Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev yanvarın 22-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Multikulturalizm ili” ilə bağlı mətbuat konfransı keçirib. Kamal Abdullayev “Multikulturalizm ili”nin əsas məqsədinin Azərbaycan xalqının birgəyaşayış, tolerantlıq ənənlərinin dünyaya daha geniş şəkildə təqdim edilməsi olduğunu bildirib: “Multikulturalizm özündə birgəyaşayış, çoxmədəniyyətlilik anlayışı ilə bərabər şəfqət və mərhəmət hisslərini ehtiva edir. “Öz-özgə” qarşıdurması xalqımızın formalaşma tarixi boyunca özünün ən yumşaq şəklində təzahür edib. Prezident İlham Əliyevin 2016-cı ilin Azər-baycanda “Multikulturalizm ili” elan olunması haqqında imzaladığı Sərəncamdan sonra bu məsələyə daha böyük maraq və diqqət göstərilir. Azərbaycan multikulturalizmi yeni bir elmdir, intellektual, yaradıcı sahədir. Bu elm Azərbaycan psixologiyasını, ədəbiyyatını, mənəviyyatını, bu gününü və perspektivlərini özündə əks etdirir. Azərbaycan multikulturalizmi model kimi multikul-turalizm ənənələrindən uzaqlaşmaq istəyən bir çox ölkələr üçün örnəkdir. İndiyə qədər Avropa, Kanada, Avstraliya multikulturalizmi modelləri mövcud idisə, indi artıq dünyada Azərbaycan multikultu-ralizmi modeli də tanınmaqdadır və onun kökündə azərbaycançılıq mədəniyyəti, intellekti və potensialı dayanır. Azərbaycanın multikulturalizm modeli işləkdir. Bu, dostlarımızı sevindirir, bəd-xahlarımızı isə qıcıqlandırır. Azərbaycan multikulturaliz-minə olan maraq respublikamızın dünyada tarixi, örnək dəyərlərə malik ölkə kimi tanıdılmasının nəticəsidir. Bu gün “Azərbaycan multi-kulturalizminin ədəbi-bədii qaynaqları” kitabının nəşri, “Azərbaycan multikultura-lizmi” dərsliyinin yazılması, eyniadlı fənnin proqramının tərtib olunaraq dünya univer-sitetlərinə təqdim edilməsi, dünyanın 11, Azərbaycanın 19 ali təhsil ocağında tədris olunan “Azərbaycan multikulturalizmi” fənninin faydası və lazımlılıq dərəcəsi bizim işimizin həm mürəkkəbliliyini, həm çoxşaxəliliyini, həm də cəmiyyətimiz, gələcəyimiz üçün vacibliyini bir daha vurğulayır. Prezidentin bu ili “Multikulturalizm ili” elan eləməsi bütün Azərbaycan xalqının əsrlərdən bəri bugünə qədər bu istiqamətdə tolerantlıq, birgə yaşayış, başqa millətin, fərqli dinin nüma-yəndəsinə hörmət xüsusiyyətlərini əxz edərək küll halında dünya ictimaiyyətinə təq-dim etmək məqsədi daşıyır. Cənab Prezident məhz Azərbaycan xalqının və dövlətçiliyinin əsrlərdən bəri əldə elədiyi nailiyyətlərin multikulturalizm çərçivəsində dünyaya təqdim edilməsinə arxalanıb, əsaslanıb 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib. Bu Sərəncamdan sonra bizim boy-numuza düşən vəzifə vətəndaş cəmiyyətimizi koordinasiya edib müvafiq qurumlarla bu istiqamətdə ümumi işi həyata keçirməkdən ibarətdir. Bu gün Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri sərbəstdir. Bu gün Azərbaycanda hansısa bir yəhudinin, xristianın, yaxud başqa dinə mənsub şəxsin yanından keçən azərbaycanlı ona nifrət hissi ilə yanaşmır və ya təəccüblü şəkildə baxmır. Azərbaycanın belə bir təcrübəsi isə Avropada maraqla qarşılanır. Azərbaycanın multikulturalizm modeli bir növ katalizator rolunu oynayır. Avropanın bir çox qabaqcıl ölkələri multikulturalizm ən-ənələrindən əl çəkib. Amma Prezident İlham Əlyevin də söylədiyi kimi multikulturalizm ənənələri Azərbaycanda həmişə yaşayır və yaşayacaq”. Dövlət müşaviri bildirib ki, BBMM Təhsil, Mədəniyyət və Turizm nazir-likləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, AMEA və digər təşkilat və nazirliklərlə əməkdaşlıq edir və birgə təklif-lər paketi üzrə işi yekunlaşmaq üzrədir: “Bakı Beynəlxalq Multikulturalzim Mərkəzinin birgə təkliflər paketi yaxın zamanda ölkə Prezidentinə təqdim ediləcək”. Akademik “Multikulturalizm ili” çərçivəsində BBMM-in xaricdə filiallarının yaradılacağının, universitetlərdə “Azərbaycan multikulturalizmi” kafedralarının açılacağının, bölgələrdə Yaradıcılıq fakültələrinin təşkilinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Sonra Kamal Abdullayev jurnalistlərin suallarını cavablandırıb.
Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin mətbuat xidməti
-
30Yan
Müəllif: Redaktor, 09:48
Teqlər: Milli-mənəvi dəyərlər