Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü təmas xəttində yerləşən Qaraağacı kənd İƏD üzrə nümayəndəliyinin Qapanlı kəndində oldu. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verdi. Bildirdi ki, bu il kənd əməkçiləri hər hektardan 37 sentner taxıl, 35 sentner arpa, 45 sentner pambıq götürüblər.
İcra nümayəndəsinin məlumatından sonra sakinlərin müraciətləri dinlənildi. Kənd ağsaqqalı Əli Əliyev əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışdı.
Sonra ağsaqqal kəndin qalan 3 km yolunun da asfaltlanmasına ehtiyac olduğunu bildirdi.
Natiq Quliyev sağlamlığında olan problemlə bağlı əlillik dərəcəsinin dəyişdirilməsi, Vüsal Süleymanov isə həyətyanı torpaq sahəsinin zəbt olunması ilə bağlı müraciət etdilər.
Müraciətlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində gö-rülən işlərdən, əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən danışdı. Təmas xəttində yaşayan insanlara respublika Prezidenti tərəfindən göstərilən diqqət və qayğını dilə gətirdi.
Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.
-
08Noy
Müəllif: Redaktor, 10:25