Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 12İyn

    2015-ci ilin əvvəlinə Tərtər rayo-nunun əhalisinin sayı 775 nəfər və ya 0,8 faiz artaraq 101768 nəfər olmuşdur. Bu göstərici ölkə əhalisinin 1,1 faizini, Yuxarı-Qarabağ iqtisadi rayonunun əhalisinin 15,6 faizini təşkil edir. Əhalinin ümumi sayından 29,5 faizi şəhər, 70,5 faizi isə kənd sakinidir. Rayon əhalisinin 49,3 faizini kişilər, 50,7 faizini qadınlar təşkil edir. Hazırda 1000 kişiyə 1024 nəfər qadın düşür.
    Əhalinin yaş strukturu aşağıdakı kimidir. Əhalinin ümumi sayından 0-14 yaşda olanlar 23 faiz, 15-64 yaşda olanlar 66,2 faiz, 65 və yuxarı yaşda olanlar isə 10,8 faiz təşkil etmişdir. Əhalinin 27,1 faizi 14-29 yaşda olan gənclərdir.
    Əhalinin orta yaşı 31 yaş təşkil edir.
    2014-cü ildə rayonda 1284 körpə və ya hər gün təxminən 4 yeni kiçik vətəndaş dünyaya gəlib. Bu göstərici ölkə üzrə doğulanların 0,8 faizini, Yuxarı-Qarabağ iqtisadi rayon üzrə doğulanların 12,7 faizini təşkil edir.
    Doğulanlardan 53,2 faizini oğlanlar, 46,8 faizini isə qızlar təşkil edir. 2013-cü illə müqayisədə əhalinin hər 1000 nəfə-rinə hesabı ilə doğulanların sayı 17,4-dən 12,6-ya qədər azalmışdır. Doğulanların 7,7 faizi rəsmi nikahdan kənar doğulmuşdur.
    2014-cü ildə rayonda 503 ölüm qeydə alınmışdır ki, onlardan da 18 nəfəri 1 yaşa qədər ölən uşaqlardır. Ölənlərdən 122-i (24,3% -i) şəhərdə, 381-i (75,7 %-i) kənd yerlərində qeydə alınmışdır. 2013-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,1-dən 4,9-a qədər azalmışdır.
    Respublikada olduğu kimi, rayonda da ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəliklərindən, yeni törəmə-lərdən, tənəffüs və mədə orqanlarının xəstəliklərindən ibarətdir. Əvvəllər olduğu kimi körpə ölümünün əsas səbəbləri tənəffüs orqanlarının xəstəlikləri, perinatal dövründə əmələ gələn xəstəliklər, eləcə də yoluxucu və parazitar xəstəliklərdən ibarət olmuşdur.
    2014-cü ildə rayonda 677 nikah bağlanmış və 98 boşanma halları qeydə alınmılşdır.
    Rayonda əhalinin sayının artmasının qarşısını alan amillərdən biri də əhalinin miqrasiyasıdır.2014-cü ildə daimi yaşamağa rayona 273 nəfər gələn, 279 nəfər gedən qeydə alınmışdır. Rayon üzrə miqrasiyanın mənfi saldosu 6 nəfər təşkil edir.

    Müəllif: Redaktor, 11:12

    Teqlər:

İsmarıclar bağlıdır.