman növü götürmüşlər. Bu növlə dünyanın tanınmış insanları məşğul olmuşlar.
Azərbaycan müstəqil dövlət olduqdan sonra, Ulu Öndərimiz Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğı Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmz Avropa, Dünya və Olimpiya oyunlarına evsahibliyi edir. İdmançılarımız idmanın bütün növlərində qələbələr qazanırlar.
Rayon rəhbərliyinin dəstəyi ilə 2015 – ci il Avropa oyunlarının ildönümünə həsr edilmiş turnir keçirildi. Üç komandada 110 güləşçi iştirak edərək, müxtəlif yaş qruplarında layiqli yerlər tutdular. Qaliblərə kubok, medal və diplomlar verildi.
Adil Əhmədov,
1-ci dərəcəli şahmatçı
Teqlər: İdman
Yeni ismarıclar