2015-ci ildə Tərtər əməkçiləri Bakı və Sumqayıt şəhərlərinin yarmarkalarına xeyli miqdarda və müxtəlif çeşidli məhsullar göndəriblər. İl ərzində hər şənbə, bazar və bayram günlərində cəmi 342 ton meyvə-tərəvəz, 90 min dəstə göyərti, 9,5 ton ət, 3,4 ton süd məhsulları, 12 min ədəd yumurta yarmarkalara çıxarılıb. Həmçinin ekologiyanı sağlamlaşdırmaq və yaşıllığı artırmaq məqsədilə 8 min ədəd müxtəlif meyvə tingləri yola salınıb. Həmin məhsullar Bakının N. Nərimanov, Binəqədi rayonlarında və Sumqayıt şəhərində təşkil olunmuş yarmarkalarda satılıb.
Bu işdə əsasən rayonumuzun Hüsənli, Azadqaraqoyunlu, Qarağacı, Xoruzlu və Qaynaq kəndlərinin məhsul istehsalçıları daha fəal iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu vacib sahəni daim diqqət mərkəzində saxlayır.
Fermerlər yarmarkalara öz məhsullarını apararkən nə yolda, nə də bazarlarda heç bir süni maneələrlə rastlaşmırlar.
Bütün bunlar barədə bizə rayon icra hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi və bu işə məsul şəxs Natiq Musayev məlumat verdi. O bildirdi ki, bütün bunlar ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsinə və süni qiymət artımının aradan qaldırılmasına xidmət edir. Elə ona görə də 2016-cı ilin ilk 2 həftəsində şənbə və bazar günləri yarmarkalara rayonumuzdan 6 tondan çox meyvə-tərəvəz, 0,5 ton ət və 0,2 ton süd məhsulları, 2500 dəstə göy, 1000 ədəd meyvə tingi göndərilib. Bu iş il boyu davam etdiriləcəkdir.
Əvəz Nəsirov
-
22Yan
Müəllif: Redaktor, 15:31
Teqlər: Xəbərlər