Bismilləhir–Rəhmənir–Rəhim.
(Mehriban və Bağışlayan Allahın adı ilə!)
“Və (yadına sal) o zaman ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə o, (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: “Həqiqətən, mən səni insanlara imam və rəhbər təyin etdim”. (Bəqərə surəsi, ayə 124).
Bu ayədə qeyd olunan bəzi işlərlə imtahanın içərisində uzun illərdən sonra ona qismət olmuş oğul övladını (İsmaili) Allah yolunda qurban vermək də var idi! Bəşəriyyətin çox böyük toplumunun qaldıra bilməyəcəyi bir imtahan! Əlbəttə, Mərhəmətli Allah heç bir zaman bəni Adəmə durduğu yerdə kiminsə qanını tökün deyə bir göstəriş verməyib. (mütaiə işləri istisna), o ki, ola yaşlı bir ata! Öz əlləri ilə oğlunun boğazına bıçaq çəkə! Hz. İbrahim (ə) bu imtahandan, oğlu Hz. İsmail (ə) və xanımı Hz. Həcərlə üzüağ çıxdılar. Daha ətraflı »
-
20AvqMilli-mənəvi dəyərlər QURBAN BAYRAMI üçün şərhlər bağlıdır
Teqlər: Milli-mənəvi dəyərlər
-
20AvqMilli-mənəvi dəyərlər QƏBİRİSTANLIQLARA MÜNASİBƏT NECƏDİR? üçün şərhlər bağlıdır
(DƏBDƏBƏ MƏKANI, YOXSA GORGAH VƏ YAXUD EHSAN SÜFRƏSİ, YOXSA İSRAFÇILIQ?!)

Bu günlərdə həmyerlimiz, qəzetimizin yaxın dostu, texnika elmləri doktoru, professor Rasim Axundov redaksiyamızın qonağı oldu. Bu dəfəki gəlişində də öz adətinə xilaf çıxmadı, əməkdaşlarımızla görüşüb səmimi söhbət etdi. Sonra tərtib etdiyi və təzəcə çapdan çıxmış iki kitabın təqdimatı oldu.
Təqdimatdan əvvəl professor Tərtər şəhərinin “Köhnə qəbiristanlığı”nda dəfn olunmuş atası Fərrux bəyin və anası Maya xanımın qəbirlərini ziyarət etmək istədiyində olduğunu bildirdi. (O, hər dəfə gələndə valideynlərinin məzarlarını ziyarət etməyi özünün müqəddəs borcu hesab edir).
Qəbiristanlıqdan qayıdandan sonra haqlı olaraq xeyli gileyləndi. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
10AvqMilli-mənəvi dəyərlər TƏRTƏRİN TARİXİ ABİDƏSİ üçün şərhlər bağlıdır
BU TARİX QƏDİM OLDUĞU QƏDƏR DƏ ZƏNGİNDİR
Tərtər rayonu Qarabağ düzündə Kür–Araz ovalığının qərb hissəsində yerləşir. Burada tunc dövrünə aid çoxlu sayda tarixi abidələr var. Toxmaqtəpə və Azadqaraqoyunlu yaşayış yerləri, Dəmirçilər və Sarov nikropolu, hər birində onlarla kurqan olan Borsunlu, Bəyimsarov, Böyüktəpə, Qurd təpəsi, Sayaqtəpə abidələri bunlara aiddir. Borsunlu və Bəyimsarov kəndlərində yerləşən təpələr xüsusilə məşhurdur və daim alimlərimizin diqqətini cəlb edir. Məhz onların apardıqları tədqiqatlar nəticəsində məlum olmuşdur ki, tunc dövründə Azərbaycan qərb ərazilərindəki böyük türk tayfa birliyinin mərkəzi olmuşdur.
Həmçinin buradan beynəlxalq ticarət yolları keçmişdir. XX əsrin əvvəllərində ensiz dəmir yollarında qısa, 3-4 vaqondan ibarət qatarı daşıyan parovozlara “kukuşka” deyilirdi. 1912-ci ildə Bakı, Yevlax, Bərdə, Ağdam, Xankəndi, Şuşa yolu çəkilmişdir.
1915-ci ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin şəxsi hesabına yolun daha bir hissəsi inşa olunmuş və bu yol
Tərtərdən keçmişdir. Parovozlar hərbi və mülki təyinatlı yüklər daşıyırdı. Kukuşka yolunun bir neçə il sonra fəaliyyəti dayandırılmışdır.
Hazırda rayonumuzda bir sıra maraqlı tarixi abidələr vardır ki, bunlar da dövlətimiz tərəfindən qorunur.
Belə abidələr sırasında Azadqaraqoyunlu kəndində Kərbəlayi Qara adlı şəxsin vəsaiti hesabına XX əsrdə tikilmiş bəy evi xüsusilə diqqəti cəlb edir. Həmin dövrün şərq arxitekturasını özündə əks etdirən bu ev 8 otaqdan ibarətdir, divarlarının eni 80 santimetrdir. Sovet dövründə ev sahibi sürgün olunmuş və binadan müxtəlif məqsədlər üçün istifadə edilmişdir.
Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
20İylMilli-mənəvi dəyərlər YAS MƏRASİMLƏRİMİZ VƏ TOYLARIMIZ HAQQINDA FİKİRLƏR üçün şərhlər bağlıdır

Dünya binnət olandan üzü bəri xeyirlə şər qoşa qardaş kimi yol gəlir və bu “qardaşlıq” Qiyamət Gününə kimi də davam edəcək. Elə ki, “İsrafil Sur düdüyünü caldı”, dünya darmadağın olacaq, yer kürəsindən həyat silinəcək, bəlkə onda xeyirlə şərin “qardaşlığı” sona çatdı, ta ki, təkayaqlı Ənnaslar kimi yeni bir nəsil yaranır, təzə bir həyat başlanır. Bəlkə də heç başlanmayacaq?! Bu, Tanrının işidir, bizlik deyil. Bizlik olan odur ki, hazırda həm yas, həm də toy məclislərimizi bərbad hala salmışıq. Əlbəttə, toy sevincdir, yas isə kədər. Toyda oynayıb-gülüb şənlənərlər, yasda isə ağlayarlar, kədərlənərlər. Amma hər şeyin bir əndazəsi, bir mizantərəzisi var. Elə ki, bu ölçülər pozuldu, onda ikrah yaranır.
Açığını deyək, bəzi yerlərdə ehsan süfrələri toylardakına oxşayır–mənşəyi bilinməyən şirniyyatlar, sular, şirələr, geni dəyişdirilmiş meyvələr –banandan tutmuş ananasa qədər, cürbəcür xörəklər–plovdan tutmuş dolmaya, bozartmaya qədər, yuxa, lavaş, təndir çörəyi, pendir, goy-göyərti, xiyar, pamidor, turp, çərəzlər və s. Bircə zurna-balabanı çatışmır. Ən dözülməzi isə odur ki, meyit ortadan götürülməmiş ailə üzvləri ehsan üçün kəsilməyə mal axtarır, xörək bişirməyə başlayır və təmtəraq üçün digər hazırlıq işləri görürlər. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
20İylMilli-mənəvi dəyərlər GENDER BƏRABƏRLİYİ VƏ MƏİŞƏT ZORAKILIĞI üçün şərhlər bağlıdır
Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan qadınlara qarşı zorakılığın ləğvi, onların hüquqlarının qorunması və gender bərabərliyinə dair mühüm beynəlxalq konvensiyalara qoşulub.
Islam dini də qadınlara hörmətlə yanaşmağı tövsiyə edir. Lakin təəssüf ki, cəmiyyətimizdə hələ də bu sahədə xoşagəlməz hallara rast gəlirik. Xüsusilə məişət zorakılığı daha geniş yayılan bir haldır.
Həyatda rast gəlinən hadisələrdən belə qənaətə gəlmək olar ki, bunlar əsasən erkən nikahlar zamanı baş verir. Ona görə ki, müəyyən təhsili, həyat təcrübəsi, məişət vərdişləri olmayan qızlar ailə həyatında rast gəldikləri çətinliklərə dözə bilmirlər. Bu zaman münaqişələr yaranır, nəticədə qadına qarşı zorakılıq halları baş verir.
Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
29İynMilli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır
DAĞIL, A DÜNYA!!!
Babalarımızın “Kişi papağı” qoyduqları, nənələrimizin “12 taxta tuman” geyindikləri vaxtlarda nə bir belə boşanma halı vardı, nə bir belə dava-dalaş, nə zorakılıq, nə də atalı-analı yetim uşaqlar. Gənclər özlərindən böyüklərin yanlarında kəlmə kəsməzdilər, qızları, qadınları dindirsəydilər utandıqlarından cavab verməzdilər, həya edərdilər. Hər kəsin arasında bir abır-ismət pərdəsi vardı. Böyüyün böyük yeri, kiçiyin kiçik yeri olardı. Cavanlar arasında siqaret çəkmək nə idi, içki içmək nə idi? Gənclərin öz aralarında da bir hörmət-izzət münasibəti vardı. Sevmək, sevilmək də tərbiyəli, yəni öz əndazasındaydı.
