Erməni xisləti
Dünyanın hər yerində erməni məkri, erməni xisləti çayır kimi yayılıb artmaqdadır. Harada erməni varsa, orada qan var, qada var. Bu, tarixin isbatladığı danılmaz gerçəklikdir. Lakin erməni fitnəsinin, erməni vəhşiliyinin ən ağır zərbəsi zaman- zaman Azərbaycana və onun doğma qardaşı Türkiyəyə dəymişdir. Özləri dünyada görünməyən fəlakətlər–müharibələr, terror aktları, soyqırımlar törədir, sonra da utanmadan günahı başlarına ən dəhşətli faciələr gətirdikləri xalqların üstlərinə atırlar və fağır bir millət görkəmi alıb, dünyaya hayhəşir salırlar.
Onların içi kin, nifrət, fitnəfəsad zəhəri ilə doludur. Bu quldurların damarlarında qan əvəzinə bəşərin ən dəhşətli viruslarla yoluxmuş, bütün insanlığa təhlükə yarada bilən qisas hissi axır.
Taleyim elə gətirib ki, ömrümün 15 ilini bu yaramazların arasında yaşamışam. Lap “sülhün bərqərar olduğu” sovet dövründə belə ermənilərin türklərə və azərbaycanlılara qarşı (bizə də türk deyirlər) bütün həyatları boyu necə nifrət hissi ilə alışıbyandıqlarını, fürsət düşən kimi bizimlə necə vəhşicəsinə rəftar etdiklərini gözlərimlə görmüşəm. Onlar öz uşaqlarını da bu kinküdurət ruhunda böyüdürlər, lap körpəlikdən onların nəzərində azərbaycanlıların və türklərin vəhşi, qaniçən, kəmsavad obrazlarını formalaşdırırlar. Məsələn, bizdə uşaq inad edəndə onu “xoxanla”, “xortdanla” qorxuduruqsa, ermənilər: “Paxi, türk eqan” (qaç, türk gəldi) ifadəsi ilə qorxudurlar. Bizi başa düşməyənə bəzən əsəbləşib deyirik: “Qanmaz deyilsən ki?!”, onlar isə deyirlər: “Ərə, ho türk çes” (Ə, türk deyilsən ha?!). Belə misallardan yüzlərlə çəkmək olar. Demək istədiyim odur ki, ermənilər tarixən bizə qarşı nankor münasibət bəsləyiblər və indi də bu düşmənçiliyi davam etdirirlər.
Bir erməninin danışdığı
Qarabağ müharibəsinin başlanması ilə nəticələnən Xankəndində keçirilən mitinqlər bizim hansımızın yadından çıxa bilər ki? O vaxtlar bir erməni mənə danışırdı ki, ilk mitinqə başlayanda ermənilər elə bilirdilər ki, iştirakçıların hamısını elə həmin gecə həbs edəcəklər. Heç kim qorxusundan evində yatmırdı. Sabah tezdən hamı sağ-salamat olduğunu görüb, yenə meydana axışırdılar. Elə bil ki, təzə qədəm atmaq istəyən bir körpə yıxılacağından qorxurdu, bir addım, iki addım… Gördük ki, yox, sizin “yuxarılar” ermənilərin “nazıyla oynayırlar”, ondan sonra mitinqlər daha da genişləndi. (Amma düzünü deyim ki, çox adam bu mitinqlərə öz xoşu ilə gəlmirdi, məcbur edirdilər).
Bəli, o zaman Azərbaycanın rəhbərliyində olan vassallar və kütbeyinlər bu xalqın qaçqın və məcburi köçkünə çevrilməsinə, öz tarixi dədə-baba torpaqlarından didərgin düşməsinə səbəb oldular.
Azərbaycan xalqını qədim-qayın torpaqlarından köçürməklə özlərinə dövlət yaradan ermənilər sonda “Böyük Ermənistan” xülyasına düşdülər. Onlar həmişəki kimi tarixi saxtalaşdıraraq Dağlıq Qarabağın ermənilərin keçmiş yaşayış məntəqəsi olduğu iddiasını yenidən ortaya atdılar. Özləri də yaxşı bilirlər ki, bu iddia sırf uydurmadır və absurddur. Ermənilər bu ərazilərə köçürülənlərdir.
