Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional “ASAN xidmət” mərkəzinin səyyar xidmət avtobusu iyul ayının 1-dən 30-na dək Tərtər sakinlərinə xidmət göstərəcəkdir. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.
* Tibb xidməti
* Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu)
* Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
* Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi
* Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
* Əmək pensiyalarının təyin edilməsi
* Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
* Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
* Sürücülük vəsiqələrinin dəyişdirilməsi
* Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
* Notariat fəaliyyəti
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “ASAN xidmət”in səyyar avtobusunda sakinlər üçün yaradılmış şəraitlə tanış olub, sakinlərin qayğıları ilə maraqlanıb, onlarla səmimi söhbət edib.
Xidmətdən yararlanan sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası-nın Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.