Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,092
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 24İyn

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayondan olan bir qrup şəhid ailəsinin üzvü və qazi ilə görüş keçirib. Görüşün keçirilməsində məqsəd şəhid ailələrinin və müharibə iştirakçılarının qayğıları, problemləri ilə yaxından maraqlanmaq, onları narahat edən məsələlərin yerindəcə həllinə nail olmaqdır.

    Səmimi və qarşılıqlı dialoq mühitində keçən görüşdə rayon rəhbəri Müstəqim Məmmədov çıxış edərək bildirib ki, şəhid ailələri və qazilərimiz hər birimiz üçün ən əziz insanlardır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmizdə şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət səviyyəsində çox mühüm, ardıcıl tədbirlər həyata keçirilir. Biz bu gün azad, suveren və bütöv bir Azərbaycanda yaşayırıqsa, buna görə canlarını Vətən uğrunda fəda etmiş şəhidlərimizə və sağlamlığını itirmiş qazilərimizə borcluyuq. Tərtər rayonu həm Birinci, həm də İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıqlar göstərib, düşmən qarşısında mərdliklə dayanıb. Rayon İcra Hakimiyyəti olaraq bizim də ən ümdə vəzifəmiz, borcumuz hər an şəhid ailələrinin və qazilərin yanında olmaq, qarşıya çıxan məsələlərin operativ şəkildə həllini təmin etməkdir. Dövlətimizin bu ali diqqət və qayğısı bundan sonra da hər bir şəhid ailəsinə və müharibə iştirakçısına daim hiss etdiriləcəkdir.

    Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən davamlı diqqət və qayğıya, həmçinin problemlərinin operativ şəkildə həll olunmasına görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

    Müəllif: Redaktor, 09:01

İsmarıclar bağlıdır.