Yaxın günlərin söhbətidir. Rayon uşaq xəstəxanasına ağır xəstələnmiş bir azyaşlı gətirmişdilər. Həkimlərin müayinəsindən sonra məlum olmuşdur ki, uşaqda pnevmaniya xəstəliyi var. Buna qarşı həkimin diaqnozu ilə təcili tibbi yardım göstərilməlidir. Tibb bacıları Lalə Bəxtiyarova və Gülnarə Nəsirovaya tapşırıq verilir və onlar işə başlayırlar… Daha ətraflı »
-
20İynSəhiyyə TiBB BACILARI üçün şərhlər bağlıdır
-
20İynDigər SADƏ PEŞƏ ADAMLARI üçün şərhlər bağlıdır
PEŞƏSİ İLƏ FƏXR EDİR
Mirzə İsmayılovu rayonumuzda tanımayan adam bəlkə də yoxdur. Bunu əminliklə deyirəm. Ona görə ki, 30 ilə yaxın bir vaxt ərzində elektriklə işləyən məişət avadanlıqlarının–ütü, tozsoran, ətçəkən, fen, avtotransformatorların təmir işlərini keyfiyyətlə görür. Iş yeri bazarın qarşısındadır. Onun yanına gətirilən işləməyən cihazları keyfiyyətlə təmir edib sahibinə qaytarır. Buna görə də insanlar arasında böyük hörməti var. Sənətdən söz düşəndə Mirzə deyir ki, mən peşəmlə fəxr edirəm. Çünki həyatda pis peşə, pis sənət yoxdur. Ancaq pis sənətkar var. Elələri var ki, işinə səhlənkar yanaşır, işi başdansovdu görür. Onda bu da istər-istəməz insanlarda narazılıq yaradır. Yetər ki, gördüyün işə ürəkdən yanaşasan, insanların inamını qazanasan. Bax, onda olursan yaxşı sənətkar. Daha ətraflı »
Teqlər: Digər
-
20İynDigər MÖCÜZƏLİ “YAŞIL ADA” üçün şərhlər bağlıdır
Həyatda bacarıqsız insan olmur. Sadəcə məsələ bundadır ki, hər kəs öz yerini tapa bilə. Yəni məşğul olduğu işi ürəyinin istəyi ilə seçə.
Kəngərli kəndində möcüzəli «yaşıl ada» həyatda bu fikri təsdiqləyən əyani nümunədir. Bura cəmi 0,24 hektar sahəni əhatə edir. Bu kiçik torpaq sahəsində kənd sakini Rəfi Həsənov nələr yaratmayıb?! Daha ətraflı »
Teqlər: Digər
-
20İynKənd təsərrüfatı Tingçilik gəlirli sahədir üçün şərhlər bağlıdır
KƏND SAKİNLƏRİNİN ƏSAS MƏŞĞULİYYƏTİ
Rayonumuzun iqtisadiyyatı çoxsahəlidir. Kimi taxıl, pambıq əkir, mal-qara bəsləyir, digərləri isə başqa təsərrüfat işləri ilə məşğul olurlar.
Ələsgərli kənd sakinlərinin məşğuliyyəti isə əsasən tingçilik-calaqçılıqdır. Müstəqillik dövründə torpaq islahatı keçiriləndən sonra sahibkarlar və ailə-fermer təsərrüfatlarının üzvləri nəinki həyətyanı sahələrdə, həm də pay torpaqlarında ting əkib becərməklə məşğul olurlar. Kənd sakinlərindən Vahid Allahverdiyevi, Elxan Kazımovu, Mahir Quliyevi, bəzi digər sakinləri hamı usta calaqçı kimi tanıyır. Bu insanların hər biri hər il pay torpaqlarında 15-20 min ting əkib, calayır və satırlar. Ailələrin qazancı əsasən bu sahədən götürülür. Daha ətraflı »
Teqlər: Digər
-
20İynDigər HƏQİQƏTLƏRƏ KÖLGƏ SALAN RİYAKARLIQ PƏRDƏSİ üçün şərhlər bağlıdır
Erməni xisləti
Dünyanın hər yerində erməni məkri, erməni xisləti çayır kimi yayılıb artmaqdadır. Harada erməni varsa, orada qan var, qada var. Bu, tarixin isbatladığı danılmaz gerçəklikdir. Lakin erməni fitnəsinin, erməni vəhşiliyinin ən ağır zərbəsi zaman- zaman Azərbaycana və onun doğma qardaşı Türkiyəyə dəymişdir. Özləri dünyada görünməyən fəlakətlər–müharibələr, terror aktları, soyqırımlar törədir, sonra da utanmadan günahı başlarına ən dəhşətli faciələr gətirdikləri xalqların üstlərinə atırlar və fağır bir millət görkəmi alıb, dünyaya hayhəşir salırlar. Daha ətraflı »
