Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08Noy

    Akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin mütəxəssisləri Tərtər rayonunda əhalinin tibbi müayinəsini həyata keçirib.
    Xəstəxanada tibbi müayinələrin aparılması üçün zəruri şərait yaradılıb. Mərkəzin həkimləri tibbi müayinələrdə könüllü iştirak etdiklərini bildiriblər. Sakinlər də müayinələrdən razılıqlarını ifadə ediblər.
    Elmi Cərrahiyyə Mərkəzinin mütəxəssisləri həmçinin yerli həkimlərlə təcrübə mübadiləsi aparıb, bilik və bacarıqlarını bölüşüblər.
    Akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində regionlarda müasir səhiyyə ocaqları yaradılaraq lazımi avadanlıqlarla təchiz olunub.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:07

İsmarıclar bağlıdır.