İV infeksiyası İİV ilə yoluxma nəticəsində inkişaf edən və immun sisteminin getdikcə artan zədələnməsi ilə səciyyələnən xroniki infeksion xəstəlikdir.
İİV insanı müxtəlif xəstəliklərdən müdafiə edən immun sistemini tədricən zəiflədir və bir çox infeksion xəstəliklərin və bədxassəli şişlərin yaranmasına səbəb olur.
QİÇS–Qazanılmış İmmunçatışmazlığı Sindromu
İİV infeksiyasının son mərhələsi olan QİÇS za-manı insanın immun sisteminin dərin zədələnməsi nəticəsində orqanizmin müqaviməti bir sıra mikroblara (hətta adi hallarda xəstəlik torətməyənlərə) və bədxassəli şişlərə qarşı azalır. Nəticədə insanda müxtəlif opportunistik infeksiyalar (vərəm, kandinoz, herpes) və bəd-xassəli şişlər (sarkoma, limfoma) inkişaf edir. Belə hallarda QİÇS diaqnozu qoyulur.
Hal-hazırda dünyada 34 milyondan çox İİV-ə yo-luxmuş insan yaşayır.
Hər gün 7000-dən artıq insan İİV-ə yoluxur. Aşkar olunduğu 1981-ci ildən bu günədək QİÇŞ 30 milyon insanın həyatına son qoymuş və 16 mil-yon uşağı yetim qoy-muşdur.
İİV-ə necə yoluxurlar?
–Qeyri-steril iynə, şpris və digər ləvazimatların birgə və ya təkrar isti-fadəsi zamanı (əksər hallarda inyeksion narkotik yeritdikdə) ;
–manikür, pedikür, tatuaj, pirsinq (bədənin müəyyən yerlərinin deşilməsi) edər-kən qeyri–steril ləvazimatların istifadəsi zamanı;
–istifadə olunmuş və üzə-rində qan qalıqları olan bərbər alətlərinin (üz-qırxan, qayçı və dis fırçalarının təkrarən istifadə edilməsi zamanı);
–qorunmamış (prezervativsiz) cinsi əlaqə zamanı. İnsanda digər cinsi yolla yoluxan infeksiyalar olduqda İİV-ə yoluxma riski artır.
–oral–genital kontaktlar zamanı da yoluxmaq mümkündür, xüsusilə ağız boşluğunda açıq yara olduqda.
– İİV-ə yoluxmuş anadan uşağa (hamiləlik, doğuş və ana südü ilə qidalanma zamanı).
İİV ötürülmür: yəni –Nəfəs ilə, öskürmək və asqırmaqla;
–əl verib görüşməklə, qucaqlaşmaqla və öpüşməklə;
–ev və ofis əşyalarından, ictimai nəqiliyyatdan, ümumi hovuz, hamam və ayaqyolundan istifadə zamanı;
–kollektiv idmanla məşğul olduqda;
qida və su vastəsilə;
–həşəratların sancması ilə xəstədən sağlam şəxsə keçmir.
İİV-ə yoluxmanı necə aşkar etmək olar? İİV ilkin (skrining) müayinə
İnsanın İİV-ə yoluxub – yoluxmamasını aşkar etmək üçün yeganə üsul xüsusi laborator müayinədən keçməkdir. Laborator müayinə zamanı qanda İİV-ə qarşı əmələ gələn anticisimlər təyin edilir. Bunun üçün ilkin laborator müayinə üsulu kimi immunoferment analizi (İFA) aparılır.
İİV infeksiyasının müalicəsi
İİV infeksiyasının hələ ki, radikal müalicəsi yoxdur, lakin xüsusi ARV pre-paratlarının tətbiqi nəticəsində virusun aktivliyini və immun sisteminə gös-tərdiyi mənfi təsiri azaltmaq, İİV infeksiyasının inkişafına və QİÇS mərhələsinə keçməsini ləngitmək müm-kündür.
QİÇS mərhələsində mü-şahidə olunan opportunistik infeksiyaların profilatktikası və müalicəsi də müvafiq dərman preparatları ilə aparılır.
Hər iki müalicənin nəticəsi kimi İİV-lə yaşayan insanın ömrü uzadılır və həyat keyfiyyəti yaxşılaşır.
İİV-infeksiyası ilə həyat davam edir, onun davamlığı və keyfiyyəti əksər hallarda insanın özündən asılıdır.
İradə Hüseynova,
Tərtər MRX-nın İnfeksion şöbəsinin müdiri