Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,265
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 25Sen
    Milli-mənəvi dəyərlər Milli Birliyin və Qəhrəmanlığın rəmzi – 27 Sentyabr üçün şərhlər bağlıdır

    27 Sentyabr Anım Günü Azərbaycan Respublikasında Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsini anmaq məqsədilə təsis olunmuş rəsmi gündür.

    Bu tarix Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə Anım Günü kimi elan olunmuşdur. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızın böyük hissəsini işğaldan azad etmişdir.

    2020-ci ilin 27 sentyabr səhəri Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutdu. Cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və bu əməliyyatlar 44 gün davam etdi. Nəticədə- Şuşa şəhəri də daxil olmaqla yüzlərlə şəhər, kənd və qəsəbə işğaldan azad olundu,Azərbaycan tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi. 10 noyabr 2020-ci ildə üçtərəfli Bəyanat imzalanaraq müharibə dayandırıldı.

    Vətən müharibəsi Azərbaycan üçün böyük bir qələbə oldu. Bu müharibə göstərdi ki, müstəqillik və ərazi bütövlüyü hər şeydən üstündür və qorunmalıdır. Bu hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Şəhidlərimizin qanı ilə əldə edilən bu zəfər Azərbaycanın gələcək inkişafı üçün möhkəm təməl yaratdı.

    Vətən müharibəsində Azərbaycan yüzlərlə igid övladını şəhid verdi. Onların fədakarlığı və qəhrəmanlığı nəticəsində bu qələbə mümkün oldu. Onların ruhu Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Bu gün hər bir şəhidin ailəsi və doğmaları dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunmuş, qazilərimiz isə müvafiq sosial dəstək proqramları ilə təmin olunmuşdur.

    27 Sentyabr həm də Azərbaycanın milli birlik və həmrəyliyinin göstəricisidir. Xalqın hər bir üzvü, fərq etməz ki, harada yaşasın, vətənin müdafiəsi üçün birləşdi. Bu müharibədə qazanılan qələbə Azərbaycan xalqının qürur mənbəyidir və gələcək nəsillərə ötürüləcək böyük bir tarixdir.

    Hər il 27 Sentyabr ölkə üzrə sükut dəqiqəsi, anım mərasimləri, şəhidlərimizin məzarlarının ziyarəti, fənn dərslərində və tədbirlərdə vətənpərvərlik mövzuları ilə qeyd olunur. Eyni zamanda dövlət və ictimai qurumlar, təhsil müəssisələri və mədəniyyət ocaqları bu günlə bağlı silsilə tədbirlər həyata keçirir.

    Anım Günü yalnız Azərbaycan xalqının birliyi, döyüş ruhu, vətən sevgisi və qəhrəmanlıq salnaməsinin simvoludur. Bu gün şəhidlərimizin qanı bahasına əldə edilmiş Zəfərin başlanğıc nöqtəsidir.

    Taleh İsazadə,

    YAP Tərtər rayon təşkilatı Statistika

    Ərazi partiya təşkilatının sədr müavini

     

  • 25Sen
    Milli-mənəvi dəyərlər “Anırıq, Yaşadırıq, Unutmarıq” üçün şərhlər bağlıdır

    27 Sentyabr – Anım Günü ilə əlaqədar Tərtər rayon Heydər Əliyev Mərkəzi və Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Anırıq, Yaşadırıq, Unutmarıq” adlı tədbir keçirilib.

    Tədbirdə Tərtər Peşə Məktəbinin kollektivi və şəhid ailələri iştirak ediblər.

    Tədbir zamanı 27 Sentyabr – Anım Gününün tarixi əhəmiyyəti, Vətən müharibəsində xalqımızın göstərdiyi həmrəylik və şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu barədə məlumat verilib.

    Tədbirdə şəhid anaları çıxış edərək öz övladları haqqında danışıb, onların həyatından, Vətənə sevgisindən, keçdikləri döyüş yolundan və göstərdikləri qəhrəmanlıqdan söz açıblar. Şəhid anaları övladlarının xatirəsinin daim qəlblərdə yaşayacağını bildirərək, onların Vətən uğrunda göstərdikləri fədakarlıqla fəxr etdiklərini vurğulayıblar.

    Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclər İş Sektorunun müdiri Orxan Fəxrəddinov çıxışında 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğunu qeyd edib, şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad edildiyini bildirib.

    Tərtər Peşə Məktəbinin psixoloqu Altunə Bayramova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğının, şəhidlərimizin həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb.

    Sonda Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova çıxış edib. O, 27 Sentyabr – Anım Gününün şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi olduğunu bildirərək, onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.

    Səlimə Yusibova, həmçinin Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından bəhs edərək, onların sosial müdafiəsinin gücləndirilməsi və rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. O, şəhid ailələrinin daim diqqət və qayğı ilə əhatə olunmasının vacibliyini vurğulayıb.

    Tədbirin sonunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

    Şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıqla yad edirik.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

     

  • 24Sen
    Milli-mənəvi dəyərlər 27 Sentyabr Tariximizin vətəndaşlıq və qəhrəmanlıq salnaməsidir üçün şərhlər bağlıdır

    27 Sentyabr Anım Günü Azərbaycan xalqının müasir tarixində həm dərin hüznün, həm də sarsılmaz milli qürurun və Böyük Zəfərin rəmzidir. Otuz ilə yaxın bir dövr ərzində Azərbaycan Respublikası daim beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik nümayiş etdirmiş, münaqişənin dinc və danışıqlar vasitəsilə həllinə səy göstərmişdir. Lakin Ermənistanın ifrat millətçilik və şovinizm ideologiyası üzərində qurulmuş Daşnaksutyun siyasəti regionda sülhün bərqərar olunmasına imkan verməmiş, etnik təmizləmə və işğalçılıq xəttini davam etdirmişdir. Ermənistan rəhbərliyinin ardıcıl hərbi təxribatları və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini nümayişkaranə şəkildə qulaqardı etməsi münaqişənin dinc yolla həllini imkansız etmişdir.

    2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının mübarizə əzmini və ordumuzun yenilməz gücünü sübut etdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Anım Günündə xalqımıza müraciət edərək şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əydiyini bəyan etmişdir. Daha ətraflı »

  • 24Sen
    Milli-mənəvi dəyərlər Zəfərə aparan tarixi yol 27 sentyabr 2020- ci il üçün şərhlər bağlıdır

    Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin mədəni irsinə, iqtisadiyyatımıza da ağır zərbə vurmuşdur. Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini acınacaqlı duruma salmış, şəhər və kəndlərimizi, abidələrimizi, hətta qəbristanlıqlarımızı dağıtmış, infrastrukturu məhv etmiş, ölkəmizə mənəvi itkilərlə yanaşı, milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.

    Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. 44 günlük Vətən müharibəsi Ermənistanın işğalçılıq siyasətinə son qoydu, düşmənə unutmayacağı tarixi dərs verdi. Qəhrəman hərbçilərimizin misilsiz rəşadəti hesabına, cənnətməkan şəhidlərimizin müqəddəs qanı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müharibənin gedişində də çox fərqli dairələrdən gələn ardıcıl təzyiqlər, təhdidlər Azərbaycanı öz haqq yolundan döndərə bilmədi. Daha ətraflı »

  • 24Sen
    Milli-mənəvi dəyərlər Tərtərin yaddaşından Vətən üçün verilən canlar unudulmur üçün şərhlər bağlıdır

    27 Sentyabr – Anım Günü xalqımızın yaddaşında həm ağrı, həm də qürur hissi ilə yaşanan xüsusi bir gündür. Bu tarix 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk gününü, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad etdiyimiz günü ifadə edir. Həmin gün başlayan 44 günlük müharibə Azərbaycanın tarixində böyük Zəfərlə nəticələndi.
    Bu tarixin Tərtər üçün isə tamam başqa bir mənası var. Çünki Tərtər torpağı müharibənin ağrısını illərlə öz üzərində hiss edən, düşmən atəşinə məruz qalan, şəhidlərinin, qazilərinin izlərini yaşadan bir yurddur. 2020-ci ilin sentyabrında başlayan döyüşlər zamanı Tərtər və ətraf ərazilərdə ağır döyüşlər getdi. Suqovuşan, Talış və Ağdərə istiqamətlərində gedən döyüşlər Tərtərin müharibə tarixində xüsusi yer tutur. Bu döyüşlərdə Tərtərdən olan igid oğullarımız da Vətənin azadlığı uğrunda qəhrəmancasına mübarizə apardılar.
    Bu gün Tərtərin küçələrində, kəndlərində şəhidlərimizin adı yaşayır. Onların hər birinin arxasında bir ailə, bir ana, bir ata, bir övlad, bir yarımçıq qalan həyat hekayəsi var. Şəhidlər Vətənin bütövlüyü naminə öz həyatlarını fəda etdilər. Onların ailələri isə ömürlərinin ən ağır imtahanı ilə üz-üzə qaldılar. Daha ətraflı »

  • 14Sen
    Milli-mənəvi dəyərlər Yubiley yaşı tamam olmuş partiya veteranları ilə növbəti görüş keçirilib üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı tərəfindən uzun illər rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərmiş partiya veteranları  Qurbanova Ulduzə  Cəmşid qızı, Vəliyev Fazil Adil oğlu, Balakişiyev Rəşid Kamran oğlu və Mustafayev Mustafa Arıx oğlunun 70 illik yubileyləri münasibətilə görüş keçirilib.

    Görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək partiya veteranlarının Yeni Azərbaycan Partiyasının möhkəmlənməsində və gənc nəsildə dövlətçilik ənənələrinin formalaşdırılmasında mühüm rol oynadıqlarını xüsusi vurğulayıb. E.Əsədov bildirib ki, partiya veteranları Ümummilli Lider Heydər Əliyev ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyətləri ilə fərqlənirlər.

    Yubilyarlar göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmaqdan və uzun illər partiyanın təbliğatında fəal iştirak etməkdən böyük qürur duyduqlarını qeyd ediblər. Onlar bu gün də Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan Qələbələrdən və şanlı Zəfər tariximizdən fəxr etdiklərini vurğulayıblar.

    Sonda yubilyarlara partiya dəyərlərinin təbliğində fəal iştiraklarına görə rayon təşkilatı tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.

     Hörmətlə, YAP Tərtər Rayon Təşkilatı

     

  • 01Sen
    Milli-mənəvi dəyərlər Tərtərdə şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Vətən uğrunda əbədi yaşayanlar” kitabının təqdimatı keçirilib üçün şərhlər bağlıdır

    Tərtərdə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək adlarını Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazan şəhidlərə həsr olunmuş “Vətən uğrunda əbədi yaşayanlar” kitabının təqdimat mərasimi keçirilib.

    Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin, Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşları, şəhid ailələri, qazilər,  ziyalılar, ictimaiyyət nümayəndələri, gənclər və digər qonaqlar iştirak ediblər.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda şəhid olan qəhrəmanların əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aparıcı Əfşanə Əlizadə kitabın müəllifi və yazılma məqsədi barədə məlumat verib. Bildirib ki, kitabın müəllifi rayonun Umudlu kənd tam orta məktəbinin tarix müəllimi Qızbəs Hüseynovadır. Müəllif uzun və məqsədyönlü araşdırmalarının nəticəsi olaraq ərsəyə gətirdiyi kitabda Azərbaycanın müxtəlif rayonlarından olan şəhidlər haqqında məlumatları toplayıb. Nəşrdə Tərtər şəhidlərinin də həyat və döyüş yoluna geniş yer ayrılıb. Daha ətraflı »

