Günəş şüaları insan orqanizmi üçün həm faydalı, həm də zərərlidir. Burada da hər şey təbii ki, dozadan asılıdır. Günəş şüaları altında uzun müddət qaldıqda günvurma baş verir. Günvurma hadisələri ən çox dəniz kənarında istirahət zamanı, günəş altında işləyən zaman, uşaqlar açıq havada oynayan zaman baş verir.
Günvurma günəş şüalarının xeyli müddət başın açıq nahiyyələrinə təsiri nəticəsində baş verir. Əvvəlcədən bilmək olmur ki, konkret olaraq neçə dəqiqə, yaxud neçə saat açıq günəş şüaları altında qaldıqda günvurma hadisəsi olacaq. Bu zaman orqanizmin ilkin vəziyyəti də böyük rol oynayır. Yəni eyni şəraitdə olan adamların bəzilərində günvurma ola bilər, bəzilərində yox!
Günvurma xəsarəti ən çox ürək-damar sistemi xəstəlikləri olanlar, şəkərli diabet xəstələri, onkoloji xəstələr, düzgün qidalanmayan insanlar, siqaret çəkən, alkoqol intoksiyası olanlar və uşaqlar, həmçinin yaşlılar arasında daha tez-tez müşahidə olunur.
Əlamətləri:
• Yüngül günvurmalar zamanı:
-başgicəllənmə və başağrısı, ürəkbulan-ma, tərləmə;
-hava çatışmazlığı hissi;
-ürək döyüntülərinin sayının artması;
-göz bəbəklərinin genəlməsi.
2. Orta-ağır dərəcəli günvurma zamanı:
-güclü baş ağrıları;
-qulaqların batması hissiyyatı;
-ürəkbulanma və qusma;
-həddindən artıq halsızlıq;
-bədən hərarətinin yüksəlməsi;
-bəzən huşun alaqaranlıq olması;
3. Ağır dərəcəli günvurmalar zamanı:
-bədən hərarətinin 40 dərəcə və daha yuxarı olması;
-huşun tamamilə itməsi;
-qeyri-iradi sidik ifrazı;
-komatoz vəziyyət;
-yardım olunmazsa, ölümlə nəticələnir.
İlk yardım:
-zərərçəkəni dərhal sərin və kölgə olan yerə çəkməli;
-boynunu və döş qəfəsini sıxan paltarlardan azad etməli;
-rahat vəziyyətdə uzandırmalı, başına, boynuna və sinəsinə soyuq kompres qoymalı;
-soyuq su, daha yaxşı olar ki, soyuq mineral su içirməli;
-dəsmal və ya qəzetlə yelləməli;
-soyuq suda isladılmış mələfəni paltarsız bədənin üstünə örtün, hərdən üstünə soyuq su çiləməli;
-huşunu itirmiş zərərçəkənin tənəffüsü dayanarsa, süni tənəffüs verməli;
-vəziyyət ağırlaşdıqda təcili yardıma müraciət etməli.
Günvurmanın profilaktikası:
-yay aylarında, xüsusilə isti havalarda çox miqdarda maye qəbul edin!
-açıq havada, günəş şüaları altında çox qalmayın!
-saat12:00-16:00 radələri daha təhlükəlidir!
-açıq rəngli baş örtüyündən və ya çətirdən istifadə edin!
-geyimdə açıq rənglərə üstünlük verin!
-düzgün qidalanaraq, meyvə-tərəvəzdən düzgün istifadə edin!
-
15İyl
Müəllif: Redaktor, 12:40
Teqlər: Səhiyyə