Tərtər rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun adını daşıyan küçədə müasir gecə işıqlandırılması sistemləri quraşdırılıb.
Həyata keçirilən bu mühüm infrastruktur layihəsi küçənin gecə saatlarında tam və keyfiyyətli işıqlandırılmasını təmin etməklə yanaşı, sakinlərin və nəqliyyat vasitələrinin təhlükəsiz, rahat hərəkətinə əlverişli şərait yaradıb. Yeni işıqlandırma sistemləri həm də küçənin estetik görünüşünü müasirləşdirərək şəhərin ümumi abad simasına əlavə gözəllik qatıb.
Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi dövlətimizin yürütdüyü siyasətin daim diqqət mərkəzindədir. Rayon ərazisində şəhidlərin adlarını daşıyan küçə və məhəllələrin mütəmadi olaraq abadlaşdırılması, infrastrukturunun yenilənməsi, işıqlandırma və yaşıllaşdırma işlərinin aparılması onların əziz xatirəsinə göstərilən sonsuz ehtiramın bariz nümunəsidir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək, qəhrəmanlarımızın adlarını daşıyan küçələrin daha müasir və abad vəziyyətə gətirilməsi üçün bütün zəruri işlər görüləcəkdir.
Küçədə yaradılan bu cür yüksək şəraitə, həmçinin şəhidlərimizin xatirəsinə göstərilən diqqət və qayğıya görə küçənin sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər

