Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,136
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11Apr
    Milli-mənəvi dəyərlər Dini radikalizmlə mübarizə üçün şərhlər bağlıdır

    DSC_0015(1)Tərtərdə Daxili İşlər Nazirliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə “Dini radikalizmlə mübarizə” mövzusunda tədbir keçirmişdir.

    Tədbirdə Tərtər, Goranboy, Naftalan və Şuşa rayon polis şöbələrinin rəhbərləri və şəxsi heyəti iştirak etmişdir.

    Tədbiri DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru, Polis Akademiyasının dosenti Hikmət Eyvazov giriş sözü ilə açmış, sonra “Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda məruzə etmişdir.

    Sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səy-yad Salahlı radikal qeyri-ənənəvi dini cərəyanların ölkəmizdə yayılmasının əsas səbəbləri, onların forma və metodları, hədəf aldıqları kontingent, həmçinin, istifadə etdikləri psixoloji təsir vasitələri barədə danışmışdır.

    Tədbiri Tərtər Rayon Polis Şöbəsinin rəisi Rauf Məcidov yekunlaşdıraraq bildirmişdir ki, rayonda dini radikalizmə qarşı mübarizə daim diqqət mərkəzində saxlanılır.

    Teqlər:

  • 10Mar
    Milli-mənəvi dəyərlər Televiziya ekranı və milli mentalitetimiz üçün şərhlər bağlıdır

    Televiziya ekranı və milli mentalitetimiz

    «Dəyirman öz işindədir, çax-çax baş ağrıdır»

                                                        (Atalar sözü)

    Hazırda televiziya ekranlarından milli mentalitetimizə vurulan ağır zərbələri ən azından bir qədər yumşaltmaq üçün yüksək səviyyələrdə, hətta Prezident adminstrasiyasının rəhbəri hörmətli Ramiz Mehtiyev tərəfindən dəfələrlə kəskin iradlar söylənilməsinə baxmayaraq, onlar yenə öz əməllərindədir, yəni «Dəyirman öz işindədir, çax-çax baş ağrıdır». Mən də dəfələrlə milli-mentalitetimizə qənim kəsilən, düşmən mövqeyindən əl çəkməyən bu üzdən iraq televiziya kanalları haqqında ciddi yazılar yazıb respublika mətubatında çap etdirmişəm. Lakin «zəhmətim özümə qalıb», heç kəs bu yazılara əhəmiyyət verməyib, yəni «cəhd çarıq yırtar» məntiqindən o yana getməyib.telek

    Yaxşı, bəs nə edək? Oturub gözləyək ki, görək bu millimənəviyyatsızlar milli-mənəvi dəyərlərimizin axırına nə vaxt çıxacaqlar?! «söz azadlığı», «müstəqillik» anlayışlarını əllərində bayrağa çevrilib, bu qədim-qayın xalqın tarixinə ermənilərdən betər ləkə yaxan, adət-ənənələrimizə xor baxan müstəqil televiziya kanallarına hansı yolla təsir olunmalıdır ki, onlar bu nankorluğa son qoysunlar?!

    «İndi bazar iqtisadiyyatıdır»–deyib, «başlı-başını saxlasın» prinsipi ilə işləyərək, Azərbaycan xalqının milli mental dəyərlərini yıxıb sürümək də düz deyil, axı! «Dədəm mənə kor deyib, hər yetəni vur deyib» düşünərək, ağına-bozuna baxmadan milli-mənəvi keyfiyyətlərimizə yad və iyrənc olan əməlləri təlqin və təbliğ etmək hansı əndazəyə sığır ki? Daha ətraflı »

    Teqlər: