Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Gənclik gələcəkdir! Uğurun üçün çalış” gənclərin peşə və ixtisas seçiminə dəstək adlı layihə çərçivəsində Tərtər rayonunda yaşayan və təhsil alan gənclər üçün təlim keçirilib. .
Mərkəzin sədri Cavidan Ağazadə Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Anar Hətəmov, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimaisiyasi və Humanitar Məsələlər Şöbəsinin müdir müavini Elvin Umudov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Mingəçevir Şəhər Gənclər Evinin direktoru Tural Kərimov, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Dövlət İdarəçilik Akademiyasının Davamlı İnkişafın Planlaşdırılması və İdarə Edilməsi kafedrasının dosenti Miraqil Seyidzadə, Dövlət İdarəçilik Akademiyası İctimai Əlaqələr, Elektron Tədris və İnformasiya-Kommunikasiya Texnologiyaları Şöbəsinin müdiri, fəlsəfə doktoru, dosent Yusif Ağayev, “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzinin Şöbə müdiri Murad Həsənxanlı, “AQRO Konsultasiya Mərkəzi” MMC-nin icraçı direktoru Rayaxanım Ağazadə və digərləri çıxış edərək, cəmiyyət həyatı üçün region gənclərinin doğru peşə və ixtisas seçiminin əhəmiyyətindən danışıblar.
“Gənclik gələcəkdir! Uğurun üçün çalış” gənclərin peşə və ixtisas seçiminə dəstək adlı təlim zamanı gənclərin sualları cavablandırılıb və onlara sertifikatlar təqdim edilib.
“Yeni Tərtər”