Artıq iyul ayı olsa da, yayın gəlişi hiss olunmur. Təbiət insanları sınağa çəkir. Aramsız yağan yağışlar nəticəsində su arxlarının ətrafını kol-kos basır, bu isə suvarmada müəyyən çətinliklər yaradır və su itkisinə səbəb olur. Səhlabad və Qaraağacı kəndlərində rayon rəhbərinin keçirdiyi səyyar qəbul-görüşlər zamanı edilən müraciətlər də elə bu məsələlərlə bağlı idi.
Hər iki kəndin sakinləri əkin sahələrinin suvarılmasında istifadə etdikləri arxın kol-kosdan təmizlənməsini xahiş ediblər.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Su Meliorasiya Sistemləri İstismarı İdarəsi tərəfindən xüsusi texnika vasitəsilə həmin suvarma arxları təmizlənib.
Sakinlər problemin operativ həll edildiyi üçün təşəkkürlərini bildiriblər.
-
06İyl
Müəllif: Redaktor, 10:25

