Evoğlu kəndində keçirilən qəbul-görüşdə Tərtər Rayon İcra
Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda gedən tikintiabadlıq işlərindən, kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətlərindən danışdı.
Sonra sakinlərin müraciətləri dinlənildi.
Kənd ağsaqqalı Şahin Hüseynov kənd sakinlərinin fasiləsiz içməli su, qaz, işıqla təmin olunduqları üçün respublika Prezidentinə minnətdarlığını bildirdi. Kəndin baş yolunun asfaltlanmasına, suvarmada olan
çətinliklərin aradan qaldırılması üçün yeni subartezian quyusunun qazılmasına ehtiyac olduğunu qeyd etdi. Teyyub Əliyev gənc kadrların irəli çəkilməsinə görə ölkə rəhbərinə minnətdarlıq etdi. Təvəkkül Daha ətraflı »
-
20NoyTərtər RİH-də QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır
-
20NoyTərtər RİH-də TƏRTƏR ŞƏHƏRİNİN BAŞ PLANININ İLKİN VARİANTININ TƏQDİMATI OLUB üçün şərhlər bağlıdır
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında hazırlanan Tərtər şəhərinin Baş planı layihəsinin ilkin variantının təqdimatı olub.
Təqdimat mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə Baş planda tətbiq olunan yeniliklər haqqında ətraflı məlumat verilib. Sonda layihənin ictimai müzakirəsi keçirilib. -
08NoyTərtər RİH-də ABAD KƏNDDƏ GÖRÜŞ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü təmas xəttində yerləşən Qaraağacı kənd İƏD üzrə nümayəndəliyinin Qapanlı kəndində oldu. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verdi. Bildirdi ki, bu il kənd əməkçiləri hər hektardan 37 sentner taxıl, 35 sentner arpa, 45 sentner pambıq götürüblər. Daha ətraflı » -
08NoyTərtər RİH-də İCTİMAİ MÜZAKİRƏ üçün şərhlər bağlıdır
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri və nazirlik yanında İctimai Şuranın sədri Umud Mirzəyev Tərtər rayonunda “Sosial yardım asılılığından özünüməşğulluğa doğru” mövzusunda keçirilən ictimai müzakirədə iştirak ediblər.
BAMF-ın Tərtər rayonundakı Regional Peşə Təlim Mərkəzində keçirilən tədbirdə nazirliyin müvafiq bölgə üzrə yerli qurumlarının əməkdaşları, İctimai Şuranın ayrı-ayrı üzvləri, layihə iştirakçıları və özünüməşğulluq proqramına müraciət edən həssas qrupların nümayəndələri iştirak ediblər. Daha ətraflı » -
08NoyTərtər RİH-də KONSULTATİV TİBBİ YARDIM üçün şərhlər bağlıdır
Akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin mütəxəssisləri Tərtər rayonunda əhalinin tibbi müayinəsini həyata keçirib.
Xəstəxanada tibbi müayinələrin aparılması üçün zəruri şərait yaradılıb. Mərkəzin həkimləri tibbi müayinələrdə könüllü iştirak etdiklərini bildiriblər. Sakinlər də müayinələrdən razılıqlarını ifadə ediblər.
Elmi Cərrahiyyə Mərkəzinin mütəxəssisləri həmçinin yerli həkimlərlə təcrübə mübadiləsi aparıb, bilik və bacarıqlarını bölüşüblər.
Akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində regionlarda müasir səhiyyə ocaqları yaradılaraq lazımi avadanlıqlarla təchiz olunub.“Yeni Tərtər”
-
08NoyTərtər RİH-də REGİON GƏNCLƏRİNİN TƏDBİRİ üçün şərhlər bağlıdır
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Gənclik gələcəkdir! Uğurun üçün çalış” gənclərin peşə və ixtisas seçiminə dəstək adlı layihə çərçivəsində Tərtər rayonunda yaşayan və təhsil alan gənclər üçün təlim keçirilib. .
Mərkəzin sədri Cavidan Ağazadə Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Anar Hətəmov, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimaisiyasi və Humanitar Məsələlər Şöbəsinin müdir müavini Elvin Umudov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Mingəçevir Şəhər Gənclər Evinin direktoru Tural Kərimov, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Dövlət İdarəçilik Akademiyasının Davamlı İnkişafın Planlaşdırılması və İdarə Edilməsi kafedrasının dosenti Miraqil Seyidzadə, Dövlət İdarəçilik Daha ətraflı » -
30OktTərtər RİH-də SƏMİMİ SÖHBƏT üçün şərhlər bağlıdır
Tətər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin Bayandur kəndində oldu. Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının təmsilçiləri, ərazi üzrə nümayəndələr, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə rayon icra hakimiyyəti başçısının Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Kamran Əhmədov kənd haqqında ümumi məlumat verdi.
