YIĞIM SÜRƏTLƏNİR
Əski Sovetlər dönəmində kəndimizin adı pambıqçılıq sahəsində həmişə qabaqcıllar sırasında çəkilərdi. Sonralar təsərrüfatın bir sıra sahələri kimi pambıqçılığa da maraq azaldı. Daha doğrusu, bu sahə tamamilə unuduldu.
Ancaq son iki ildir ki, pambıqçılığa münasibət dəyişib. Elə bu ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əlıyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair Sabirabadda respublika müşavirəsi keçirildi. Ölkə Prezidentinin pambıqçılığın inkişafına xüsusi önəm verməsi bu sahədə çalışan insanların işə olan həvəsini birə on qat artırdı.
Bizim kəndin fermer və ailə -fermer təsərrüfatlarının üzvləri ötən il 30, bu il isə 65 hektar sahədə pambıq becəriblər. Fermerlərdən Asif İbrahimov və Azad Məhərrəmov hər biri ayrı-ayrılıqda 3 hektar, Süleyman Qasımov 3,5 hektar sahədə “ağ qızıl” becəriblər. Tarlalarda becərmə, suvarma işləri normal keçirildiyindən sahələrdə bol məhsul əmələ gəlib. Artıq bir neçə gündür ki, sahələrdə pambıq yığımı sürətlənir. Daha ətraflı »
Yeni ismarıclar