Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Azadqaraqoyunlu kəndində oldu. Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov iştirak edirdi.
Azadqaraqoyunlu Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Nazim Xəlilov kənd haqqında ümumi məlumat verdi, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdı.
Qəbulda 6 nəfər sakinin müraciəti dinlənildi.
Sakinlərdən Elmira Abbasova, Vüsalə Əhmədova və Arif Hüseynov həyətyanı torpaq sahəsi ayrılması, qaz çəkilişi və məktəb tikintisi ilə əlaqədar məsələ qaldırdılar.
Müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən və mövcud problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən danışdı.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov dövlət tərəfindən regionların inkişafına, əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıdan söz açdı, sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinlədi, onların həlli istiqamətində aidiyyəti qurumların qarşısında məsələ qaldırılacağını və lazımi köməklik göstəriləcəyini bildirdi.
Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.
“Yeni Tərtər”