Yaxın günlərin söhbətidir. Rayon uşaq xəstəxanasına ağır xəstələnmiş bir azyaşlı gətirmişdilər. Həkimlərin müayinəsindən sonra məlum olmuşdur ki, uşaqda pnevmaniya xəstəliyi var. Buna qarşı həkimin diaqnozu ilə təcili tibbi yardım göstərilməlidir. Tibb bacıları Lalə Bəxtiyarova və Gülnarə Nəsirovaya tapşırıq verilir və onlar işə başlayırlar… Daha ətraflı »
-
20İynSəhiyyə TiBB BACILARI üçün şərhlər bağlıdır
-
23AprSəhiyyə Əhalinin tibbi müayinəsi üçün şərhlər bağlıdır
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı-na uyğun olaraq rayo-numuzda sakinlərin tibbi müayinəsi davam edir. Ümumilikdə 78 min 717 nəfər tibbi müayinədən keçməlidir. İndiyədək 52 min 564 nəfər tibbi müa-yinədən keçmişlər. Daha ətraflı »
Teqlər: Səhiyyə
-
10MarSəhiyyə Ümid həmişə bizimlədir üçün şərhlər bağlıdır
Ümid həmişə bizimlədir
Tərlan Əliyeva Tərtər Mərkəzi Rayon Xəstəxanasında onkoloq-cərrah işləyir.1986-cı ildə Bakıdakı kimya-biologiya təmayüllü məktəbi, 1994-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. İlk iş yeri Milli Onkologiya Mərkəzidir. Təcrübəsindən bəhrələndiyi ilk həkim onkoginekoloq Svetlana Mirzəyəvadır. 1995-ci ildən təyinatla rayonumuza gəlib.
Atalar yaxşı deyiblər ki, «Elin gözü tərəzidir». Mən Tərlan həkimi görməmişdim və tanımırdım, ancaq tərtərlilərin ona olan hörməti və inamı haqqında çox eşitmişdim. Onun qəbulunda olan xəstələr həkimin peşəkarlığı ilə yanaşı insanpərvərliyini, xəstənin sağalması üçün nəinki iş vaxtı, işdən sonra da əlindən gələni əsirgəməməsini yüksək qiymətləndirirlər.
Beynəlxalq Qadınlar Günü ərəfəsində Tərlan xanımla görüşüb söhbət etdim. İlk sualım belə oldu:
– Nə zaman sevinirsiniz?
– Əsrin bəlası olan onkoloji xəstəlikləri vaxtında, ilkin mərhələdə aşkar edib, insanları düzgün istiqamətləndirəndə özümü çox rahat hiss edirəm. Buna nail olmaq üçün isə maarifləndirici tədbirləri genişləndirməliyik. Hal-hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən keçirilən əhalinin pulsuz müayinəsini biz həkimlər, xüsusən də onkoloq həkimlər alqışlayırıq. Daha ətraflı »
Teqlər: Səhiyyə
Yeni ismarıclar