Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,242
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 14Sen
    Sosial İcra başçısı Xüsusi Təyyinatlı Qüvvələrin mənsubu “Qarabağ” ordenli Natiq Cavadovun atasının yas mərasimində iştirak edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qaynaq kəndində Xüsusi Təyyinatlı Qüvvələrin mənsubu “Qarabağ” ordenli Natiq Cavadovun atası Şahin Cavadovun yas mərasimində iştrak edib, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

    Məlumat üçün bildiririk ki, Cavadov Natiq Şahin oğlu 1984-cü ildə Tərtər şəhərində anadan olub. O, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısının alınmasında fəal iştirak edib, XTQ mənsubu kimi Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa, Kəlbəcər,  istiqamətində gedən ağır döyüşlərdə şücaət göstərib və yaralanıb. Dövlət tərəfindən mənzillə və avtomobillə təmin edilib.

    O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Qarabağ” ordeni, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü”, birinci, ikinci və üçüncü dərəcəli “Döyüşdə fərqlənməyə görə” medalları, həmçinin Azərbaycan Respublikasının Baş nazirinin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.

    Mərhumun yaxınları şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

     

  • 14Sen
    Sosial YAP Tərtər  rayon təşkilatında sosial şəbəkə fəalları ilə növbəti  görüş keçirilib üçün şərhlər bağlıdır

    “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 10 sentyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının inzibati binasında partiyanın sosial şəbəkə fəalları və fəal gənclərlə görüşü keçirilib.

    Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

    Görüşü giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov sosial şəbəkə fəallarını salamlayaraq, müasir dövrün çağırışları və rəqəmsal platformaların ictimai-siyasi proseslərdəki rolu barədə geniş məruzə ilə çıxış edib. Eldar Əsədov öz çıxışında bildiribki, bu gün Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm döyüş meydanında, həm də diplomatik müstəvidə tarixi və möhtəşəm uğurlara imza atır. Ölkəmizin qazandığı bu misilsiz nailiyyətlərin, xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən nəhəng şəhərsalma, bərpa və quruculuq layihələrinin rəqəmsal dünyada düzgün, dolğun və operativ şəkildə işıqlandırılması hər bir vətənpərvər gəncin mənəvi borcudur.

    Müasir dövrün tələbləri bizdən təbliğat işini ənənəvi çərçivələrlə məhdudlaşdırmamağı, xüsusilə sosial media üzərindən strateji şəkildə daha da gücləndirməyi tələb edir. Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalan və bu ideyalar ətrafında sıx birləşən YAP gəncləri virtual məkanda hər zaman ayıq-sayıq olmalıdırlar. Hər bir partiya üzvü dövlət siyasətinin fəal təbliğatçısına çevrilməli, rəqəmsal alətlərdən peşəkarcasına istifadə edərək Azərbaycan reallıqlarının dünyaya çatdırılmasına öz real töhfəsini verməlidir.

    Sonra çıxış edən YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev müasir dövrün tələblərinə uyğun olaraq təbliğat işinin, xüsusilə sosial media üzərindən daha da gücləndirilməsinin vacibliyini qeyd edib. O, YAP Mərkəzi Aparatının Sosial Media Mərkəzinin tapşırıq və tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb. Həmçinin,  qarşıda duran yeni hədəflərdən, bu istiqamətdə yaranan çətinliklər və onların həlli yollarından bəhs edərək, qısa müddətdə rayon təşkilatında sosial şəbəkələrdə siyasi işin təşkili sahəsində əldə olunan uğurları xüsusi vurğulayıb.

    Daha sonra görüşdə gənclərin sosial mediadakı fəaliyyətləri istiqamətində geniş fikir mübadiləsi aparılıb. Çıxış edən Taleh İsazadə, Elmir Xəlilov, Əzizə Kərimova, Altunə Bayramova və digərləri Yeni Azərbaycan Partiyasının fəalları olduqlarından qürur duyduqlarını bildiriblər. Gənclər YAP ətrafında daha sıx birləşərək partiyanın sosial şəbəkələrdəki fəaliyyətinin gücləndirilməsinə və dövlətçilik maraqlarının müdafiəsinə söz veriblər.

    Tədbirin sonunda sosial şəbəkə fəalları və gənclər onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını ifadə ediblər.

