2015-ci il arxada qaldı. Bütövlükdə dünyamız üçün bu il o qədər də rəvan olmadı. Yaşadığımız regionda iqtisadi, siyasi, hərbi böhran artdı, yeni münaqişə ocaqları yarandı.
Bunlara baxmayaraq, ötən il Azərbaycan bütün sahələrdə uğurlarını artıra bildi. Xüsusilə qeyri-neft sektorunun inkişafına önəm verildi, “Kənd təsərrüfatı ili” çərçivəsində aqrar sahənin səmərəliliyinin yüksəldilməsi üçün müəyyən tədbirlər görüldü. Daha ətraflı »
-
22YanXəbərlər İNZİBATİ ƏRAZİ DAİRƏLƏRİ ÜZRƏ NÜMAYƏNDƏLİKLƏRDƏ HESABAT YIĞINCAQLARI üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
22YanXəbərlər TƏKLİFLƏR SƏSLƏNDİRİLDİ üçün şərhlər bağlıdır

Tarixə qovuşan 2015-ci il Mamırlı və Poladlı kəndlərinin sakinləri üçün uğurlu illərdən birinə çevrildi. Məhz bu ildə həmin kəndlərin qazlaş-dırılması başa çatdı və bununla da əhalinin ən böyük problemlərindən biri həll olundu. Sosial məsələlərin həlli ilə yanaşı iqtisadiyyatın möhkəmləndirilməsi, hey-vandarlıq və əkinçilik məhsulları istehsalının atırılması da diqqət mərkəzində saxlanıldı. Daha ətraflı »Teqlər: Xəbərlər
-
22YanXəbərlər GÖRÜLƏN İŞLƏR MÜSBƏT QİYMƏTLƏNDİRİLDİ üçün şərhlər bağlıdır

Hacıqərvənd kənd İnzibat Ərazi Dairəsi üzrə nümayəndəlik rayonumuzun iri yaşayış məntəqələrindən biri olmaqla ərazisi 1271 hektar, yerli əhalisi 2867 nəfər, ailə təsərrüfatlarının sayı 686-dır. Ərazidə 247 nəfərdən ibarət 79 məcburi köçkün ailəsi məskunlaşmışdır.
Bu günlərdə keçirilən hesabat yığıncağında rayon icra hakimiyyəti başçısının Hacıqərvənd kənd İƏD üzrə nümayəndəsi Vəli Əliyevin ötən il ərzində görülən işlər barədə hesabatı dinlənilib və qarşıda duran vəzifələr müzakirə edilib. Daha ətraflı »Teqlər: Xəbərlər
-
22YanXəbərlər QARŞIDA DURAN VƏZİFƏLƏR üçün şərhlər bağlıdır
Dəmirçilər kənd İnzibati Ərazi Dairəsi Dəmirçilər və Ağkənd kəndlərini əhatə edir. Burada keçirilən hesabat yığıncağında nümayəndə Zəqəm Ağayev göstərib ki, bu iki kənddə təsərrüfatların sayı 510, ərazi vahidinin sahəsi 1810 hektar, əhali 2141 nəfərdir. Sakinlərin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Əkin sahəsi 664 hektardır. Ötən ilin yay mövsümündə suyun ermənilər tərəfindən kəsilməsi işdə çətinliklər yaratsa da adamların ciddi cəhdi nəticəsində əkin sahələrinə qayğı ilə qulluq edildi, buğda, arpa, yazlıq bitkilər sahələrindən və yoncalıqlardan kifayət qədər məhsul tədarük olundu. Əldə olunan məhsullar əvvəlki illə müqayisədə xeyli çoxdur. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
16DekXəbərlər AĞACƏKMƏ KAMPANİYASI BAŞLAYIB üçün şərhlər bağlıdır
Rayonumuzun yaşıllaşdırılması işlərində
həvəslə çalışan kollektivlərdən biri də subartezian quyularının istismarı idarəsidir. Bu günlərdə rəhbəri və təsisçisi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü–İDEA çərçivəsində ağacəkmə kampaniyasına qoşulan kollektivin 42 nəfər üzvü “Tərtər-Bərdə” magistral yolu-nun sol kənarında ağacəkmə aksiyasında iştirak edib. Onların qüvvəsi ilə burada 100 ədəd Eldar şamı, 400 ədəd Krım gülü və 250 ədəd müxtəlif meyvə ağacları əkilib.
* * *Tərtər rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin və Məşğulluq Mərkəzinin əməkdaşları rayonumuzda yeni istifadəyə verilmiş 54 mənzilli yaşayış binasının həyətinin abadlaşdırılmasında yaxından iştirak ediblər. Keçirilən bir neçə iməcilik zamanı binanın qarşısında 100 ədədə yaxın Eldar şamı əkilib.
Teqlər: Xəbərlər
-
16DekXəbərlər “HEYDƏR ƏLİYEV MÜASİR AZƏRBAYCANIN QURUCUSU VƏ MEMARIDIR” üçün şərhlər bağlıdır
Mövzu ilə bağlı Heydər Əliyev Mərkəzində “Dəyirmi masa” keçirildi.
Tədbirdə rayonun idarə və müəssisələrində çalışan fəal YAP üzvləri iştirak etdilər.
İstirakçılar öncə Ulu Öndərin büstünü ziyarət edərək, önünə gül dəstələri qoydular. Daha ətraflı »Teqlər: Xəbərlər
-
16DekXəbərlər Tərtərlilər Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad etdilər üçün şərhlər bağlıdır

