Bizim hər birimiz həyatda bədbəxt hadisələrdən sığortalanmamışıq. Həyat bəzən çox qəddar olur, kimsə atasını, anasını, yaxud digər doğmasını itirir. Əlbəttə, çox acınacaqlı haldır ki, ailədə uşaq anasız, yaxud atasız böyüyür.
Ancaq müşahidə etdiklərimizdən belə bir qənaətə gəlmişəm ki, əsl insan odur ki, üzləşdiyi faciələr onu qəddarlaşdırmasın, həyata inamını qırmasın. Əgər belə olarsa, bu, böyük bir bəladır. Mənim zənnimcə, həyatın zərbələri doğmaları bir-birindən ayırmalı deyil, əksinə birləşdirməlidir. Hər kəs dərk etməlidir ki, təkcə özü üçün deyil, həm də ailəsi üçün, cəmiyyət üçün yaşayır və gərəkli olmaqdan ötrü bütün çətinliklərə tab gətirmək lazımdır. Əlbəttə, heç nə yaddan çıxmır, o cümlədən yaxınlarımızın həyatdan getməsi də. Ancaq yenə də bahar gələcək, çiçəklər açacaq. Bu, həyatın fəlsəfəsidir.
Könül Quluyeva



Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) indiyədək həyata keçirdiyi çoxsaylı əhəmiyyətli layihələrindən biri də mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridir.
Ağdam rayonu 1930-cu ildə təşkil edilmişdir. Rayonun sahəsi 1094 kvkm olmaqla relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Qarabağın mərkəzində, Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Ermənistanın Azərbaycan torpaqlarının işğalına başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun və əhalisinin üzərinə düşmüşdür.
Vergi Məcəlləsinin 8-ci maddəsinə əsasən fiziki şəxslər əmlak və torpaq vergiləri Yerli vergilərə (bələdiyyə vergiləri) aid edilmişdir. Bələdiyyə ərazisində yerləşən əmlaka mülkiyyət, torpaq sahələrinə isə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri əldə etdikdən sonra fiziki şəxs 1 ay ərzində əmlakın (torpağın) yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında uçota durmalıdır. Fiziki şəxs yuxarıda göstərilən müddətdə uçota durmadıqda o, bələdiyyənin vergi xidməti orqanı tərəfindən aparılan müşahidə-baxış tədbirlərinin nəticəsi üzrə tərtib olunan pasport qeydiyyatı aktı əsasında uçota alınır və ona 5 gün müddətində müvafiq olaraq şəhadətnamə və ya bildiriş göndərilir.
HƏRBİYƏ APARAN YOL
Aprel ayının əvvəlində baş vermiş hadisələr bir daha sübut etdi ki, ordumuz qüdrətlidir və düşmənə qalib gəlməyi bacaran oğullarımız var.
Vətən hər kəsin doğulduğu eldən və evdən başlayır! – deyib babalarımız. Bu gün vətənə oğullar böyüdən belə eldən və evdən danışacağıq.
5 iyun 1972-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası İsveçin paytaxtı Stokholm şəhərində 5 iyunun “Ümumdünya Ətraf Mühit Günü” kimi qeyd olunmasına qərar verib.
Turanə Həsənli 2000-ci ilin gözəl bir bahar günündə –mayın 27-də anadan olmuşdu. Gözünü bu dünyaya açdığı dəqiqələrdən günəşin gur işığını, bir-birindən ətirli yaz çiçəklərini görmüşdü. Ona görə də həyatı, xüsusən də bahar fəslini çox sevirdi. Hər il bağlarındakı ağaclar çiçəkləyəndə, bunların arasında şəkil çəkdirirdi. Elə ömrünün də beləcə gözəl, işıqlı olacağını təsəvvür edirdi…
Yeni ismarıclar