“Marağa 150”
1978-ci il idi. O vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonuna məxsus olan ermənilərin yaşadığı Marağa kəndi Tərtər şəhərinin cəmi 1 kilometrliyində idi. Bir gün həmin kəndə gedəndə gördüm ki, yolun kənarında bir abidə ucaldırlar və aşağısından da ermənicə “Marağa 150” yazıblar. Soruşanda özləri dedilər ki, bu abidə ermənilərin ilk dəfə İranın Marağa kəndindən Azərbaycanın Dağlıq Qarabağ ərazilərinə köçürülənlərin (1928-ci il) 150 illiyi şərəfinə ucaldılır.
Sonralar tarixən burada yaşadıqlarını uyduranda ermənilər öz əlləri ilə həmin abidəni uçurdular ki, özləri özlərini inkar etməsinlər. (“Marağa 150” abidəsinin hər iki halda şəkli var).
Tarixi cinayət
Erməni quldurları Xocalıda, Kərkicahanda və Malıbəylidə dinc əhalini minbir işgəncə ilə kütləvi şəkildə qətlə yetirən zamanlar mən respublika qəzetlərinin birində müxbir işləyirdim, Tərtərdə yaşayırdım və bütün hadisələrin içində idim. Erməni vəhşiləri günahsız soydaşlarımı yalnız azərbaycanlı olduqları üçün xüsusi bir amansızlıqla öldürürdülər. Mənim doğmalarımın bir çoxu məcburi köçkün düşərək həmin yaşayış məntəqələrinə pənah gətirmişdilər. Şuşada da yaşayan qohumlarım, dostlarım və həmkəndlilərim çox idi. Buna görə də ermənilərin hər bir qanlı olayı mənə dəhşətli təsir edirdi.
Namərd qonşun olunca, mərd düşmənin olsun.
Çörək verib qucaq açdığımız, yaltaq dillərinə inandığımız, yurdumuzun ən dilbər guşələrində yaşamağa imkan verdiyimiz bu qonşu nankorlar dəfələrlə bizə qarşı naxələflik və namərdlik ediblər. Bizim ürəyimizin yumşaqlığından və bağışlamaq xarakterimizdən həmişə düşmən kimi sui-istifadə ediblər.
Həmişə ürəyimdə sızıltılı bir yara qövr edir ki, ermənilər mənim orta məktəbdə dərs dediyim şagirdlərimin başlarını əzab verə-verə kəsiblər, cavan oğlanların damarlarına şprislə neft yeridiblər, uşaq qızlarımızın başına dözülməz binamus oyunlar açıblar, tanıdığım adamların qollarını, qıçlarını odun kimi şaqqıltıyla sındırıblar, qadınların döşlərini kəsiblər, qarınlarını bıçaqla cırıblar, ərləri, digər doğmaları baxa-baxa gənc gəlinləri əxlaqsızcasına alçaldıblar. Belə dəh-şətlərə dözməyib ürəyi partlayanlar, başlarına hava gəlib dəli olanlar və beləcə ölüb gedən o qədər yurddaşımız oldu ki!…
Belə əndişələri mənə doğma olan və Xocalıda girov götürülən qohum-əqrəbam, həmkəndlilərim də yaşayıblar. Girovluqdan külli miqdarda pulun və daha nələrinsə hesabına azad olunduqdan sonra özümə məlhəm bildiyim insanların şəxsən mənə danışdıqları erməni quduzluğunun və vicdansızlığının növbəti təzahürüdür. Onların belə dəh-şətli, iyrənc əməllərini eşidəndə adamın damararında qan donur, tükləri biz-biz olur, ürəyi üşüyür. Inanmaq olmur ki, bəşər övladı bu qədər qana həris, əzablı ölümdən ləzzət alan, yırtıcı xislətli olsun. Məgər bu quldurların ata-anaları, qardaş-bacıları, övladları yoxdurmu?! İnsan da bu qədər vəhşi olar?! Yox, Allahın ermənilərdən xəbəri yoxdur. Yoxsa canavarı, tülkünü, donuzu, çaqqalı, ilanı… yaratmazdı.
