Uşaqlıq yaddaşımın müqəddəs səhifələrini vərəqləyirəm hərdən. Düşürəm uşaqlıq adlı bir heyrət dünyasına. Yorulmuş, görmək istəmədiklərini görməkdən usanmış gözlərim qarşısında əzəli və saf təbiətin ana qucağında, meşəli dağlarla əhatələnmiş gözəl bir vadidə ilahi bir kənd canlanır. Başı üzərində ağsaçlı Murovun qoşa zirvəsi ucalır. İlkinliyini hifz edə bilmiş ucsuz-bucaqsız meşələri bir təbiət sərgisi, təbiət muzeyidir; qucağında itərsən, əriyərsən, təbiətləşib təbiətin bir zərrəsi olmaq bəxtəvərliyinə qovuşarsan. Quşların nəğməsi çayların nəğməsinə, bulaqların zümzüməsinə qarışır. Mayası günəş işığı və hərarətindən yoğrulmuş ağ gündüzləri əzəmətli bir həyat himnidir. Nənələrin şirin nağılına bənzər gecələrinin tamaşasına ay çıxır, laylasını Tərtər, Ağçay, Arxana çalır. Zümrüd çəmənlərində bir dünyanın minbir çiçəyi boy verir, həyata, yaranışa, gözəlliyə, Ulu Yaradana minnətdarlıqla dolu təbəssümlər göndərir, ətirli nəfəsi ilə bir behişt ab-ha-vası yaradır. Nazlı sular sonası, Göy-gölün əkiz bacısı Sərsənggöl ayna tutur təbiətin ürəyində yuvalanmış, obalanmış bu kəndin mübarək hüsnünə. Daha ətraflı »
-
18MarƏdəbiyyat NAĞILLAŞAN KƏNDİN NOVRUZLU GÜNLƏRİ üçün şərhlər bağlıdır
Teqlər: Ədəbiyyat
-
18MarƏdəbiyyat BAHARI GÖZLƏYİRƏM! üçün şərhlər bağlıdır
Baharı gözləyirəm, səssiz-səmirsiz, quşların nəğməsini eşidim, bənövşənin, nərgizin, süsənin qoxusunu duyum, bağ-bağatın otunun, ağacların çiçəyinin ətrindən ciyərimə doyunca çəkim.
Baharı gözləyirəm, dərd-sərimizi, ağrı-acılarımızı qışın qarına-buzuna qatıb sellər-sularla axıdaraq xoş günlərə, firavanlığa, sağlamlığa çıxaq.
Baharı gözləyirəm, ilk qaranquş dəstəsi düşmən tapdağındakı torpaqlardan, Şuşadan, Laçından, Kəlbəcərdən, Dərələyəzdən, Zəngəzurdan, Göyçədən, daha neçə-neçə həsrət qal-dığımız elatlardan müjdə gətirsin, illərin ayrılığına son qoyulsun.
Baharı gözləyirəm, Xan qızı Natavanın, Dədə Şəmşirin, pələsəng ruhları yollardan yığılsın, dağlarımızın, bulaqlarımızın, kol-kos basmış qəbirlərimizin üstünə ağı deyə-deyə yox, həsrətdən dodağı çatlamış halda özümüzü çatdıraq. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
29FevƏdəbiyyat İSTİRAHƏTİNİZ XOŞ KEÇSİN üçün şərhlər bağlıdır
BİZİ ƏHATƏ EDƏN ƏTRAF
Bizi əhatə edən ətraf aləm gözəl təbiət mənzərələri ilə zəngindir. İnsan bir anlıq bu əsrarəngiz aləm qarşısında heyrətini gizlədə bilmir. Şair qələmi, rəssam fırçası acizdir bunları vəsf etmək üçün…
Hərdən gərginlikdən ətrafımıza nəzər salmırıq. Amma adi bir su şırıltısı, yarpaqların xəfif titrəyişi, qarışıq fikir və düşüncələrimizi alıb götürən həzin meh bizi xəyalən çox uzaqlara aparır. Gözəl dağ, səma və dəniz mənzərələri insana gözəl duyğular aşılayır.
Ana qayğısıyla yanaşır insanlara… Məhz ona görə təbiətə “Ana təbiət” də deyirik bəzən… Övladları- 4 fəslin heç biri arasında ayrıseçkilik salmayaraq hər birinə özünəməxsus gözəlliklər bəxş edir…
Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
29FevƏdəbiyyat ÇOX MEYVƏ YEYƏNLƏRİN NƏZƏRİNƏ üçün şərhlər bağlıdır
Məlumata görə Türkiyədə pəhriz sahəsində fəaliyyət göstərən Sunay Kütük, çox meyvə istifadəsinin doğru olmadı-ğını ifadə edib. Yaz mövsümündə bədənin su ehtiyacının qarşılaması üçün meyvə qəbulunun faydalı olmasına baxma-yaraq həddindən artıq istifadə düzgün deyildir. Onun sözlərinə görə yaz dövründə dəyişən qidalanma vərdişləri sayəsində çoxlu meyvə qəbulu artıq çəkinin formalaşmasına səbəb olur . Karbohidrat və şəkər baxımından zəngin olan meyvələri qəbul edib, hərəkətsiz qaldıqda yağa çevrilir. Bu da həddindən artıq kiloları özü ilə gətirir. Eyni şəkildə yazda gec saatlarda yemək yeyilməsi də artıq çəkiyə təsir edir. Yatmadan ən az iki saat əvvəl kalorisi aşağı olan qidalar istifadə edilməlidir. Yemək sonrasında çay içildikdə isə meyvə qəbul edilmir.
