Hər bir insanın həyatda qazandığı uğurlar onun ailəsindən başlayır. Savadlı şəxsiyyət, güclü biznesmen, məşhur siyasətçi olmaq olar, ancaq əgər bunların arxasında nümunəvi ailə dayanmırsa, həmin insanın həyatı tam deyil. Dünya şöhrətli siyasətçi, Ulu Öndərimiz Heydər Əliyev siyasi aləmdəki uğurlarının arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. O deyirdi: “Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xarici jurnalistlərə verdiyi müsahibələrindən birində deyib: “Vacib haldır ki, 30 ildən çox müstəqil olaraq qlobal mühitdə yaşamağımıza baxmayaraq, biz ailə dəyərlərimizi və böyüklərə hörməti qoruya bilmişik. Bu, bizim cəmiyyətimizin təməlidir. Hər bir azərbaycanlı kimi, mənim üçün də atam əziz insan olb. O insan ki, ona bənzəməyə çalışırsan, xüsusilə ata ilə fəxr edə biləndə bu, belə olur. Mənim üçün bu, böyük xoşbəxtlikdir, çünki mən həm şəxsən onun üçün, həm də Azərbaycan xalqı üçün ən çətin vaxtlarda atamın yanında olmuşam”.
Ailə cəmiyyətimizin gələcəyi deməkdir. Çünki ailə olmasa, cəmiyyətimiz də inkişaf edə bilməyəcək. Çox təəssüf ki, müasir gənclər arasında savadlanmağa, karyera qurmağı maraq o qədər güclənib ki, ailə qurmağı arxa plana keçirirlər. Belə olduqda isə yaş ötür və gənclər subay qalır, dünyaya gələn uşaqların sayı getdikcə azalır.
Nədənsə indi gənc ailələr 1-2-dən çox övlad sahibi olmaq istəmirlər. Səbəb kimi göstərirlər ki, uşaqlara çəkilən xərclər artıb, onları cəmiyyət üçün xeyirli vətəndaş kimi tərbiyə etməkdən ötrü bunu edirlər. Lakin bir az keçmişə baxsaq, çoxuşaqlı ailələrdə necə nümu-nəvi uşaqların böyüdüyünü xatırlayarıq. Bu ailələrdə hər şey vardı– biri birinə kömək etmək, qayğı çəkmək, doğmalar arasında ünsiyyət, məhəbbət. İndi cavanlar övladlarını bu gözəl hisslərdən məhrum edərək əvəzində körpələrin əlinə içində yad bir dünya olan telefon veriblər.
Əlbəttə, etiraf etməliyik ki, telefonsuz indi həyatı-mızı təsəvvür etmək mümkün deyil. Uşaqların inkişafı üçün də bəzən sosial şəbə-kələrin müsbət təsiri olur. Ancaq qədərində. Asılılıq yaratmadan.
Bir sözlə, əziz gənclər, ailə qurmağı ikinci plana keçirməyin, xoşbəxt ailə sahibi olun, dəyərli övladlar böyüdün. Milli dəyərlərimi-zi qoruyun və yaşadın!
Svetlana BAĞIROVA

