KƏND SAKİNLƏRİNİN ƏSAS MƏŞĞULİYYƏTİ
Rayonumuzun iqtisadiyyatı çoxsahəlidir. Kimi taxıl, pambıq əkir, mal-qara bəsləyir, digərləri isə başqa təsərrüfat işləri ilə məşğul olurlar.
Ələsgərli kənd sakinlərinin məşğuliyyəti isə əsasən tingçilik-calaqçılıqdır. Müstəqillik dövründə torpaq islahatı keçiriləndən sonra sahibkarlar və ailə-fermer təsərrüfatlarının üzvləri nəinki həyətyanı sahələrdə, həm də pay torpaqlarında ting əkib becərməklə məşğul olurlar. Kənd sakinlərindən Vahid Allahverdiyevi, Elxan Kazımovu, Mahir Quliyevi, bəzi digər sakinləri hamı usta calaqçı kimi tanıyır. Bu insanların hər biri hər il pay torpaqlarında 15-20 min ting əkib, calayır və satırlar. Ailələrin qazancı əsasən bu sahədən götürülür.
Ələsgərli kənd sakini, mey-və tingliyi üzrə Qarabağ Elmi-Tədqiqat bazasının əməkdaşı, alim-aqronom Məhəmməd Şirinov bildirdi ki, bizim Ələs-gərli kəndində 2 minə yaxın əhali yaşayır. Kəndin zəhmətsevər insanları tingçilik-calaqçılıqla məşğul olurlar. Bu işi ailədə təkcə kişilər deyil, qadınlar da bacarırlar.
Yalnız rayonumuzun kəndlərini deyil, respublika əhalisinin tingə olan tələbatının bir hissəsini də bu kəndin camaatı ödəyir.
Məhəmməd Şirinov onu da bildirdi ki, respublikamıza xaricdən meyvə və giləmey-və gətirilməsinə heç bir ehtiyac yoxdur. Ona görə ki, hə- min bitkilərin geni dəyişdirildiyi (modifikasiya) üçün onlardan alınan meyvələr insan sağlamlığına mənfi təsir göstərir.
Əvəz Abdullaoğlu