Xocalıda onların törətdiklərini göz önünə gətirin. Körpələrə, qocalara, qadınlara məhəl qoymadan xüsusi bir amansızlıqla qırıb-çatan, dinc və köməksiz əhalini doğrayıb-tökən, qarşısına çıxan canlı və cansız nə varsa hamısını qəddarcasına məhv edən, darmadağın dağıdan, bir günün içində 613 nəfər günahsız insanı qanına qəltan edən bu mənfurlara nə ad verəsən?
Ermənilər insanlığa qarşı heç bir düşmənçilik etməsəydilər də, təkcə Xocalı qırğınını törətməklə bəşərin yaddaşında yenə də qaniçən, qəddar, vəhşi bir tayfa kimi qalacaqdılar. Bu soyqırım bəs edir ki, dünya onların üzünə tüpürsün.
Erməni əsiri
Müharibənin ən dəhşətli vaxtları idi. Mənə dedilər ki, bizim döyüşçülər bir erməni quldurunu əsir tutub gətiriblər. Öyrəndim ki, həmin ermənini Tərtər Rayon İcra Hakimiyyətinin həyətindəki bir otaqda saxlayırlar. Lazımi icazəmi alıb, onun yanına getdim. Sarı bir gədəydi. Azərbaycan dilində bilmədiyindən mən onunla ermənicə danışmağa məcbur oldum. Irəvan ermənisi idi. Heç rusca da yaxşı bilmirdi. Məni görəndə “erməni fağırlığını” işə saldı, yazıq görkəm aldı, ağlamağa və yalvarmağa başladı:
–Qoyma məni öldürsünlər!
Dedim:
–İrəvandan gəlib bizim torpaqlarda nə sülənirsən? Sənin qardaşların Xocalıda günahsız və köməksiz insanları, xəstələri, qocaları, uşaqları doğrayıb-biçəndə niyə belə eləmirdin? Sənin ananı, bacını, uşağını xocalıların gününə salsalar, neyləyərsən?
–Mənim günahım yoxdur. Zorla, hədə-qorxuyla məni evimdən çıxarıb bura gətiriblər. Yoxsa saqqallılar məni də, ailə üzvlərimi də güllələyəcəkdilər. Yalvarıram, qoyma məni öldürsünlər! Burda hamı mənim üzümə tüpürür, qoy tüpürsünlər, amma məni öldürməsinlər.
Dedim:
–O tüpürcək sənin millətinin ən yaxşı mükafatıdır. Sizin üzünüzə tüpürmək yox ey, başınıza Xocalı müsübətini gətirmək lazımdır. Bu, gec-tez belə olacaq!
Dönüb çıxıb getdim.
Xocalı–xalqın ürək yarası
Xocalıda çox isti münasibətimiz olan və qızı Sarıngüllə bir məktəbdə işlədiyim kəndçimiz Kamran Kərimovun həyat yoldaşı Firəngülün döşlərini milçələrlə deşik-deşik edib öldürmüşdülər. Vaxtilə sevimli şagirdim olmuş oğlu Frunzun ailəsinin gözü qarşısında qurbanlıq kimi başını xırta-xırtla kəsmişdilər. Orta məktəb yoldaşım Dilarəni və onun oğlu Müşfiqi elə əzablarla öldürmüşdülər ki, indi də o işgəncələri xatırlayanda gözlərim yaşla dolur. Girovluqda cəhənnəm əzabını görmüş köhnə qapıbir qonşularım Əli və Ziba Nəcəfovların erməni yırtıcılığı və əxlaqsız-lığı haqqında danışdıqları, inanın, adamı dəli edə bilər. Ermənilər onların oğlu Məhərrəmi elə əclaflıqla qətlə yetirmişdilər ki, onun yanında “İŞİD” İslam Qruplaşmasının əzazilliyi muştuluğa layiqdir.
