Deyirlər ki, Qıratın dəliliyi tutanda Koroğlu Aşıq Cünunu çağırtdırıb saz çaldırarmış və havalanmış at sazın sehrindən sakitləşərmiş.
Bir də deyirlər ki, Koroğlu öz dəstəsinə kimisə qəbul edəndə onun nəbzini tutub saz çaldırarmış, nəbzində dəyişiklik olsa, öz dəlilərinin sırasına qatılmasına razılıq verərmiş. Fikirləşərmiş ki, sazdan təsirlənən adam namərd olmaz.
Analarımızın laylalarında nələr yoxdur?! Məncə, ana bət-nində belə şıltaqlıq edən uşağı da laylayla sakitləşdirmək olar. İndi də “burnumun ucu göynəyir” anamın laylasından ötrü. Mənim fikrimcə hamı belədir.
“Cəngi”, “Heyratı”, “Mən-suriyyə”, “Qarabağ şikəstəsi”… çalınsın, qanın coşmasa, içindən bir vulkan püskürməsə, gözlərin hədəqədən çıxmasa sən azər-baycanlı deyilsən ki! Və yaxud “Segah”, “Zəminxarə”, “Kəsmə şikəstə”, “Ruhani”… oxunub çalı-nanda ürəyin kövrəlmədisə, göz-lərin dolmadısa, “ah” çəkmədinsə, sən azərbaycanlı deyilsən ki!
Cabbar Qaryağdı oğlu, “Seygah İslam”, Zülfü… bu nəhəngləri demirəm hələ, Qədir Rüstəmovun “Sona bülbüllər”ini, Ağabala Abdullayevin “Segah- Zabul”unu, Xan Şuşinskinin “İrəvanda xal qalmadı”sını,Yaqub Məmmədovun “Qarabağ şikəstəsi”ni, İslam Rzayevin, Şövkət Ələkbərovanın, Rübabə Muradovanın, Zeynəb Xanlarovanın, Baba Mahmudoğlunun, Arif Babayevin, Alim Qasımovun… mahnılarını yadınıza salın. Və indi oxuyanlara nəzər yetirin. Görün kimlər kimləri “əvəz edir”, görün kimlər nə və necə oxuyur? (Əlbəttə, üç-beş müğənnini çıxmaq şərtilə).
“Xalq” və “Əməkdar” adı verilmiş artistlərin sayı şirə üs-tünə yığılmış milçəkdən çoxdur. Nə qədər vızıldayıb bu xalqın zəhləsini tökmək olar, ay üzdən-iraq “Xalq artistləri”?! Barı, bu addan utanın da! Siz söz və musiqi adamları deyilsiniz, siz biri-birinizin ünvanına nalayiq sözlər işlədən, bunları reklama döndərərək bu millətin “gözünə soxan” intriqabazlarsınız. Siz şit və duzsuz hərəkətlərinizlə, açıq-saçıq geyimlərinizlə, əttökən şoularınızla camaatı zinhara gətirən utanmaz anormallarsınız! Siz özünüz ayıb bilmirsiniz, amma bu ulu, urvatlı, dünyagörmüş xalqa ayıb gətirirsiniz. Nə milli-mənəvi dəyərlərimizə əhəmiyyət verirsiniz, nə mentaliteti nəzərə alırsınız. Oxuduğunuz mahnıların çoxunun sözləri də elə öz səviyyənizdədir– bərbad və biabırçı.
Niyaməddin Musayev Məmməd Arazın sözlərinə yazılmış “Dünya mənim, dünya sənin, dünya heç kimin” mahnısını oxuyanda adam elə kövrək duyğular yaşayır ki! O səsdə, o sözlərdə, o musiqidə həyatın fəlsəfəsi var, insan ömrünün mahiyyəti var, nakam sevgi var və nəhayət, bu dünyanın etibarsızlığı var. Din-lədikcə dinləmək istəyirsən.
Bax, Azərbaycan musiqisi budur!
Alim Qasımovun oxuduğu muğamlar, xalq mahnıları, təs-niflər adamı sirli–sehirli bir aləmə aparır. İlahi dərgahından gələn səsə, sözlərin yaratdığı ovsuna heyrət etməyə bilmirsən.
Rəşid Behbudovun “Ana”, Akif İslamzadənin “Sarı gəlin”, Mirzə Babayevin “Küçələrə su səpmişəm”, Müslüm Maqomayevin “Azərbaycan”… mahnı-larını estradamızın inciləri hesab etmək olar.
İndi gəlin müqayisə edək: Şövkət Ələkbərova–Aygün Kazımova, Rəşid Behbudov– Faiq Ağayev, Sara Qədimova– Brilliant Dadaşova, Rübabə Mura-dova–Röya, Tükəzban İsma- yılova–Rəqsanə… və s. və i. a. (Müqaysə edəndə təkcə oxunan mahnıları deyil, səhnə mədəniy-yətini də, həyat tərzini də, danışıqlarını da, geyim-keçimlərini də nəzərə almağınızı xahiş edirəm. Necədir? Ona görə deyirəm ki, bir neçə müğənnini çıxmaq şərti ilə).