     Hörmətlə, YAP Tərtər Rayon Təşkilatı

     

  • 11Sen
    Sosial Oxucu məktubu üçün şərhlər bağlıdır

    Kiçik xoşbəxtliklər, böyük arzular

    İstəklər, arzular və məqsədlər həyatımızın böyük bir parçasıdır. Hər birimizin gələcəklə bağlı xəyalları, çatmaq istədiyi məqsədləri və həyata keçirmək istədiyi arzuları var. Əslində, bu arzuların təməli hələ uşaqlıqdan qoyulur.
    Uşaq vaxtı istəklərimiz çox kiçik olur. Bəzən bir oyuncaq, sevdiyimiz bir şirniyyat və ya sadəcə istədiyimiz bir yerə getmək bizi xoşbəxt etməyə kifayət edir. İllər keçdikcə böyüyür, arzularımız və məqsədlərimiz də dəyişir. Bir zamanlar bizi sevindirən kiçik şeylərə baxıb düşünürük: “Görəsən, necə olurdu ki, biz bunlardan bu qədər xoşbəxt olurdıq?”
    Əslində isə böyüdükcə itirməməli olduğumuz ən gözəl xüsusiyyətlərdən biri məhz kiçik şeylərdən xoşbəxt ola bilməkdir. Çünki həyat yalnız böyük uğurlardan və böyük arzuların reallaşmasından ibarət deyil. Bəzən bir səmimi söz, sevdiyimiz insanla söhbət, gözəl bir səhər, sakit bir axşam və ya üzümüzdə yaranan kiçik bir təbəssüm belə günümüzü gözəlləşdirə bilər.
    Bu, böyüdükcə məqsədlərimizin də kiçik qalması demək deyil. Əksinə, insan daim öz üzərində çalışmalı, qarşısına daha böyük məq-sədlər qoymalı və inkişaf etməyə davam etməlidir. Ancaq böyük məqsədlərə doğru gedərkən sahib olduğumuz kiçik xoşbəxtlikləri də görməyi bacarmalıyıq. Daha ətraflı »

  • 09Sen
    Sosial Əmin-amanlıq, diqqət və firavanlıq üçün şərhlər bağlıdır

    Tərtərdə vətəndaş məmnunluğunun mayasıdır 

    6-7 il əvvəl Tərtərin adı çəkiləndə gözlərimiz önündə gecə-gündüz müharibə şəraitində yaşayan bir bölgə canlanırdı. İnsanlar gündəlik işləri ilə məşğul olsalar da, bu adi həyatın arxasında daimi həyəcan, təlaş hissləri vardı. 30 ildən artıq bir müddətdə məkrli “qonaq”ların törətdikləri təxribatlar tərtərlilərə nələri yaşatmamışdı.

    Ancaq bütün bu ağrıların içində ümid sönməmişdi. Hər kəs inanırdı ki, bir gün haqq-ədalət Zəfər çalacaq. O gün gəldi. 2020-ci il sentyabrın 27-si ermənilərin törətdikləri təxribat xəbəri ilə başlasa da, bir şey hamı üçün aydın idi – bu işğalın, ədalətsizliyin sonu olacaq.

    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsindəki qələbəni Tərtər rayonu dağıntılar içində qarşıladı. Ancaq, bəlkə də, ölkədə bu xəbərə ən çox sevinən də elə bu rayonun sakinləri oldular. Daha ətraflı »

  • 09Sen
    Sosial İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə bu il birinci sinfə gedən şəhid övladları ilə görüşüb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov və YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə rayon icra hakimiyyətində bu il birinci sinfə gedən şəhid övladları ilə görüşüb.

    Görüşdə çıxış edən rayon rəhbəri məktəb həyatının başlanğıcında olan birinciləri və onların valideynlərini təbrik edib, Vətənə sadiq vətəndaş olmağı arzulayıb.

    Sonra dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində uğurla həyata keçirilən tədbirlərdən söz açıb. Bildirib ki, Vətən uğrunda canlarından keçən şəhidlərin övladları xalqımıza əmanətdir və onların qayğısız böyümələri, təhsil almaları üçün dövlətimiz tərəfindən bütün tədbirlər görülür.

    Ölkəmizdə təhsil sahəsində qazanılan uğurlardan da danışan rayon rəhbəri qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan təhsil siyasəti respublika prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva təhsil sahəsini hər zaman diqqətdə saxlayır, bu sahənin inkişafı üçün öz töhfəsini verir. Təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Daha ətraflı »

  • 08Sen
    Sosial Müasir tariximiz möhtəşəm uğurlarla zəngindir üçün şərhlər bağlıdır

    Sentyabrın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının XI konfransı keçirilib.

    Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

    Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin müdrik siyasəti müstəqil Azərbaycanın tərəqqisini təmin edib. O, müasir tariximizin möhtəşəm uğurlarla zəngin olduğunu söyləyib: “Uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyanın qüdrətli dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatlarının hesablaşdığı, hörmətlə yanaşdığı ölkəyə çevrilib”. Daha ətraflı »

  • 01Sen
    Sosial İcra başçısı şəhid İntiqam Mənsimlinin qardaşının toy şənliyində iştirak edib üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Kəngərli kəndindən olan Vətən Müharibəsi şəhidi Mənsimli İntiqam Rövşən oğlunun qardaşı Mənsimli Elçinin toy mərasimi keçirilib. Toy şənliyində ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər Rayon şöbəsinin rəisi Rəşad Nadirov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələri, Vətən müharibəsi qaziləri, veteranları iştirak ediblər.

    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy şənliyində çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb.

    Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib.

    Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran çütlüyü təbrik edib, onlara xoş arzularını çatdırıb, xoşbəxt, firavan həyat arzulayıblar.

    Qeyd edək ki, şəhid Mənsimli İntiqam 1998-ci il iyunun 5-də Tərtər rayonun Kəngərli kəndində anadan olub. 2020-ci il oktyabr ayının 16-da Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub, oktyabrın 17-də doğulduğu Tərtər rayonunun  Kəngərli kəndində dəfn olub.

    Ölümündən sonra o, döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin  müvafiq Sərəncamı ilə 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni və “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

    Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.

     

  • 01Sen
    Sosial Tərtər şəhərində yeni ticarət mərkəzi istifadəyə verilib üçün şərhlər bağlıdır

    Tərtər şəhəri, Tofiq İsmayılov küçəsində sahibkar Məmmədov Vaqif Əsədulla oğluna məxsus “Ailə Ucuzluq AVM” Ticarət Mərkəzinin açılış mərasimi keçirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.

    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən söz açaraq, yeni istifadəyə verilən xidmət obyektinin rayonun sosial-iqtisadi həyatındakı əhəmiyyətini vurğulayıb. Rayon rəhbəri ticarət mərkəzinin fəaliyyətə başlaması münasibətilə sahibkarı və kollektivi təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

    Mərasimdə çıxış edən şəhid ailələri yeni ticarət mərkəzinin açılışı münasibətilə sahibkarı təbrik edib, obyektdə çalışanlara uğurlar və bol ruzi diləyiblər.

    Açılışdan sonra rayon rəhbəri şəhid ailələri ilə birlikdə ticarət mərkəzi ilə tanış olublar.

    İcra baçısına məlumat verilib ki, müasir standartlara cavab verən “Ailə Ucuzluq AVM” Ticarət Mərkəzində sakinlərə münasib qiymətlərlə kişi, qadın və uşaq geyimləri, eləcə də məktəbli formalarının satışı təşkil olunub. Yeni ticarət obyektinin fəaliyyətə başlaması ilə 14 nəfər rayon sakini daimi iş yeri ilə təmin edilib.

    Sonda sahibkar özəl bölmənin inkişafına yaradılan əlverişli şəraitə, sahibkarlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

     

  • 13Avq
    Sosial Tərtərdə Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılmasının 5 illiyinə həsr olunmuş tədbir keçirilib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılmasının 5 illiyi münasibətilə tədbir keçirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş idarəsinin rəisi Qədir Babayev, məhkəmə və hüquq-mühfizə orqanlarının rəhbərləri, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş idarəsinin əməkdaşları iştirak ediblər.

    Öncə tədbir iştirakçıları Mərkəzi meydanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha ətraflı »

  • 13Avq
    Sosial Millət vəkili Tərtərdə vətəndaşları qəbul etdi üçün şərhlər bağlıdır

    Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu Bəyimsarov kəndində yerli sakinlərlə görüşərək onların müraciət və təkliflərini dinləyib.

    Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, eləcə də rayonda fəaliyyət göstərən müxtəlif idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

    Qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan müraciətlər əsasən kənddaxili yolların təmiri və bərpası, elektrik təsərrüfatının və işıqlandırma sisteminin yenilənməsi, torpaq sahələri ilə bağlı mövcud məsələlər, su təchizatı və suvarma problemləri,  həmçinin digər sosial-məişət məsələləri olub.

    Görüşdə qaldırılan ümumi xarakterli problemlərin həlli istiqamətində müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib, araşdırılması tələb olunan müraciətlər isə nəzarətə götürülüb.

    Sonda sakinlər çıxış edərək belə səyyar qəbulların keçirilməsini yüksək qiymətləndirib, onların problemlərinin birbaşa dinlənilməsinə və həllinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. Onlar dövlət tərəfindən göstərilən qayğını hər zaman hiss etdiklərini vurğulayaraq, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.