Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Yan

    Изображение 104Изображение 044Tərtər rayonunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündən başlandı. Tərtər Cümə məscidinin axundu Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxudu. Tərtərlilər abidənin önünə gül-çiçək dəstələri qoydular.
    Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi. Tədbir iştirakçıları əvvəlcə məktəblilərin 20 Yanvar faciəsinə həsr olunmuş əl işlərindən ibarət sərgisinə baxdılar. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış etdi. Rayon rəhbəri bildirdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 26 il keçir. Keçmiş sovet döv-lətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
    Xalq o günlərdə böyük bir həqiqəti—həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin—qüdrətli liderin yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. 20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən də Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin hə-yatını açıq təhlükə qar-şısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoy-mayan İlham Əliyevlə birlikdə ölkəmizin Mos-kvadakı daimi nümayən-dəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin itti-ham etdi, qoşunların Ba-kıdan çıxarılmasını tələb etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi.
    Rayon rəhbəri qeyd etdi ki, Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermə-nistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir.
    Azərbaycan Vətən Müha-ribəsi Birliyinin rayon şöbəsinin sədri Nizami Hey-dərov, Dəmirçilər kənd tam orta məktəbinin tarix müəllimi Elxan Məmmədzadə, tarixdiyarşünaslıq muzeyinin direktor əvəzi Maral İbrahimova 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş çıxışlar etdilər.
    Sonra tədbir iştirakçıları rayon mədəniyyət evinin özfəaliyyət kollektivinin hazırladığı “Şəhidlər ölmürlər” adlı ədəbi-bədii kompozisiyaya baxdılar.
    Saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:00

    Teqlər:

İsmarıclar bağlıdır.