Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,768
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 15İyl

    Qəbiristanlığa gedən yol təmir olunub

    Rayon rəhbərinin yerlərdə keçirdiyi səyar qəbul-görüşləri müsbət nəticə verir və sakinlər tərəfindən rəğbətlə qarşılanır. Hər belə görüş zamanı ayrı-ayrı yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafı ətraflı təhlil olunur, uğur və çatışmazlıqlar nəzərdən keçirilir, mövcud nöqsanların müsbət həlli üçün tədbirlər görülür.
    Xüsusən də əhalini narahat edən bəzi məsələlərin operativ həll olunması artıq ənənə halını alıb. Bu yaxınlarda Buruc kəndində keçirilən növbəti qəbul-görüş zamanı kənd sakini Hikmət Abbasov müraciət edərək qəbiristanlığa gedən yolun təmir olunmasına köməklik olunmasını xahiş edib.
    Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına əsasən Buruc kənd İƏD üzrə nümayəndəlik və Buruc bələdiyyəsi tərəfindən qəbiristanlığa gedən yol hamarlanıb, yola şebel tökülərək təmir olunub.
    Bu işin görülməsi hər kəs tərəfindən razılıqla qarşılanıb.

    “YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 10:04

İsmarıclar bağlıdır.