Vətən müharibəsi şəhidi Yasən Mehdiyevin anası Vəfa Abbasovanın müraciəti əsasıında onların evinə aparan yola şebel tökülərək hamarlanıb. Bu, yağışlı havada gediş-gəliş zamanı yaranan çətinliyi aradan qaldırıb.
Rayon icra hakimiyyəti başçısının göstərişi ilə yolun hamarlanması işi Tərtər Bələdiyyəsi tərəfindən həyata keçirilib.
Vəfa ana deyib:
-Övladımız Vətənimizin bütövlüyü, xalqımızın xoşbəxtliyi yolunda gənc həyatını qurban verib. Təsəllimiz budur ki, o, unudulmayıb.
Şəhid anası müraciətlərinə həssaslıqla yanaşıldığı üçün təşəkkür edib.
“YENİ TƏRTƏR”