Teqlər: Ədəbiyyat
-
29FevƏdəbiyyat İNSAN BƏDƏNİ HAQQINDA MARAQLI FAKTLAR üçün şərhlər bağlıdır
1. Siz açıq gözlərlə asqıra bilmərsiniz. . . 2.Ağızda Yer kürəsində insan sayı qədər bakteriyalar var.
3. Sizin saçınızın bir teli almanın çəkisinə dözə bilər.
4. Sizin dilinizin izi tamamilə unikaldır, bunu unutmayın .
5. Bədəndə ən güclü əzələ dildir.
6. Mədənizin daxili qabığı hər üç gündən bir yenilənir.
7. Əgər 3 səhifə kitab oxumuşsunuzsa deməli gözləriniz 1 kilometr yolu qət edib.
8. Səhərlər insan çəkisi daha artıq olur, çünki bədənin altında yerimə vaxtı onurğa sıxılır və gecə düzəlir.
9. Mədədə o qədər turşu olur ki, onun köməyi ilə dəmir mismar hazırlamaq olar.
10. Siz təxminən gün ərzində 23 min dəfə nəfəs alırsınız.
11. Bildiyiniz kimi 4 qan qrupu yox, 29 qan qrupu var.Teqlər: Ədəbiyyat
-
29FevƏdəbiyyat DƏRİYƏ NECƏ QAYĞI GÖSTƏRMƏLİ? üçün şərhlər bağlıdır
Dəri baxımında onlarla kimyəvi maddələrdən istifadəyə son qoyun. Təbiətdə bizlər üçün bu qədər yararlı bitkilər və meyvələr var ikən seçiminiz təbiətdən yana olsun. Bitki yağları və bu təbii tərkibləri ilk dəfə istifadə edirsinizsə allergiya riskinə qarşı bədəninizin kiçik bir hissəsində test edin.
–Saçlarınızı hər gün yumaq məsləhət deyil. İmkan verin saçınız öz yağı ilə bəslənsin.
–Saçlarınız kimi üz dərinizin də öz yağı ilə bəslənməyə ehtiyacı vardır. Tətil günlərinizdə makiyajdan istifadə etməyin.
–Qəhvə əzməsindən üzünüzə maska kimi istifadə edə bilərsiz. 2-3 istifadədən sonra dərinizin necə canlandığını və parlaqlaşdığını görəcəksiniz. Bitki yağları dəriniz üçün tam bir möcüzə qaynağıdır. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
29FevƏdəbiyyat YADDAŞI ARTIRMAĞIN YOLLARI üçün şərhlər bağlıdır
Yaş, stres, qayğılar yaddaşın da pozulmasına yol açan səbəblərdən biridir. Amma bunun qar-şısını almaq üçün asan vasitələr var.
İspanaq-B qrupu vitaminlər və fol turşusu, E vitamini ilə zəngindir. Beyin hüceyrələrini sərbəst radikallardan qoruyur.
Balıq – Omega 3 beyin funksiyalarının işləməsində önəmli rola sahibdir. Qoz və kətan toxumu da yaxşı Omega-3 qaynağıdır.Depresiya, qavrama problemi, diqqət əksikliyi yaradır.
Qara şokolad – beyin reflekslərini fəallaşdırır. Qara şokolad güclü antioksidantdır. Diqqət toplamaq və konsantrasiyanı artırır.
Böyürtkən, çiyələk beyini sərbəst radikallardan qoruyur. Qırmızı üzüm, kivi, portağal və alma beynin funksiyalarını gücləndirir. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
29FevƏdəbiyyat AFORİZMLƏR üçün şərhlər bağlıdır
Hətta iblis də öz cəhənnəmində nəzakətli və sözəbaxan mələklərin olmasını istəyərdi.
V. Qjeqorçik.
Bədənin – ömür boyunca gəzdirdiyin yükdür. O nə qədər ağırdısa, səfərin də bir o qədər qısa olur.
A. Qlazqou.
Puldan daha vacib şeylər var, amma pulsuz onları ala bilməzsən.
P. Merime.
Dərd çəkmək – avaralanmağın bir növüdür.
S. Conson.
Göstərişlə edilən xeyirxahlıq – xeyirxahlıq deyil.
İvan Turqenev.
Xeyirxahlıq etmək xeyirxah olmaqdan J. Volfram. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
29FevƏdəbiyyat ATALAR SÖZLƏRİ üçün şərhlər bağlıdır
Ağıl yaşda olmaz, başda olar.
Ağıllı baş hər şeydən mənfəət götürər.
Ağıllı qəm yeyər, ağılsız qamçı.
Ağıllı fikir edincə, dəli Kürdən keçər.
Bacarıq ağılın nişanəsidir.
Ağıl çox – pul yox, ağıl yox – pul çox.
Ağıllı olan bir dəfə aldanar.
Ağır otur, batman gəl.
Adam var ki, adamların naxşıdır,
Adam var ki, dindirməsən yaxşıdır.Səhifəni hazırladı: Türkan
Teqlər: Ədəbiyyat
-
29Fev
Bir əsgər əsgərlikdə sevgilisinə o qədər məktub yollayır ki, axırda qız poçtalyonla evlənir..)
***
Qız – Əzizim, şəklini mənə göndərərsən?
Oğlan – Caaaaaan, ürəyim, darıxmısan?
Qız -Yox canım, qəzetdən Öküz şəkli
tapmışam, aranızdakı 7 fərqi axtaracam.
Qız: Bəs sənin çoxlu pulun, maşının,
villan varıydı. Nə oldu bəs?
Mamed: İmkan verdinmi ki, deyim
zarafat eliyirəm Daha ətraflı »Teqlər: Ədəbiyyat
Yeni ismarıclar