Ölüm Allah əmridir, amma belə ölüm yox! Qohumumuz Əli Orucovun oğlu Nəbinin, Bəylər Səmədovun oğlanları Həmidin və Tariyelin, ağsaqqal Rəhim Talıbovun və ailə üzvlərinin, Salman Hənifəyevin oğlu Möhübbətin və onlarla digər doğma adamlarımın başlarına gətirilənlər düşmənimin başına gəlməsin! Hələ digər filçəkməz ağrıları və acıları demirəm.
İkili standartlar müstəvisi
Azərbaycanın işğal olunmuş bütün yaşayış məntəqələrində bu qırğınların baisi olmuş Ermənistan indi dünyaya car çəkir ki, bizim günahımız yoxdur. Belə çıxır ki, “günah” 20 faiz torpağı işğal olunan, əhalisinin 1 milyondan çoxu öz dədə-baba torpaqlarından didərgin salınan, vətənini müdafiə edərkən minlərlə övladı qətlə yetirilən Azərbaycanındır. Sən bir allahsızlığa bax! Sən bir haqsızlığın, riyakarlığın dərəcəsinə bax! “Adımı qoyum sənə, qal yana-yana”. Bəzi ermənipərəst qüvvələr isə bu iftiranı ya açıq-aşkar, ya da gizlində dəstəkləyirlər. Həqiqətlər və ədalətli mövqe isə bəzi dairələrə sərf eləmir. Və bu maraqların məxzində hansı məqsəd dayanır, əlbəttə, Azərbaycan xalqına yaxşı məlumdur.
Yeni dünya düzənində–qloballaşan dünyada ikili standartlar müstəvisi təkcə Azərbaycan üçün deyil, bütün beynəlxalq aləm üçün çox təhlükəli tendensiyalara münbit şərait yaradan, müharibələrə, insan qırğınlarına, bir sözlə, dəhşətli faciələrə yol açan əsas amillərdən biridir. Dünyaya baxın. Görün hansı ölkələrdə qanlı olaylar baş verir? Hansı millətlər qan içindədir? Bu qırğınların əsas baiskarları kimlərdir?
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu günə qədər öz həllini tapmaması da məhz bu ikili münasibətlərin məntiqi nəticəsidir. Bunu bütün dünya bilir. Və ona görə də indi bir çox həqiqətpərəst ölkələr Azərbaycanın haqq səsini müdafiə edir, ona dəstək olur, Ermənistanın işğalçı ordusunun Dağlıq Qarabağ və onun ətrafındakı rayonlardan geri çəkil-məsini tələb edirlər. Lakin indiki status-kvodan Azərbaycana bir təsir vasitəsi kimi istifadə etməyə çalışanlar bu münaqişənin nizamlanmasına imkan vermirlər. Hətta BMT-nin 4 qətnaməsi də 20 ildən çoxdur ki, Ermənistan tərəfindən yerinə yetirilmir.
Azərbaycan tərəfi öz ərazi bütövlüyünü bütün imkanlardan istifadə etməklə qorumaq haqqını öz üzərində saxlayır. Lakin bu məsələyə yanaşma tərzi bir az yumşalmaq istəyəndə Ermənistan yenə qeyri-konstruktiv və aqressiv mövqe tutur, aranı qarışdırır.
Avropa ölkələri, Amerika, hətta NATO Ukraynada baş verən oxşar vəziyyətə qarşı “həyacan təbili” çalır, Rusiyaya qarşı müxtəlif sanksiyalar tətbiq edir, Ermənistana isə “gözün üstə qaşın var” demirlər. ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlar mövqeyindən çıxış edir, ona görə də uzun illərdir ki, məsələnin beynəlxalq hüquq çərçivəsində həllini yubadırlar.
Atalar deyib: “Arxalı köpək qurd basar”. Ermənistan öz havadarlarına və müxtəlif ölkələrdə olan erməni lobbisinə arxalanaraq Azərbaycan ərazilərində yeni-yeni cinayətlər törədir, öz “şivən”indən, şərindən və böhtanından əl çəkmir.
