2015-ci il arxada qaldı. Bütövlükdə dünyamız üçün bu il o qədər də rəvan olmadı. Yaşadığımız regionda iqtisadi, siyasi, hərbi böhran artdı, yeni münaqişə ocaqları yarandı.
Bunlara baxmayaraq, ötən il Azərbaycan bütün sahələrdə uğurlarını artıra bildi. Xüsusilə qeyri-neft sektorunun inkişafına önəm verildi, “Kənd təsərrüfatı ili” çərçivəsində aqrar sahənin səmərəliliyinin yüksəldilməsi üçün müəyyən tədbirlər görüldü.
Ötən il rayonumuzda da bu sahənin inkişafı diqqət mərkəzində saxlanıldı və bütövlükdə kəndlərimizin iqtisadi, sosial və mədəni həyatının daha yüksək səviyyəyə çatdırılması məqsədilə xeyli iş görüldü. Belə ki, rayonun kəndlərinin qazlaşdırılması davam etdirildi, yollar abadlaşdırıldi, yeni məktəb binaları, tibb müəssisələri tikilib istifadəyə verildi, iqtisadi sahədə əldə edilmiş nəticələrə uyğun olaraq əhalinin güzəranında dəyişikliklər baş verdi. Bütün bunlar barədə Tərtər RİHB-nin şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində 2015-ci ilin yekunları ilə bağlı yanvar ayının 5-dən keçirilən hesabat yığıncaqlarında danışılır. Yığıncaqlar 1 şəhər və 28 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə keçiriləcək və yanvar ayının 29-da başa ça-tacaq.
Hesabat yığıncaqlarında ötən ilin yekunları müzakirə olunmaqla yanaşı, qarşıda duran vəzifələr də müəyyənləşdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində söylədiyi bu sözlər hər bir məmurun fəaliyyəti üçün əsas götürülür: “Biz güclü dövlət qururuq, güclü iqtisadiyyat qururuq, eyni zamanda insanların rifahı bizim üçün həmişə prioritet məsələ olubdur və olacaqdır”
-
22Yan
Müəllif: Redaktor, 15:12
Teqlər: Xəbərlər