Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,013
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Noy
    Digər Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir üçün şərhlər bağlıdır

    Mənim Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakım olacaq. Dəvət aldığım ilk görüş 2023-cü ildə Düşənbədə, ikincisi isə 2024-cü ildə Astanada keçirilib və qarşıdakı görüşün Daşkənddə keçirilməsi gözlənilir.

    Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir;

    Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoqumuz və qarşılıqlı səfərlərimiz bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır.

    Son bir neçə ildə dövlət başçıları arasında qarşılıqlı səfərlərin və təmasların dinamikası münasibətlərimizin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir. Belə ki, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər və mən özüm də həmin müddətdə qardaş ölkələrdə 13 dəfə səfərdə olmuşam. Orta Dəhlizin artan əhəmiyyəti əməkdaşlığımızın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır. Daha ətraflı »

  • 14Noy
    Digər Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin 12 noyabr 2025-ci ildə Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edib. Ölkə başçısı qəbul zamanı çıxış edərək bildirib ki, Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız. Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz.

    Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır – ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Daha ətraflı »

  • 13Noy
    Digər Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. üçün şərhlər bağlıdır

    Əziz Şuşa, sən azadsan!

    Əziz Şuşa, biz qayıtmışıq!

    Əziz Şuşa, biz səni dirçəldəcəyik!

    Şuşa bizimdir! Qarabağ bizimdir!

    Qarabağ Azərbaycandır!

    Azərbaycan Prezidenti,

    Müzəffər Ali Baş Komandan

    İlham Əliyev

    Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Möhtərəm Prezidentin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının illərdir yerinə yetirilməyən 4 qətnaməsini Azərbaycan özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik nümayiş etdirməsi qələbənin təmin edilməsində mühüm rol oynadı. Daha ətraflı »

  • 12Noy
    Digər Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi üçün şərhlər bağlıdır

    “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.”

    Azərbaycan Respublikasının Prezidenti,

    Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev

    1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. Daha ətraflı »

  • 12Noy
    Digər 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günüdür üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Konstitusiyasının müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir.

    “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.”

                                                                                                                                                                                                                                                                                                                                                    Ulu Öndər Heydər Əliyev

    “1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur.”

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

    1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycanın konstitusiya quruluşunun tarixi SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur.

    Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib. Daha ətraflı »

  • 12Noy
    Digər 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür üçün şərhlər bağlıdır

    Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvoludur

    “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil.

    O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.

    Bu, bizim müstəqil dövlətimizin rəmzidir.

    Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı,

    xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.”

                                                                        Ümummilli Lider Heydər Əliyev

    Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

    Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.

    Bayrağımızın rəngləri istiqlal ideologiyanın üç təməl prinsipini özündə ehtiva edir. Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Üç rəngli bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Daha ətraflı »

  • 27Okt
    Digər Bu gün Qazaxıstan bütün dünyada etibarlı tərəfdaşdır, milli maraqları çərçivəsində öz siyasətini həyata keçirən, öz kursu ilə irəliləyən dövlət kimi həm də hər şeydən əvvəl yaxşı dostdur üçün şərhlər bağlıdır

    2025-ci il oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası keçirildi.

    Bu mühüm hadisə iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsinə və iki qardaş dövlətlərin ortaq strateji hədəflərin dəqiqləşməsi və Türk dünyasında birliyin güclənməsi baxımından xüsusi tarixi əhəmiyyət daşıyır.

    Qazaxıstanın indiki dövrdə gördüyümüz inkişafı və müasirliyi ilə Türk dünyasında böyük rol oynayır. Belə ki Prezidentimiz İlham Əliyev iclasda çıxışı zamanı Qazaxıstanın son illərdə əldə etdiyi sürətli inkişafı, iqtisadi sabitliyi və modernləşmə siyasətini yüksək qiymətləndirdi. Cənab Prezidentimiz vurğuladı ki, Prezident Tokayevin rəhbərliyi ilə Qazaxıstan təkcə Mərkəzi Asiyada deyil, ümumilikdə Avrasiya bölgəsində sabitlik və tərəqqi modeli kimi tanınmaqdadır. Həmçinin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin sözlərinə görə, Azərbaycanla əməkdaşlıq Qazaxıstanın xarici siyasətində ən mühüm və prioritet istiqamətlərdən biridir. Bu fikirlər bir daha göstərir ki, Azərbaycan və Qazaxıstan münasibətləri artıq adi diplomatik tərəfdaşlıq ölçüsündə deyil. Bu əlaqəmiz artıq dərin mənəvi və həmçinin tarixi köklərə əsaslanan qardaşlıq münasibətlərinə çevrilib. İclasda diqqət mərkəzində dayanan əsas mövzulardan biri Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının bir-birinə daha sıx bağlanması məsələsi idi. Prezidentlər həmçinin qeyd etdilər ki, bu gün Azərbaycan və Qazaxıstan ölkələri arasında yalnız enerji və ticarət tərəfdaşları deyil, həm də Avrasiya məkanında strateji körpü rolunu oynayan iki önəm kəsb edən dövlətdir. Xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) və həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr regionu birləşdirən əsas yollara çevrilib. Bu nəqliyyat xətləri Avropanı Asiya ilə birləşdirərib, Türk dövlətlərinin həm iqtisadi cəhətdən və həmdə siyasi yaxınlaşmasına real zəmin yaradır. Tokayev də bu fikri dəstəkləyərək qeyd etdi ki, Qazaxıstan və Azərbaycan Türk dünyasının qərb və şərq qapıları kimi fəaliyyət göstərir, və göstərməyə davam edəcək. Bu sözlərdən belə bir qənaətə gəlmək olarki bu iki ölkənin əlaqələri yalnız iqtisadi deyil, həm də geosiyasi sabitliyin mühüm dayağıdır. Astana görüşü çərçivəsində iki dövlət arasında bir sıra mühüm və iki ölkənin inkişafında mühüm rol oynayan sənədlər imzalandı. Bunlara aşağıdakılar daxildir:

    Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlığın genişləndirilməsi haqqında Birgə Bəyanat Ali Dövlətlərarası Şuranın qərarları hansı ki, enerji, nəqliyyat, rəqəmsal iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığı gücləndirir. Nazirliklər və dövlət qurumları arasında əməkdaşlıq memorandumu – iqtisadi, elmi və texnoloji əlaqələrin genişləndirilməsini nəzərdə tutur. Bu sənədlər ancaq iki ölkə arasında əlaqələrin sadəcə siyasi deyil, həm də iqtisadi və texnoloji müstəvidə dərinləşəcəyini göstərir. Həmçinin iclas əsnasında Prezidentimiz İlham Əliyev Qazaxıstanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəyişməz dəstəyə görə təşəkkür etdi. O, bu münasibətləri “əsl dostluq və qardaşlığın nümunəsi” kimi adlandırıb. Bu iki dövlət arasındakı əlaqələr Türk birliyi ideyasının praktik təzahürüdür.

    Azərbaycan və Qazaxıstan münasibətləri bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində də mühüm strateji əhəmiyyət daşıyır.

    Hər iki ölkə Türk dünyasının siyasi birliyinin, mədəni inteqrasiyasının və iqtisadi əməkdaşlığının əsas dayaqlarındandır. Bu gün Bakı və Astana birgə təşəbbüslərlə Türk dövlətlərini birləşdirən yeni reallıqlar formalaşdırır.

    Beləliklə, Astana görüşü sadəcə ikitərəfli diplomatik bir hadisə deyil, həm də Türk birliyinin daha real və praktik müstəviyə keçməsinin göstəricisidir.

    2025-ci ilin oktyabrında Astanada baş tutan Azərbaycan–Qazaxıstan görüşü iki ölkə arasında münasibətləri yeni strateji mərhələyə daşıdı.

    Bu görüş sübut etdi ki, Bakı və Astana yalnız iqtisadi və siyasi tərəfdaş deyil, bir ideya, bir mədəniyyət və bir gələcək vizionunun daşıyıcılarıdır.

    Bu gün Cənubi Qafqazdan Mərkəzi Asiyaya uzanan bu əməkdaşlıq xətti təkcə iki ölkəni yox, bütün Türk dünyasını birləşdirən sülh, sabitlik və tərəqqi körpüsünə çevrilir.

    Azərbaycan və Qazaxıstan – ortaq köklər, dostluq və qardaşlıq üzərində qurulmuşdur və bu əlaqələrin sayəsində – Türk birliyinin gələcək nəsillər üçün möhkəm təməlini yaradır.

     

     

     

     

     

     

     

     

     

    Daha ətraflı »

  • 21Okt
    Digər Ölkələrimiz arasında əməkdaşlıq strateji xarakter daşıyır. üçün şərhlər bağlıdır

    2025-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Qazaxıstanın nüfuzlu “Kazinform” informasiya agentliyinə eksklüziv müsahibə verib. Müsahibə, Azərbaycan–Qazaxıstan münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi, eyni zamanda regionda mühüm geosiyasi dəyişikliklərin baş verdiyi bir dövrdə həyata keçirilib. Dövlət başçısının bu çıxışı iki qardaş xalq arasında möhkəm dostluq, iqtisadi tərəfdaşlıq və türk dünyasının gələcəyi barədə strateji baxışını əks etdirib.