11 iyun 2014-cü il tarixdə üç nəfər azərbaycanlı öz doğma rayonları olan Kəlbəcərə ata-babalarının, qohum-əqrəbalarının qəbirlərini ziyarət etməyə gedəndə erməni yaraqlıları onlardan birini–Həsən Həsənovu qətlə yetirmiş, sonra qondarma məhkəmə quraraq Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il həbs cəzası vermişlər. Bəhanələri isə bu olmuşdur ki, guya sərhəddi (?) pozublar, bir erməni əsgərini öldürüblər (onlar silahsız olublar) və s. (Qeyd edim ki, Şahbaz Quliyevin anası 80 yaşlı Sənəm Quliyeva, bacısı İlhamə Quliyeva və digər yaxın qohumları bizim Tərtər rayonunun Qapanlı kəndində yaşayırlar və hadisədən az sonra biz Sənəm xala ilə görüşmüşük). Ağbirçək qadın indi də elə bilir ki, oğlu Şahbaz harasa işləməyə gedib, gələcək).
Bu ədalətsiz hadisəni Azərbaycan bütün dünya birliyinə çatdırsa da Ermənistana heç bir ciddi təsir göstərilmədi. Qəribədir, sən öz torpağında öz doğmalarının qəbrini ziyarət edə bilməzsən, ya səni öldürər, ya da həbs edərlər, günahı da sənin boynuna yıxarlar. Belə haqsızlığın cavabını verəndə isə yenə ermənilərin yalançı hay-küyü qalxır və şantaj maşını işə düşür. Necə ki, bizim igid əsgərlərimiz Ağdamda hava məkanına soxulan Ermənistan helikopterini məhv edəndə qarayaxma kampaniyasına başladılar.
Ədalətli mövqe
Prezident İlham Əliyev Münhen sammitində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında çıxış edərkən Ermənistan nümayəndələrinin Qarabağda ermənilərin itki vermələri ilə bağlı təxribat xarakterli suallarına çox məntiqli və ədalətli cavab vermişdir: “Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın. Irəvanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin özünüz üçün ölkənizdə kifayət qədər yeriniz var. Ermənistanda o qədər də çox insan qalmayıb. Sizin Ağdamda, Füzulidə nə işiniz var?”
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi üçün ölkə rəhbəri İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, ümumiyyətlə, öz xalqını, vətənini sevən təəssübkeş azərbaycanlıların hamısı gərgin iş aparırlar və bu əzmkarlığın nəticəsi olaraq dünya birliyinin bir çox ölkələri münaqişə ilə bağlı tarixi gerçəklikləri artıq bilirlər. Elə bir xarici səfəri olmayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərdən danışmasın.
Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınıb.
Azərbaycan diasporu əcnəbi ölkələrdə bu istiqamətdə yorulmadan işlər görür.
Ölkənin azad mətbuatı, televiziya, radio kanalları, bir çox sosial şəbəkələr, internet media bu sahədə nəzərəçarpacaq uğurlar qazanıblar və mübarizə daha da güclənməlidir.
I Avropa Oyunlarının tarixdə ilk dəfə Bakıda keçirilməsi Ermənistana daha ağır zərbə oldu. Azərbaycanın belə sürətli inkişafını gözü götürməyən bəzi ölkələr kimi Ermənistan da yenə erməni xislətinə uyğun qarayaxma kampaniyasına başladı. Onlar bu oyunların boykot edilməsinə çalışdılar. Amma Azərbaycan yenə öz ucalığında qaldı.
Ermənistanın işğalına məruz qalan torpaqlarımız və onların törətdikləri faciələr Azərbaycan xalqının ürəyində hələ də qaysaqlanmayan və qan sızan bir göynəmli yaradır. Biz istəyirik ki, sülh yolu ilə vətənimizin bütövlüyü təmin olunsun. Yoxsa Azərbaycan Ermənistanı öz yerində hərtərəfli oturtmağa qadirdir.
Bu yara mütləq sağalacaq və həmin günə lap az qalıb!
Tofiq Yusif,
(Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün).