Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,620
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Fev

    YALANÇI ÇƏRŞƏNBƏLƏR

    Xalqımızın çoxlu sayda özünəməxsus gözəl adət-ənənəsi var. Bunları yaşatmaq gənc nəslin üzərinə düşür. Bundan ötrü öz-soy kökümüzə bağlı olmalıyıq.
    Xalqımızın ən gözəl bayramlarından biri Novruzdur. Onu yazın gəlişi kimi qeyd edirik. Əvvəlcə yalançı çərşənbələr gəlir. Bundan sonra 4 doğruçu çərşənbəni özəlliklə yaşayırıq. Hər çərşənbənin özünə aid mənası var. Yalançı çərşənbələri qədimdə insanlar çillənin çıxması kimi qeyd edirdilər. 40 gün davam edən böyük çilləni yola salıb bayrama qədər olan həftənin hər çərşənbəsini qeyd edərdilər. Bu çərşənbələrdə təmtəraqlı heç nə etməzdilər. Hava qaralana yaxın hər kəs öz həyətində tonqal qalayar, ailəsi ilə birlikdə tonqalın ətrafına yığışardılar. O biri çərşənbələr kimi təmtəraqlı süfrələr açılmaz, ayrıca yeməklər bişirilməzdi. Bu çərşənbələr yazın yaxınlaşdığını bildirir, digərlərinə zəmin yaradır, həmçinin qışın çıxdığının müjdəsini verir. Yalançı çərşənbələr müəyyən mərasimlərlə qeyd olunurdu.
    2025-ci ilin Novurz çərşənbələri
    25 fevral-Su çərşənbəsi, 4 mart- Od çərşənbəsi, 11 mart-Yel çərşənbəsi, 18 mart- İlaxır (Torpaq) çərşənbəsidir. Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.
    Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.
    Bahar bayramımız xeyirli, uğurlu gəlsin.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:01

İsmarıclar bağlıdır.