Teqlər: Digər
-
20İynDigər Yeniyetmələr tərəfindən törədilmiş cinayətlərin xüsusiyyətləri üçün şərhlər bağlıdır
Yeniyetmələr tərəfindən törədilmiş cinayətlər ümumi cinayətkarlığın bir hissəsi olub özünəməxsus cəhətləri ilə seçilən xüsusi bir kateqoriyanı təşkil edir. Belə ki, yeniyetmələr tərəfindən törədilmiş cinayətlərdə cinayətin subyekti özünün psixoloji və maddi durumuna görə tam formalaşmamış fiziki şəxsdir. Fərdin yetkinlik yaşında həyat təcrübəsi həm müsbət, həm də mənfi cəhətlərin təsiri altında formalaşa bilər ki, bu da son nəticədə onun həyatının müəyyən hissəsində cinayət törətməyə meylini artıra bilər. Psixoloji durumu zəif olan şəxslər artıq həyatlarının ilk pilləsində bu sınaqdan çıxa bilməyərək cinayət törətmiş olurlar. Bir qədər psixoloji durumu həyat çətinliklərinə uyğunlaşmış şəxslərdə isə kriminal addımlara meyl bir qədər zəif olur. Daha ətraflı »
Teqlər: Digər
-
20İynMilli-mənəvi dəyərlər Dini radikalizmə qarşı mübarizədə maarifləndirmə işi üçün şərhlər bağlıdır
Gənclər Mərkəzində “Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda konfrans ke-çirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirdiyi konfransda din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha ətraflı »Teqlər: Digər
-
12İynDigər 2014-cü ildə Tərtər rayonunda demoqrafik vəziyyət haqqında üçün şərhlər bağlıdır
2015-ci ilin əvvəlinə Tərtər rayo-nunun əhalisinin sayı 775 nəfər və ya 0,8 faiz artaraq 101768 nəfər olmuşdur. Bu göstərici ölkə əhalisinin 1,1 faizini, Yuxarı-Qarabağ iqtisadi rayonunun əhalisinin 15,6 faizini təşkil edir. Əhalinin ümumi sayından 29,5 faizi şəhər, 70,5 faizi isə kənd sakinidir. Rayon əhalisinin 49,3 faizini kişilər, 50,7 faizini qadınlar təşkil edir. Hazırda 1000 kişiyə 1024 nəfər qadın düşür. Daha ətraflı »
Teqlər: Digər
-
12İynDigər 23 il Laçınsız üçün şərhlər bağlıdır
Gecələr yuxumda o dağları görürəm
Hər kəsin doğulub boya-başa çatdığı məkan özü üçün doğmadır, əzizdir. Amma dağlar diyarı, füsunkar gözəlliyi ilə göz oxşayan Laçının gözəlliyi tamam başqadır.
1970-ci ildə Laçın rayonunun Budaqdərə kəndində anadan olmuşam. Uşaqlığım, gəncliyim o dağların qoynunda keçib. Ailədə 8 uşaq olmuşuq. 4 oğlan, 4 qız. Əksəriyyətimizin də ali təhsili var. Laçın işğal olunanda mənim 22 yaşım vardı. Daha ətraflı »Teqlər: Digər
-
12İynDigər Ailə müqəddəsdir üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarından birində demişdir: «Gələcək nəsillərə maddi sərvətlər və iqtisadi mirasla yanaşı, həm də daha çox milli irs, milli mentalitet ərməğan edilməlidir».
Bu baxımdan gələcək nəslin tərbiyəsində ailə əvəzsiz rol oynayır. Ana dilinə məhəbbət, vətənə sevgi, zəhmətsevərlik və xalqımızın milli-mənəvi dəyərlərinə aid olan digər xüsusiyyətlər uşaqlara ilk növbədə ana laylası, ata öyüdü ilə keçir. Valideynlərin bir-birinə və övladlarına olan münasibəti də sağlam ailə mühitinin formalaş-masına və cəmiyyətimizin fəal, layiqli vətəndaşlarının tərbiyə olunmasına kömək edir. Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar