Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyn

    Изображение JPEG (142635)Yaxın günlərin söhbətidir. Rayon uşaq xəstəxanasına ağır xəstələnmiş bir azyaşlı gətirmişdilər. Həkimlərin müayinəsindən sonra məlum olmuşdur ki, uşaqda pnevmaniya xəstəliyi var. Buna qarşı həkimin diaqnozu ilə təcili tibbi yardım göstərilməlidir. Tibb bacıları Lalə Bəxtiyarova və Gülnarə Nəsirovaya tapşırıq verilir və onlar işə başlayırlar…
    GulnarəSöhbət uşaq xəstəxanasında somatika şöbəsində çalışan Lalə və Gülnarədən gedir. Hər ikisi Bakı şəhərində 2 №-li baza tibb məktəbini bitirmişlər. Artıq neçə illərdi ki, bu peşədə çalışırlar. Tibb bacıları işlərinin sadə olduğu qədər də məsuliyyətli bir peşə olduğunu bilirlər. Xəstəxananın baş həkimi Hicran Rəhimli də onların haqqında xoş sözlər söylədi. İşlərinə qarşı daha məsuliyyətli olmalarını və xəstələrə öz övladları kimi qayğı göstərmələrini bildirdi.

    Bu günlərdə həmin tibb işçiləri ilə görüşdüm və özləri barəsində qısa məlumat vermələrini xahiş etdim. Dilli-dilavər olan Lalə bildirdi ki, Ağkənd kəndində doğulub boya-başa çatıb. Cəmilli kənd orta məktəbini bitirib. Nisbətən bir az sakit görkəmli Gülnarə isə Azadqaraqoyunlu kəndində anadan olub, orta təhsilini də həmin kənddə alıb. Lalə 1995-ci ildən, Gülnarə isə 1996-cı ildən rayon uşaq xəstəxanasında fəaliyyətə başlayıblar. Söhbət zamanı qeyd etdilər ki, xəstəxanada tibbi təcrübənin toplanmasında Ramiz və Hicran həkimlərin çox böyük köməyi olub. Peşəkarlardan öyrənərək savadlı bir tibb işçisinə çevriliblər. Artıq hər birinin yetərincə peşə təcrübəsi var və xalqın etimadını qazanıblar.
    Biz də tibb bacıları Lalə və Gülnarəyə şərəfli peşələrində uğurlar arzulayırıq.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 11:31

    Teqlər: ,

İsmarıclar bağlıdır.