Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,136
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 06Avq

    “Görülən işdən gül ətri gələr”

    İsti yay günlərində kənd sakinlərini ən çox narahat edən məsələlərdən biri əkin sahələrinin suvarılmasında istifadı olunan arxların təmizlənməsidir.
    Bu arxların həddindən çox lillənməsi, ətrafını kol-kos basması həm su itkisinə səbəb olur, həm də suvarma zamanı digər çətinliklər yaradır.
    Tərtər rayon İcra Hakimiyyəti başçısının Azad Qaraqoyunlu, Ələsgərli və Qazyan kəndlərində keçirdiyi səyyar qəbul-görüşləri zamanı sakinlər məhz bu məsələ ilə bağlı rayon rəhbərinə müraciət etmiş və köməklik göstərilməsini istəmişlər.
    Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən hər üş kənddə suvarma arxları xüsusi texnika vasitəsilə təmizlənib.
    “Görülən işdən gül ətri gələr,”- deyib atalar. Arxların təmizlənməsi sakinlər tərəfindən razılıq hissi ilə qarşılanıb.
    Ələsgərli kəndindən olan sahibkar Araz Rəhimov deyir ki, su arxlarının keyfiyyətli qaydada lildən və arxın ətrafının kol-kosdan təmizlənməsi sudan səmərəli istifadə edilməsinin əsas şərtlərindən biridir. Araz Rəhimov bu işin vaxtında görülməsi üçün rayon rəhbərliyinə və Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin işçilərinə təşəkkürünü bildirib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 08:47

İsmarıclar bağlıdır.