Azərbaycanın yüzlərlə “xalq” və “əməkdar” artisti var, amma 10 nəfər düzəməlli oxu-yanı yoxdur. Hələ şükür ki, qədir-bilən insanlar tərəfindən muğam, “xalq istedadları” və digər müsabiqələr keçirilir. Belə yarışma-larda bacarıqlı gənclər, həmçinin istedadlı xalq nümayən-dələri üzə çıxarılır. Lakin, əfsus-lar ki, onların da bəziləri ucuz şöhrət və şou-biznesin eybəcər yollarını seçib, özləri özlərini əsl sənətdən uzaqlaşdırırlar. Ayılanda görürlər ki, artıq musiqiçi və müğənni deyil, “manıs”olublar.
Son zamanlar türk, hind, rus, ərəb, ümumiyyətlə, Qərb və Şərq ölkələrinin musiqi ritmlərini və yaxud elə mahnılarının öz-lərini “özəlləşdirib”, bizə sırıyırlar ki, bəstəkarı mən özüməm və sözlərini də, elə mən özüm yazmışam. Ay “malades”! Bəxtəvər bu millətin başına! Nəyi də olmasa, “müğənnisi” “şairi”, “ulduz sənətçisi” “nəyindən” çoxdur.
Bir adam ki, həm “bəs-təkardır”, həm “şairdir”, həm də “müğənnidir”, yəni bir nəfər üç nəfəri əvəz edir, onda niyə digər mahnıların sözləri birinin, musi-qisi birinin, oxuyanı isə başqa-sının olsun? Çağırın bu adamı, deyin ki, Məşədi İbad demiş, elə bunun üçünü də birdən həll elə. Deməli, o adam, məsəl üçün, həm Füzulidir, həm Üzeyir Hacı-bəylidir, həm də Bülbüldür. Bun-ların hərəsi bir sahə üzrə məşhurlaşıbsa, gör onların üçünü bir-dən əvəz edən nə “”dahidir”! Utanım yerinə!
Yaxşı, deyək ki, bu adam çox “nadir” bir nüsxədir. İndi gə-lin onun oxuduğu sözlərə fikir verək. Vallah, billah, adamın dəli olmağı gəlir.
Hər şeyin bir ölçüsü, bir həddi var. Bu hədd keçiləndə, istər pis iş olsun, istər yaxşı iş, onda mizan-tərəzi pozulur, insanlarda ikrah hissi oyanır. Musi-qimizdə də belədir, şeirimizdə də. Son zamanlar güya bəstələnən “nəğmələrin “, mən deyərdim ki, 90-95 faizinin sözləri rüsvayçıdır, əsəb doğurandır əllaməçilikdir, mənasız, duzsuz, rabitəsiz, ümu-miyyətlə, oyunbazlıqdır. Nəyə görə dünyaca şöhrət qazanmış Azərbaycan musiqisini, Azərbaycan poeziyasını hörmətdən salırlar?! Axı onlar bizim xalqın milli sərvətləridir, mənəvi dəyər-ləridir. Kimin haqqı çatır ki, xalqın olan nemətlərini biabırçı hala qoysun və onların başına oyun açsın?! Niyə bunların qarşısını alan yoxdur?! Əlaqədar səlahiyyət sahibləri belə yaramazlıqlara niyə bir əncam çəkmirlər? Kimsə onların şəxsi əmlaklarını eybəcər hala salsalar, üst-başlarını cırıq-cırıq etsələr, dözərlərmi? Əlbəttə, yox. Bəs onda niyə xalqın əmla-kının ağlar günə salınmasına göz yumurlar?! Vicdanları buna necə yol verir?! Dərəbəylik bu qədər olmaz axı! Hansı yeni mahnıya qulaq asırsan, qanın qaralır, söz-ləri səni dilxor edir. Bütün televiziya kanalları da matah bir şey kimi həmin “mahnıları” dəqiqə-başı bu millətin əsəbinə pərçimləyir, insanları dəng edirlər. Belə “mahnılar” bir deyil, iki de-yil ki, adlarını çəkəsən. Dilimiz kimi musiqimizi və poeziyamızı da korlayırlar. Bu sahədə kimin ağlına nə gəlir, onu eləyir. O “mahnıları” “icad edənlər” barı Üzeyir Hacıbəylini demirəm hələ, Qara Qarayevin, Fikrət Əmi-rovun, Cövdət Hacıyevin, Tofiq Quliyevin, Ələkbər Tağıyevin, Niyazinin… ruhlarından utansınlar!!!
Musiqi və poeziya gözəllik, həssaslıq və duyğusallıq sevir. Hər yoldan ötən onu yaza bilməz. Bəsdir onun-bunun mahnısını yamsıladınız! Bəsdir ağlınıza gə-lən cızma-qaranı musiqi mətni əvəzinə adamlara sırıdınız! Ayıbdır!
Tofiq Yusif