Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 26Yan

    14729003056139245537_1000x669Əlamətdar və tarixi hadisələrlə zəngin olan 2016-cı il artıq arxada qaldı. Bizim Tərtər Suvarma Sistemləri İdarəsinin kollektivi ili yaddaqalan göstəricilərlə başa vurub. İdarəmiz rayon ərazisində fiziki və hüquqi şəxslərə məxsus 27 min 513 hektar əkin sahələrini suvarma suyu ilə təmin edib. Bunun 13 min 376 hektarı Tərtərçay su mənbəyi altında, 13 min 500 hektarı subartezian quyuları altında, 400 hektarı isə Borsunlu və Sarov kəndlərindən keçən İnçəçayın altında yerləşir.
    2016-cı ildə rayonun təsərrüfatlarının suvarılması üçün 83 milyon 82 min kubmetr su götürülmüş və 58 milyon 158 min kubmetr su sahələrə verilmiş, 37 min 560 hektar kənd təsərrüfatı bitkiləri suvarılmışdır. Beləliklə, su satışı planı 29 min 79 manat məbləğində yerinə yetirilmişdir.
    Il ərzində hidrotexniki qurğuların saxlanılmasına 5744 manat vəsait ayrılmışdır ki, bununla da 25 ədəd qurğu təmir edilmişdir. O cümlədən, ayrılmış vəsait hesabına 20 ədəd hidropost və beton kanallar cari təmir edilmişdir. 452 min kubmetr məsafədə maşın–mexanizmlərlə lildən təmizləmə işləri görülmüşdür. Bütün bunlarla yanaşı “Buruc-Sarıcalı” arxının 300 p/metri beton üzlüyə alınmış, Mollalar kanalının 1000 p/metri betonla üzlənmiş, 3 ədəd hidrotexniki qurğu quraşdırılmışdır.
    Ölkə Prezidenti İlham Əliyevin qeyri-neft sektorunu inkişaf etdirmək barədəki sərəncamları biz suvarma sistemləri işçilərinin də qarşısında mühüm vəzifələr qoyur. Yaxşı bilirik ki, dünyada susuz həyat yoxdur. Kənd təsərrüfatı işlərinin həyata keçirilməsi üçün isə mütləq bolluca su lazımdır. Buna görə də çalışacağıq ki, rayonun bütün təsərrüfatlarında əkin sahələrini, bağları bol su ilə təmin edək ki, ölkə Prezidentinin qarşıya qoyduğu tapşırıqlar layiqincə yerinə yetirilsin.

    Zahid İbrahimov,
    Tərtər Suvarma Sistemləri İdarəsinin rəisi

    Müəllif: Redaktor, 09:55

    Teqlər:

İsmarıclar bağlıdır.