    Azərbaycan–Qazaxıstan münasibətləri barədə Cənab İlham Əliyev müsahibəsində vurğulayıb ki, Azərbaycanla Qazaxıstan arasındakı əlaqələr “qardaşlıq və etimad modeli” kimi dəyərləndirilə bilər. Dövlət başçısı qeyd edib ki, Nursultan Nazarbayevin və hazırkı Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi dövründə Qazaxıstan–Azərbaycan münasibətləri daha da möhkəmlənib. Bu gün iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir. Daha ətraflı »

  • 21Okt
    Digər 17 Oktyabr – Füzuli şəhəri günü ilə əlaqədar üçün şərhlər bağlıdır
    Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Füzuli rayonunun ərazisi 1386 km²-dir. Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır;

    Daha ətraflı »

  • 20Okt
    Digər 20 Oktyabr – Zəngilan şəhəri günü ilə əlaqədar üçün şərhlər bağlıdır
    Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır. Zəngilan rayonu Ermənistan və ona dəstək verən dövlətlər tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olunub. İyirmi yeddi illik işğal dövründə erməni cinayətlərinə şahidlik edən rayon tamamilə dağıdılıb, zəngin təbii ehtiyatlarını ermənilər talayaraq xarici ölkələrə daşıyıb. Bir vaxtlar 29 oktyabr tarixi Azərbaycanın dilbər guşələrindən olan Zəngilan rayonunun işğal günü kimi qeyd olunurdu.
    Artıq həmin günlər geridə qaldı. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazıb. İkinci Qarabağ müharibəsində Zəngilan rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Ordumuz aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində üç il əvvəl oktyabrın 20-də Zəngilanı işğaldan azad etməyə nail olub. 2020-ci il dekabrın 23-də isə Prezident İlham Əliyev Zəngilanda Azərbaycan bayrağını ucaldıb. İran və Ermənistanla həmsərhəd olan Zəngilan strateji cəhətdən vacib əhəmiyyət kəsb edir. Rayon rəşadətli Ordumuz tərəfindən işğaldan azad edildikdən sonra Azərbaycanın Zəngəzur bölgəsinə nəzarət imkanları yaranıb. Bu da gələcək perspektivlər baxımından önəmlidir. Həmçinin Ağbənd qəsəbəsi və Vejnəli yüksəkliyinin düşməndən təmizlənməsi ilə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi bərpa edilib. Dövlət sərhədi nəzarətə götürülməklə Ermənistana gətirilən hərbi yüklərin qarşısı alınıb. Bundan başqa, Qubadlı istiqamətindən gələ biləcək erməni qüvvələrinin mühasirəyə salınması və qısa zamanda təmizlənməsi asanlaşıb. Ermənistanın işğalına davam etməsi üçün İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolu əhəmiyyətli idi. Zəngilanın işğaldan azad edilməsi ilə bu yolun əsas hissəsi Ordumuzun nəzarətinə keçdi, eyni zamanda, Qarabağ düyününün açılmasında həlledici oldu. Zəngilanın Bartaz, Sığırt, Şükürataz və daha beş adsız yüksəkliyinin azad olunması isə Ordumuza vizual üstünlük qazandırıb, təhlükələri önləyib.
    Bölmələrimizin döyüş əməliyyatları Zəngilanın Ağalı kəndindən başlayıb. Həmin döyüşlər zamanı Azərbaycan Ordusunda vətənpərvərlik ruhu çox yüksək səviyyədə idi. Zəngilan rayonunun nəzarətimizə keçməsindən sonra bir çox yaşayış məntəqələrinin azad olunması üçün əlverişli şərait yaranıb.
    Azərbaycan 44 günlük Vətən müharibəsi yekunlaşdıqdan dərhal sonra düşmən tapdağından xilas edilən ərazilərdə sürətli şəkildə yenidənqurma işlərinə başlayıb. Strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda tikilən Beynəlxalq Hava Limanının 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi olub. Bu Hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən 2021-ci il oktyabrın 26-da təməli qoyulan Zəngəzur dəhlizinin-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Bundan əlavə, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi həyata keçirilib. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Beləcə, ötən il iyulun 19-da Ağalı kəndinə əhalinin köçürülməsinə başlanıb. Böyük Qayıdışın da başlanğıcı olan bu proses tariximizdə çox yaddaqalan hadisə olub. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın, Füzuli şəhərlərinə məcburi köçkünlərin qayıdışı təmin olunub. Azad olunan ərazilərdə hazırda bərpa-quruculuq işlərinin aparılması sakinləri sevindirir. Artıq Zəngilanda bir çox yenidənqurma işləri görülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Zəngilanın “Ağıllı kənd”ində müasir, yeni evlər inşa olunub. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışını, həyata keçirilən infrastruktur layihələrini görəndə hər birimizdə qürur hissi yaradır.