“İDEAL” MMC-nin Tərtər filialında tələbələrin ikinci buraxılışına diplom və sertifikatların təqdim olunması münasibəti ilə tədbir keçirilib. Tədbiri cəmiyyətin Tərtər filialının rəhbəri Taleh Qurbanov acıb. O göstərib ki, “İDEAL” MMC 15 sentyabr 2003-cü il tarixdən Yevlaxda fəaliyyətə başlayıb. 2014-cü ilin dekabr ayının 5-də Tərtər filialı yaradılıb. Cəmiyyətin direktoru Anar Alıyevdir. Tərtər filialında birinci buraxılışda kursu 40 nəfər bitirib, 12 diplom, 28 sertifikat təqdim olunub.
Ikinci buraxılışda isə kursu bitirənlərin sayı 43-ə çatıb. Onlardan 18-nə diplom, 25-nə isə sertifikat verilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısının müavini Elvin Umudov, başçının köməkçisi Qadir Mədətov, rayon maliyyə idarəsinin rəisi Zahid Təhməzov, rayon mədəniyyət şöbəsinin mudiri Günduz Mürsəlov gəncləri kompüter kurslarını bitirmələri münasibəti ilə təbrik edib, gələcək fəaliyyətlərində uğur-lar arzulayıblar.
“Yeni Tərtər”
-
22Yan
Müəllif: Redaktor, 15:48
Teqlər: Xəbərlər