PARTİYA ÜZVLƏRİ HƏMİŞƏ ÖNDƏDİRLƏR
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Tərtər Rayon Təşkilatının yaranmasının 32–ci ildönümü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, ərazi partiya təşkilatı sədrləri, partiya veteranları və fəalları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Sonra tədbir YAP rayon təşkilatının inzibati binasında davam etdirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın su-verenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin və dünyasını dəyişmiş YAP üzvlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon təşkila-tının üzvlərini səmimi qəlbdən təbrik edərək, onlara işlərində uğurlar arzulayıb.
Rayon rəhbəri Azərbaycan xalqının ən ağır, taleyüklü dövründə Ümummilli Lider Heydər Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının təsis edilməsindən və cəmiyyətin aparıcı, intellektual, vətənpərvər kəsiminin YAP-ın sıralarında birləşməsindən, Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən geniş bəhs edib.
Bildirib ki, Yeni Azərbaycan Partiyasının ölkəmiz üçün çətin tarixi dövrdə yaranması heç kim üçün sirr deyil. Keçən 32 il ərzində partiyanın bugünkü inkişafının böyük səylərin, qətiyyətin nəticəsi olduğunu böyük əminliklə qeyd edə bilərik. Partiya sıralarında bütün kateqoriyadan olan insanların təmsil olunması isə onu deməyə əsas verir ki, YAP xalqın partiyasıdır.
İcra başçısı o dövrdəki ictimai-siyasi durumdan, Azərbaycanın vətənpərvər və ziyalı insanlarının nicat yolunu Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtmasında gördüklərindən, onların Ulu Öndərə müraciət ünvanlamalarından, müraciəti ünvanlayan məşhur “91-lər”in öz tarixi missiyalarını şərəflə yerinə yetirmələrindən danışıb.
Bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsindən 7 ay sonra YAP-ın iqtidar partiyasına çevrildiyini, Yeni Azərbaycan Partiyası təsis olunduqdan 8 ay sonra isə – 25 iyul 1993-cü il tarixdə rayonumuzda partiyanın ilk təşkilatı yarandığını qeyd edib.
Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və idarəetmə prinsiplərinə söykənərək müstəqil dövlətimizin qurulması yolunda çoxşaxəli fəaliyyət göstərib. Bu gün Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf siyasəti partiyamızın sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, güclü sənaye və iqtisadi resurslara malik, dünya enerji bazarında söz sahibinə çevrilmiş, beynəlxalq siyasi arenada öz imzası olan, dünya ölkələrinin hesablaşmalı olduğu bir ölkəyə çevrilib. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı, ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi.
Bu illər ərzində Azərbaycan gücləndi, Ordumuz yenidən təşkil edildi. Nəticədə 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun mütləq qələbəsi ilə yekunlaşdı. Azərbaycanın malik olduğu imkanların, birliyimizin, həmrəyliyimizin təqdimatı oldu. Torpaqlarımızın işğaldan azad edilməsi ilə ölkə rəhbəri ata vəsiyyətini yerinə yetirdi.
Tədbirdə YAP rayon təşkilatının sədri Eldar Əsədov, YAP veteranları Zakir Bağırov, Kərrar Bayramov, Telekommunikasiya ərazi partiya təşkilatının sədri Adil Hüseynov, Qaraağacı ərazi ilk partiya təşkilatının sədr müavini Rəşad Qarayev, Sarov ərazi ilk partiya təşkilatının sədri Almaz Qasımova da çıxış ediblər. Onlar YAP-ın Azərbaycanın siyasi həyatında əvəzsiz rolundan, partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda, hətta bütün dünyada yüksək nüfuza malik olduğunu söyləyiblər. YAP-ın sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin Ulu Öndər Heydər Əliyev ideyalarına etimadın və Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu vurğulayıblar.
Tədbirin sonunda YAP Tərtər Rayon Təşkilatı tərəfindən rayonun ictimai-siyasi həyatında göstərdikləri xidmətlərə görə bir qrup partiya fəalına fəxri fərmanlar və hədiyyələr, YAP sıralarına yeni daxil olmuş üzvlərə isə vəsiqələr təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyası himninin səsləndirilməsi ilə yekunlaşıb.