Problemlərin operativ həlli məmnunluqla qarşılanır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonumuzun kəndlərində və şəhərdə keçirdiyi səyyar qəbul-görüşlərin hər biri problemlərin həll olunması, operativ tədbirlərin görülməsi ilə sakinlərin yaddaşında qalır.
Belə ki, Zolgəran, Hacıqərvənd və Köçərli kəndlərində keçirilən qəbullardan sonra sakinlərin müraciətləri əsasında Tərtər Su Meliorasiya Sistemləri İstismarı İdarəsi tərəfindən xüsusi texnikalar vasitəsilə bu kəndlərdən keçən suvarma arxları təmizlənərək qaydaya salınıb. Bu isə öz növbəsində əkinlərin suvarılmasını daha operativ həyata keçirməyə və sudan qənaətlə istifadə edilməsinə şərait yaradıb.
Qəbula gələn şəhər sakini Ətlas Quliyeva isə qəzalı vəziyyətdə olan su borusunun təmir olnmasını xahiş etmişdir. Rayon rəhbərinin tapşırığı əsasında Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən həmin müraciət qısa müddətdə həllini tapıb.
Seydimli kənd sakinlərinin xahişi ilə 3000 metr məsafədə kəndin daxili yollarına çınqıl verilərək hamarlanıb.
Həyat varsa, problemlər də olur, nöqsanlar da. Əsas məsələ bunlara yanaşmadır. Vətəndaşların rayon rəhbəri ilə görüşləri zamanı onların qaldırdıqları məsələlərə həsas münasibət göstərilməsi məmnunluqla qarşılanır.



“YENİ TƏRTƏR”


2026-cı ilin ilk günlərindən etibarən, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Tərtər şəhərinin infrastrukturunun müasirləşdirilməsi, abadlıq və quruculuq tədbirləri geniş vüsət alıb. Hazırda şəhər daxilində yol infrastrukturunun yenilənməsi, küçə işıqlandırılması sistemlərinin bərpası və yol kənarlarında yeni yaşıllıq zolaqlarının salınması istiqamətində kompleks işlər həyata keçirilir.
Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtər şəhəri ərazisində növbəti iməcilik aksiyası keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyev, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, birlikdə 177 şagirdin təhsil aldığı Qaraağacı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub.
Uca Tanrı insanı çox güclü yaradıb. Ona zəka və qüvvət verib. Təəssüf ki, çox zaman bunlar onun özünə qarşı çevrilir, odur ki, dünyada müharibələr, münaqişələr səngimir, günü-gündən daha da alovlanır. Azərbaycan xoşbəxt ölkədir ki, ərazisində terrora, işğala son qoya bildi, torpaqlarımızı bütövləşdirdi, suveren və müstəqil ölkə kimi dünyaya nümunə oldu.
Azərbaycan Gənclər Günü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının və Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Seydimli kəndində şəhid İsmayılov Səfər İsbi oğlunun anası İsmayılova Şirin Əsəd qızını 80 illik yubileyi münasibəti ilə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Vətən Müharibəsi şəhidi İsaxlı Anar Rəsul oğlunun anası İsaxova Kəmalə Bəşir qızını 50 illik yubileyi münasibəti ilə təbrik edərək ona səmimi arzularını çatdırıb. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.
Son dövrlərdə həyata keçirilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları” çərçivəsində rayonumuzun kəndlərində görülən işlər sakinlərin həyatını tamamilə dəyişib. Artıq onlar üçün elektrik enerjisi, qaz, su problemləri yoxdur. Elə bunun nəticəsidir ki, kənddə yaşamağa maraq artıb. Buradan şəhərə köçmək meyilləri azalıb. Son illərdə insanlar özlərinə rahat, müasir evlər tikdiriblər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemlər həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Yeni ismarıclar