Tərtər şəhərinin Mərkəzi Meydanında
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyublar. Daha ətraflı »Teqlər: Xəbərlər
-
11DekXəbərlər KƏNDİMİZƏ QAZ ÇƏKİLİR üçün şərhlər bağlıdır
Rayonumuzun bir sıra kəndləri kimi bizim Köçərli kəndinə də qaz çəkilişi işləri davam etdirilir. Kən-dimizin 390 təsərrüfatında 1700 nəfər əhali yaşayır. Sahə rəisi Elşad Məmmədov və iş icraçısı Çingiz Həsənov bildirdilər ki, qaz çəkilişini “Alıbəyli UY” şirkəti həyata keçirir. Çəkiliş zamanı 108, 76 və 57 diametrli dəmir borulardan istifadə olunur. Hər küçəyə qaz çəkilən zaman evlərə sayğac qoyulur, tənzimləyici quraşdırılır.
Şirkətin işçiləri yeni il bayramınadək kəndin qazlaşdırılmasını başa çatdırmaq üçün var qüvvə ilə çalışırlar.Ziyəddin Nəcəfov
Köçərli kənd sakini
Teqlər: Xəbərlər
-
11DekXəbərlər BİNANIN DAM ÖRTÜYÜ DƏYİŞDİRİLİR üçün şərhlər bağlıdır
Şəhərimizin Ədalət Paşayev küçəsindəki 5 mərtəbəli 30 mənzilli yaşayış evinin dam örtüyü dəyişdirilərək yenidən qurulur.
Rayonda aparılan tikinti-quruculuq işlərindən bizə məlumat verən Tərtər RİHB aparatının memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Tofiq Kərimov bildirdi ki, adıçəkilən yaşayış binasının dam örtüyü dəyişdiriləndən sonra bu iş Qafur Məmmədov küçəsindəki 5 mərtəbəli yaşayış binasında görüləcəkTeqlər: Xəbərlər
-
11DekXəbərlər SU-KANALİZASİYA XƏTLƏRİNİN ÇƏKİLİŞİ DAVAM EDİR üçün şərhlər bağlıdır
Cari ilin iyun ayında Tərtər şəhərinin və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin tikintisi layihəsinin icrasına başlanıb. Layi-hədə 110 km icməli su və 110 km kanalizasiya xətlərinin çəkilməsi nəzərdə tutulmuşdur. Hazırda şəhə-rin 13 küçəsində qazıntı və quraşdırma işləri aparılıb, 25974 metr magistral kanalizasiya xətti, 12363 metr magistral su xətti çəkilib. Tutumu 5000 kubmetr olan su anbarının tikintisi davam etdirilir. Anbara 1200 metr su xətti çəkilib. Anbardan şəhərə gələn su xəttinin 500 metrdən çox hissəsi işlənib.Teqlər: Xəbərlər


Yeni ismarıclar