Sonra 4 nəfər sakinin müraciəti dinlənildi. Kənd ağsaqqallarından Yusif Muradov elektrik təsərrüfatının yenidən qurulmasına, modul tipli ibtidai məktəbin həyətinin asfaltlanmasına, Telman Məmmədov suvarmada olan çətinliklərin aradan qaldırılması üçün kənddə yeni subartezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirdilər.
Ağbirçək ana Gilas Əsədova Bayandur kəndinin sakinləri adından aparılan islahatlara, xalqın sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərə görə respublika Prezidenti İlham Əliyevə kənd sakinləri adından minnətdarlığını bildirdi.
Qonşu Mamırlı kəndinin sakini, şəhid oğlu Ramin Rzayev həyat yoldaşının ankoloji, anasının şəkərli diabet xəstəsi olduğunu bildirərək, onların dərman preparatları ilə təmin olunmasına, özünə Mamırlı kəndində həyətyanı torpaq sahəsi verilməsinə köməklik göstərilməsi ilə bağlı müraciət etdi. Daha ətraflı » -
18OktTərtər RİH-də SƏMİMİ QƏBUL üçün şərhlər bağlıdır
Əvvəlcə Buruc kənd İƏD üzrə nümayəndə Böyükkişi Məlikov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti və görülən işlər barədə məlumat verdi. Bildirdi ki, Buruc kəndinin 290 təsərrüfatı, 1165 nəfər əhalisi, 614 hektar ərazisi var. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Kənd daimi işıq, qaz, içməli su ilə təmin olunub, əsas yolu asfaltlanıb.
Hazırda tarlalarda pambıq yığımı gedir. Baramaçılığın inkişafı üçün 1500 ədəd tut tingi əkilib, 3000 m su arxları lildən təmizlənib, 2 km kəndarası, 1 km qəbristanlıq yolu təmir olnub.
İcra nümayəndəsinin məlumatından sonra sakinlərin müraciətləri dinlənildi. Kənd ağsaqqalı Asif Alıkişiyev kənd sakinlərinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, kənd yolu asfaltlanıb, fasiləsiz işıq, qazla təmin olunuruq. Sonra ağsaqqal kənddə yeni müasir tipli məktəbin tikilməsinə, körpələr evi-uşaq bağçasının təmirinə ehtiyac olduğunu bildirdi.
Sakinlərdən Nüşabə Misirova suvarmada olan çətinliklərin aradan qaldırılması üçün yeni subartezian quyusunun qazılmasına, qəzalı vəziyyətdə olan subartezianın təmirinə, Məhərrəm Şamilov məktəbin qarşısından keçən asfalt yola yol nişanlarının qoyulmasına, Fizuli Yusifov suvarma kanallarının təmizlənməsinə ehtiyac olduğunu bildirdilər.
Müraciətlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi. Daha ətraflı » -
10OktTərtər RİH-də KƏNDDƏ QƏBUL üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Azadqaraqoyunlu kəndində oldu. Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov iştirak edirdi.
Azadqaraqoyunlu Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Nazim Xəlilov kənd haqqında ümumi məlumat verdi, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdı.
Qəbulda 6 nəfər sakinin müraciəti dinlənildi.
Sakinlərdən Elmira Abbasova, Vüsalə Əhmədova və Arif Hüseynov həyətyanı torpaq sahəsi ayrılması, qaz çəkilişi və məktəb tikintisi ilə əlaqədar məsələ qaldırdılar.
Müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən və mövcud problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən danışdı. Daha ətraflı » -
27SenTərtər RİH-də QARAAĞACI KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Qaraağacı kəndində oldu. Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti və görülən işlər barədə məlumat verdi.
İcra nümayəndəsinin məlumatından sonra sakinlərin müraciətləri dinlənildi. Kənd ağsaqqalı Şükür Əhmədov görülən işlərə görə respublika Prezidentinə kənd camaatı adından minnətdarlığını bildirdi. Erməni quldurları ilə təmas xəttində yaşayan kənd sakinlərinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışdı.
Sonra Şükür Əhmədov “Qulubəyli yeri” adlanan ərazidə yerləşən 80 hektara yaxın əkin sahələrinin suvarılmasında yaranan çətinlikdən danışaraq bu ərazidə subartezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirdi. Eyni təklifə kənd sakini Mamed Nuriyev də qoşuldu.
Sakinlərdən Zahid Əhmədov içməli su xəttinin 24 ailənin yaşadığı küçəyə də çəkilməsi, ll qrup Qarabağ müharibəsi əlili Ceyhun Məmmədov ona 2-ci pay torpağı sahəsinin verilməsi, Elnur Əhmədov isə kənd yolunda maşınların sürət həddinin azaldılması üçün yol nişanı qoyulması ilə bağlı müraciət etdilər. Daha ətraflı »
Yeni ismarıclar