Xoruz ili, 2017-ci ilin 28 yanvar tarixində Meymun ilini əvəz edəcək. İşıq və oyanış xüsusiyyətlərini daşıyan bu il, 2017-ci ildə də orijinal və enerji ilə dolu olacaq.
Bu günə qədər düzgün və dəqiq idarə olunan layihələr ən böyük mükafatlarını məhz bu il əldə edəcəklər.
Xoruz ilində doğulan insanların xüsusiyyətləri:
Xoruz illəri: 1933 – 1945 – 1957 – 1969 – 1981 – 1993 – 2005 – 2017 – 2029…
Uğurlu rəqəmləri: 5, 7 və 8
Uğursuz rəqəmləri: 1, 3 və 9
Uğurlu rəngləri: qızılı, qəhvəyi və sarı
Uğursuz rəngləri: ağ və yaşıl
Güclü xüsusiyyətləri: Azad, istiqanlı, qabiliyyətli.
Zəif xüsusiyyətləri: Səbrsiz, həssas, gözlənilməz reaksiya, eqoist.
XARAKTERİ:Xoruz, ev heyvanlarının lideri olduğu üçün, bu ildə doğulan insanlar çox qürurlu, özündən əmin və təkəbbürlüdürlər. Şüarları sədaqətlikdir. Səmimidirlər. Hər zaman həqiqəti deyər və verdikləri sözləri tutarlar. Daim qarşılıqlı hörmət gözləyən bu ilin sahibləri mənfi cəhətlərinin ortaya çıxmasından utanar və çəkinərlər.
Xoruz ilində doğulan insanların ən güclü xüsusiyyətləri müşahidə qabiliyyətidir. Bir işin hər detalını incələyərlər. Hətta onlar haqqında, çiynində də gözləri var deyilir. Heç bir şey diqqətindən qaçmaz. Sosialdırlar və iddialı işləri bacarmaq qabiliyyətinə malikdirlər.
1.Xoruz ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşı kimi uyğun olan insanlar: Öküz, İlan, Əjdaha ilində anadan olanlar.
2.Xoruz ilində anadan olan insanlara az-çox münasib insanlar: Siçan, Xoruz, İt, Dovşan ilində anadan olanlar.
3.Xoruz ilində anadan olan insanlara qətiyyən yaramayan, hətta onlara bədbəxtlik gətirən insanlar: Pələng, At, Meymun, Qoyun, Qaban ilində anadan olanlar.
Diqqət mərkəzində olmağı, təqdir edilməyi, təriflənməyi sevən bu ilin sahibləri zövqlüdürlər və yaxşı geyinməyi bacarırlar. Başqalarının görünüşünü davamlı tənqid etməyi sevərlər. Səyahətlərində yaxşı pul xərcləyərlər. Yeni tanışlıqlara daim meyillidirlər. Həddindən artıq göstərişli davranışları onları ehtiraslı olmağa doğru aparar. Cəsur insanlardılar və birinin köməyə ehtiyacı olduğunda dərhal ora qaçarlar.
Tövsiyə almaqda çətinlik çəkərlər. Müstəqil təbiəti, iş həyatında davamlı olaraq öz inkişafını təmin etməsini və öz mənfəətinin qorumasını təmin edər. Öz fikirlərinə, tənqidlərinə və seçimlərinə güvənərlər. Bəzən inadçıllığı tuta bilər. İş həyatında yorulmaz və haqqları üçün sonuna qədər mübarizə apararlar.
Xoruz ilində doğulan insanlar bəzən çox eqoist və öz fikirlərini qəbul etdirməyi sevsələr də, güvənilən və yaxşı vaxt keçirilən bir yoldaş olmağı da bacarırlar.
Xoruz çox romantikdir. Hədiyyələri sevərlər, bahalı brendləri isə xüsusi ilə. Daim əsl sevgini axtarar və sevdiyi insanlara sadiq olarlar..
-
28Dek
Müəllif: Redaktor, 13:40
Teqlər: Digər