Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Dek

    yolka11355602777-324Yeni İl bayramı ( Milad) böyük və qədim tarixə malik olsa da, şam ağacının bu bayramın atributu olma adət-ənənəsi orta əsrlərdə Almaniyaya təsadüf edir. Lakin bu atribut 19-cu əsrdən etibarən Rusiyada məşhurlaşmışdır ki, bundan sonra bütün dünyada şam ağacı Yeni İl bayramının atributu olaraq qəbul edilmuşdur. Onu da qeyd edək ki, Milad şam ağacı ilə Yeni İl şam ağacının bəzədilməsi və dekoru ilk əvvəl seçilsə də, daha sonra bu fərq götürülmüşdür və şam ağacı Yeni İl ilə xristian dünyasında qeyd olunan Milad bayramının atributu olaraq qəbul olunmuşdur. Şam ağacı Yeni İlin atributu olaraq dünyanı fəth etdikcə insanlar bu atributu öz adət-ənənələrinə, dəyərlərinə, həyat tərzlərinə uyğun bəzəməyə başladılar. İnsanlar, millətlər, fikirlər nə qədər müxtəlifdirsə, insanların ümidləri, gözləntiləri də bir o qədər müxtəlifdir. İnsanlar şam ağacından arzularının çin olmasını yox, bir növ bunu etməklə bu arzularının çin olacağına əmin olurlar və özlərində güvən, həyat eşqi yaradırlar ki, bundan da gözəl heç bir şey yoxdur. Əgər insanların ümidləri, gözəl arzuları varsa, deməli, dünyamızda sevgi də var, dəyər də var, həyat da var! Bayramlar insanları birləşdirir onlara paylaşmağı, sevməyi və ümid etməyi öyrədir ki, bəlkə də dünyamızın indiyədək qalmasıının səbəbi məhz həmin bayramlardır və insanlarda olan bayram əhval-ruhiyyəsidir.

    Müəllif: Redaktor, 12:55

    Teqlər:

İsmarıclar bağlıdır.