Dəm qazı üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının, odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Dəm qazı iysiz, rəngsiz, dadsız bir qaz olduğu üçün çox təhlükəlidir. Elə buna görə də zəhərlənmə halları qətiyyən nəzərə çarpmadan və zərərçəkənin xəbəri olmadan baş verir.
Dəm qazı (elmi adı CO-karbon monoksid) yanma prosesi olan istənilən yerdə yarana bilər. Nəfəs aldığımız havada CO qazın sıxlığı 0,08% olduqda insan başağrısı hiss edir, 0,32%-də huşun itməsi və yarım saat ərzində ölüm baş verir. CO-nun sıxlığı 1,2% olarsa, insan 2-3 dəqiqə ərzində ölə bilər. Qaz və yağ sobaları, odun sobası, müxtəlif qaz cihazları, daxili yanma mühərriki və s. dəm qazı mənbəyi ola bilər.
Dəm qazı ilə zəhərlənmənin səbəbləri:
–suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması;
–soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması;
–standarta uyğun olmayan və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi;
–tüstü çıxarıcı boruların və tüstü bacasının yaxşı işləməməsi;
–sobada və borularda çatların və nasazlıqların olması;
–ventilyasiyası olmayan avto-mobil qarajında və s.
Dəm qazı ilə zəhərlənmənin əlamətləri:
–dəm qazı ilə zəhərlənmə yüngül dərəcəli, orta ağır və ağır dərəcəli ola bilər. Dəm qazı ilə zəhərlənmə zamanı zərərçə-kəndə aşağıdakı əlamətlər müşa-hidə edilir:
–başgicəllənmə, başağrısı, qu-laqlarda küy, ürəkbulanma, qusma, yuxululuq, bəzən isə oya-nıqlıq, sayıqlama, qarabasmalar, qıcolma, tutmalar, koma;
–nəhayət, tənəffüs mərkəzinin iflici həticəsində ölüm.
Dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardım:
–zərərçəkmiş şəxsi dərhal təmiz havaya (ilin isti vaxtlarında evdən bayıra, soyuq vaxtlarında isə havası dəyişdirilə bilən otağa) çıxarmaq lazımdır;
–zərərçəkmiş şəxsi arxası üstə rahat uzandırıb dar və sıxıcı pal-tarlarını soyundururlar;
–ətraflarını və bədənini ovuşdururlar;
başına və sinəsinə soyuq kompres qoyurlar;
–əgər huşu özündədirsə, ona çay içirirlər;
–əgər huçsuzdursa, naşatır spirtində isladılmış pambığı onun burnuna yaxınlaşdırıb iylətmək olar, tənəffüsü dayanıbsa, dərhal süni tənəffüs verməyə başlamaqla “təcili yardım” çağırmaq lazımdır.
–Bunlar hadisə yerində hər bir adamın göstərə biləcəyi ilk yardımdır. Bunlardan başqa ix-tisaslı həkim yardımına da (hi-perbarik oksigenasiya, dərman müalicəsi və s.) ehtiyac var. Dəm qazı ilə zəhərlənmələrin ağırlıq dərəcəsindən asılı olmayaraq bü-tün hallarda müalicə üçün zərərçəkənin xəstəxanaya aparılması təmin olunmalıdır.
Dəm qazı ilə zəhərlənmənin profilaktikası:
Dəm qazı ilə zəhərlənmə hallarının baş verməməsi üçün diqqətli olmaq lazımdır:
–ancaq sertifikqatı olan, düzgün işləyən sobalardan və qaz cihaz-larından istifadə etmək;
–sobaların tüstü çıxaran borularını düzgün quraşdırmaq;
–vanna otağının qapısının aşağı hissəsində hava keçməsi üçün yarıq, yaxud dəliklər olmalıdır;
–vanna otağında nəfəslikləri açıq saxlamaq;
–otaqların havasını vaxtaşırı dəyişdirmək;
–qarajda avtomobilin mühərriki işləyən zaman qarajın qapısını açıq saxlamaq lazımdır.
-
11Dek
Müəllif: Redaktor, 11:59
Teqlər: Səhiyyə