  • 06Avq
    Milli-mənəvi dəyərlər “Dəyirmi masa” keçirilib üçün şərhlər bağlıdır

    Hər bir Azərbaycan vətəndaşının mənəvi borcu

    Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının təşkilatçılığı ilə “dəyirmi masa” keçirilib.
    Tədbir iştirakıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev bildirib ki, Azərbaycan əlifbası və Azərbaycan dili günü Ümummilli Lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Sərəncamına əsasən hər il 1 avqust tarixində qeyd olunur.
    Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, dövlət başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanı ana dilimizin qorunması, dövlət idarələrində Azərbaycan dilindən düzgün istifadə olunması, ədəbi dil normalarına riayət edilməsi və milli-mənəvi dəyərlərimizin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Bildirilib ki, Azərbaycan dili dövlət müstəqilliyimizin əsas rəmzlərindən biri olmaqla xalqımızın milli kimliyini və mənəvi dəyərlərini özündə yaşadır. Daha ətraflı »

  • 06Avq
    Milli-mənəvi dəyərlər Ana dilimizə hörmətlə yanaşmağın ali nümunəsi üçün şərhlər bağlıdır

    Həyatımızın hansı sahəsindən danışsaq, mütləq orada Ulu Öndər Heydər Əliyevin titanik zəhmətini və silinməz izlərini görürük.
    Bu sözlər müstəqil Azərbaycanın dil siyasətinə də aiddir. Ümummilli Liderimiz bu siyasətin təməlini müstəqillik əldə edildikdən hələ çox əvvəl – Sovet imperiyasının sərt qanunları tüğyan etdiyi bir dövrdə qoymuşdur.
    Bu barədə öz gördüklərim əsasında danışa bilərəm. Belə ki, çox əvvəl, 1969-cu ildə Bakı Dövlət Universitetinin (o zamankı Azərbaycan Dövlət Universiteti) I kurs tələbəsiydim. Heydər Əliyev ölkədə hakimiyyətə yenicə gəlmişdi. Onun Azərbaycana gətirdiyi abuhava universitet auditoriyalarında da hiss olunurdu. İndiyədək Azərbaycan dilində danışan rayondan gələn uşaqları “kəndçi” adlandıranlar, bir az sözlərinə sərhəd qoymağa başlamışdılar. Buna səbəb Ulu Öndərin şəxsi nümunəsiydi.
    Belə ki, 1970-ci ildə Bakıda Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi keçirildi və Ulu Öndər Heydər Əliyev həmin yubiley tədbirində mövcud qayda-qanunları, özündən əvvəlki çoxillik ənənələri sındıraraq rus dilində deyil, doğma ana dilində çıxış etdi. Bununla da görkəmli dövlət xadimi öz ana dilimizə hörmətlə yanaşmağı hər bir Azərbaycanlının müqəddəs borcu olduğunu xatırlatdı.
    Bu gün biz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan dilində çıxışlarını, məruzələrini dinlədikdə, haqlı olaraq qürur hissi keçiririk.
    Çox dil bilmək gözəldir, müasir gənclərimizin bu həvəsi alqışalayiqdir. Ancaq yaxşı olar ki, uşaqlar dil açanda dünyadakı ən şirin, ən gözəl Azərbaycan dilində danışsınlar. İlk kəlmələrini bu dildə söyləsinlər. Ziyalılarımızın ailələrində ünsiyyət dili öz doğma dilimiz olsun.

    Svetlana BAĞIROVA

  • 22İyl
    Milli-mənəvi dəyərlər Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğunun fəal iştirakçısıdır üçün şərhlər bağlıdır

    “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.”

    Ulu Öndər Heydər Əliyev

    “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.”

    İlham Əliyev,

    Azərbaycan Respublikasının Prezidenti

    1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Daha ətraflı »