Bəs nə oldu bizə?! Niyə bu günlərə düşdük?! Azərbaycan xalqının dünyaya nümunə olası milli-mənəvi dəyərləri niyə zədələndi?! Niyə gözəl adət-ənənələrimiz yavaş-yavaş unudulur?! Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
29MayMilli-mənəvi dəyərlər DİNİ VƏ MİLLİ TOLERANTLIQ, MİLLƏTLƏRARASI MÜNASİBƏTLƏRİN İNKİŞAF ETDİRİLMƏSİ üçün şərhlər bağlıdır
AZƏRBAYCAN MULTİKULTURALİZMİ DÜNYAYA NÜMUNƏDİR
…Biz istəyirik ki, dünyada müsbət meyillər üstünlük təşkil etsin. Biz istəyirik ki, dinlərarası əlaqələr normal, sağlam məcrada olsun. Əks-təqdirdə, dünyada parçalanma meyilləri daha da güclənəcək. Biz onu görürük. Hazırda dini, milli zəmində məzhəb əsasında qarşıdurmalar, qanlı toqquşmalar dünyanı fəlakətə aparır. Əlbəttə ki, ölkəmizin dünya xəritəsindəki coğrafi yeri o qədər də böyük deyil. Amma gördüyümüz işlər çox böyükdür. Biz bundan sonra da bu istiqamətdə səylərimizi göstərəcəyik.İlham ƏLİYEV,
Azərbaycan Respublikasının PrezidentiHƏMRƏYLİK
Bu il aprelin 11-də rayonumuzda adi günlərdən tamamilə fərqli, gözəl bir bayram günü yaşandı. Səhər saatlarından başlayaraq seçki məntəqələrinə yüzlərlə insan axışıb gəlirdi. Onların arasında azərbaycanlılarla yanaşı ruslar, ukraynalılar, beloruslar, yəhudilər və ləzgilər də vardı. Ölkəmizin hər bir bölgəsində olduğu kimi, Tərtərdə də onlar mehribançılıq şəraitində yaşayırlar. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
29MayMilli-mənəvi dəyərlər BEYNƏLXALQ AİLƏ GÜNÜ üçün şərhlər bağlıdır
AİLƏ CƏMİYYƏTİN ƏSAS ÖZƏYİDİR
15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir.
Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsini, gənc ailələrə qayğını əsas tutur. Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxla-yan ulu öndər Heydər Əliyev cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsi, qadın, ailə problemlərinin həlli istiqamətində də böyük işlər gördü. 1998-ci il yanvarın 14-də Azərbaycanda “Qadın Problemləri üzrə Dövlət Komitəsi”ni yaratdı. Bu məsələyə böyük həssaslıqla yanaşan Prezident İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. Hazırda bu komitə dövlətin ailə siyasətini həyata keçirən bir qurum olaraq mövcud problemlərin üzərində işləyir, onların həlli istiqamətində mühüm tədbirlər həyata keçirir. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
29MayMilli-mənəvi dəyərlər BEYNƏLXALQ MUZEYLƏR GÜNÜ üçün şərhlər bağlıdır
KEÇMİŞİMİZİ QORUYAN MƏBƏDLƏR
Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzeylər Günü kimi qeyd edir. Bu gün 1977-ci ildə Beynəlxalq Müzeylər Şurasının 11-ci konfransında Sovet nümayəndə heyətinin təklifi ilə təsis olunmuşdur. 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd edilir. Həmin gün Rusiyanın bütün müzeylərində “açıq qapı” elan olunur. Bütün arzu edənlər pulsuz olaraq sərgi və ekspozisiyalarla tanış olurlar.
“Muzey” yunan sözü olub, “muzalar məbədi” deməkdir. Muzalar qədim yunan mifologiyasında incəsənət və elm ilahələri hesab olunurdular. Sonralar maddi və mənəvi mədəniyyət abidələrini komplektləşdirən, saxlayan, mümayiş etdirən, tədqiq və təbliğ edən elmi müəssisələr bu adla adlandırılmışdır.
Dünyada ilk muzey Ellin dövründə qədim Misirin paytaxtı İsgəndəriyyə şəhərində yaradılmışdır. Burada 40.000-dən artıq eksponatlar–sikkələr, heykəllər, sarkofaqlar, gil qablar, papiruslar və bir-birindən gözəl təsviri sənət nümunələri toplanmışdır. Bu eksponatlar qədim misirlilərin həyatı, məişəti, mədəniyyəti, eləcə də yunan-Roma mədəniyyətləri haqqında zəngin məlumatlar verir. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
18MayMilli-mənəvi dəyərlər RAMAZAN AYININ HİKMƏTİ üçün şərhlər bağlıdır
Mehriban və Bağışlayan Allahın adı ilə!
Mübarək Ramazan ayı başlayıb.“Ey iman gətirənlər! Sizdən əvvəlki ümmətlərə oruc tutmaq vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! Təqvalı olasınız. (Bəqərə” surəsi, ayə 183).
Təqva sözünün mənası, yəni, Allahdan qorxan, Allahdan həya edən, hətta gizlində də olsa belə günahlardan çəkinən deməkdir. Müqəddəs Kitabımızda təqva ilə bağlı bir çox ayələr vardır. Məsələn; “Nisa” surəsi, 131-ci ayədə buyrulur: “Biz sizə və sizdən qabaqkılara vəsiyyət etmişik ki, təqvalı olun”. Dünyanın və axirətin xeyri də bu mətləbin altında cəmləşib.
“Qurani-Kərim” təqvanı əhəmiyyətli sayır: “Və əgər səbr etsəniz və Allahdan qorxsanız, həqiqətən, bu məqsədə müvafiq işlərdəndir”. (“Ali-imran”, 186).
İkinci–Təqva qorunmaqdır: “Əgər səbr edib özünüzü qorusanız, onların hiyləsi sizə heç bir zərər yetirməz”. (Ali-imran, 120). Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər


Yeni ismarıclar