Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Mar

    Tədbirdə rayon icra hakimiyyətinin, Gənclər və İdman İdarəsinin nümayəndələri, məşqçi-müəllimlər, idmançılar, futbol, valeybol, şahmat yarışlarının qalib komandalarının üzvləri iştirak ediblər.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov idmançıları Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Tərtər rayonunda da idman sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri bildirib ki, ötən il idmançılarımız beynəlxalq, respublika və zona yarışlarında, eləcə də açıq birinciliklərdə yüksək nəticələr qazanıb, 374 medal və diploma layiq görülüblər. Medalların 10-u dünya kubokunda, 2-si beynəlxalq yarışda, 15-i Azərbaycan çempionatı və birinciliyində, 347-si isə zona birinciliyi və açıq birinciliklərdə qazanılıb. Bir nəfər məşqçi-müəllim Əməkdar məşqçi adına, bir nəfər gənc boksçumuz isə idman ustası adına layiq görülüb. Hazırda rayonumuzda müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksinin tikintisi aparılır.
    Tədbirdə əməkdar məşqçi Faiq Məmmədov və digər çıxış edən idmançılar onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
    Sonda rayon rəhbəri tərəfindən futbol, voleybol, şahmat yarışlarının qalibləri diplomlarla mükafatlandırılıb.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:18

İsmarıclar bağlıdır.