19May
İSLAM DÜNYASININ TƏƏSSÜBKEŞİ
Azərbaycanın son onillikdə bir çox sahələrdə qazandığı uğurlar dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. Ulu Öndər ölkədə bir çox sahələrdə olduğu kimi dini sahədə də problemləri ortadan qaldırdı.
Dövlətdin münasibətləri yeni mərhələyə qədəm qoydu. 70 illik bir zaman ərzində öz dinindən, adət-ənənəsindən ayrı düşmüş xalq bir boşluq içərisində idi. Belə şəraitdə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev yüksək dövlətçilik təcrübəsi nəticəsində bu sahədə dönüş yaratmağa nail oldu.
Ulu Öndər məscidlərə gedir, müəyyən dini mərasimlərdə iştirak edir, dindarlarla görüşür, dövlətin bu sahədə strateji xəttini izah edirdi. Uzaqgörən siyasətin nəticəsində dövlətdin münasibətlərində yaranmış uçurum aradan qaldırıldı, dinin birləşdirici gücündən maksimum istifadə edildi.
Ulu Öndər göstərdi ki, İslam həqiqətən də sülh, mehribanlıq və bərabərlik dinidir. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
19May
Hər bir cəmiyyətin sağlamlığı, onun qələcəyi böyüməkdə olan gənc nəslin milli tərbiyəsi ilə bağlıdır. Bu baxımdan gənclərin mənəviyyatca təmiz, vətənpərvər və fiziki cəhətdən sağlam böyümələri ölkəmizdə yeridilən gənclər siyasətinin əsasını təşkil edir.
Azərbaycanda bu siyasətin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər gənclərin tərbiyəsini ölkə üçün çox vacib olan məsələlərdən hesab edirdi. Heydər Əliyev deyirdi: “Gənclərimiz milli ruhda tərbiyə olunmalı, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq–budur, vətənpərvərlik”. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
10May
İnsan Ulu Tanrı tərəfindən yaradılmış canlı varlığın ən seçilmişi – ağlına, zəkasına, şüuruna görə fərqlənəni, bütün canlılardan çox ağrı-əzab çəkəni, bir damla suya, təmiz havaya, qəlb oxşayan sözə, ümidsiz anlarında Tanrıya, inanc yerlərinə, məlhəmverici bir əlin sığalına ən çox ehtiyacı olanıdır. Dərd insanı ağuşuna alanda, əlləri yerdən-göydən üzülən anında inanc yerlərinə can atar, orada son ümid işartısı tapar, bir ümid işığına bel bağlayar. Bu ümid yerləri–məscidlər, pirlər, ziyarət-gahlar, Seyid ocaqlarıdır. Belə inanc yerlərindən biri də xalq arasında çox böyük hörmətə sahib olan “Seyid Yusif ağa ziyarətgahı”dır.
Tanıdığım, dərd-sərindən xəbərim olan insanların çox az hissəsi var ki, Seyid Yusif ağanın mübarək nəfəsindən, bu ocağın müqəddəsliyindən söz açmasın, müşkül işinin əlacını bu ziyarətgahdan tapmasını söyləməsin. Elə mən özüm həmin ocağı dəfələrlə ziyarət etmişəm. Oradan qayıdarkən sanki dərddən yüngülləşmiş kimi olmuşam. Bu yazını hazırlayarkən təsadüf etdiyim müşahidələrimə güvəndim. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
31Mar
Həyat sübut edir ki, qadın həm yaşadığı cəmiyyətdə, həm də ailədə öz doğmalarının, yaxınlarının köməyinə arxalandıqda, potensial imkanlarından maksimum istifadə edə bilir. İlk zamanlar bu, ata-ananın, qardaş-bacının köməyi olur, sonra isə həyat yoldaşının və övladlarının. Qadın hiss etdikdə ki, çalışdığı sahədə onun gücünə, bacarığına inanırlar, daha da irəli gedə bilir. Kişilərlə bərabər çiyin-çiyinə ləyaqətlə çalışır cəmiyyətin fəxrinə, qürur mənbəyinə çevrilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Ana məfhumu minillərdən bəri xalqımızın təfəkküründə doğma yurdu, vətən torpağını və dilimizi təcəssüm etdirmişdir. Analarımız azərbaycançılıq məfkurəsinə sadiq layiqli övladların tərbiyəsi üçün üzərlərinə düşən vəzifənin öhdəsindən bu gün də şərəflə gəlirlər. İndi ürəyi ölkəmizə hədsiz sevgiylə dolu, vətəni ana qədər müqəddəs bilərək torpaqlarımızın hər qarışını qorumağa hazır olan, müstəqilliyimizlə yaşıd bir nəsil yetişmişdir. Bu, Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən böyük töhfəsidir”. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
15Mar
Xalqımızın ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoyur. Bayram münasibətilə şəhərimizin mərkəzi meydanında tədbir keçiriləcək. Meydanda qoyulmuş Novruzun rəmzi olan nəhəng səməni tərtərlilərdə xoş ovqat yaradır.
Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd edilir. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev bu bayram haqqında deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.
Ümummilli Lider ölkədə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra bu bayramın yüksək əhval-ruhiyyədə qeyd olunması üçün lazımi tədbirlər həyata keçirmişdir. Novruz bayramı dövlət səviyyəsində qeyd olunmağa başlamışdır. Bu, digər dövlət bayramlarından ona görə seçilir ki, Novruz təbiətdən gələn bayramdır, eyni zamanda, maddi vəziyyətindən asılı olmayaraq, hər bir insan onu qeyd edir. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
15Mar
NOVRUZ BAYRAMINDA ÖMRÜMDƏN ÖTƏNLƏRİ XATIRLAYIRAM
Novruz gəlir yurduma! Səmənili, güllü-çiçəkli, şəkərbura-paxlavalı, noğul-nabatlı, tonqallı Novruz! Bayramların ən qədimi, həm də gənci! Başqa bayramlardan ona görə daha çox fərqlənir ki, o günləri hamı həsrətlə, həm də böyük həvəslə gözləyir. Novruzun gəlişi ilə könüllərdə bir sevinc yaranır, qəmdən-kədərdən uzaq düşürsən. Novruz, sən bizləri ətrinlə, dadınla, təravətinlə yaşadırsan! Bəs görək, biz səni bu günümüzə kimi hansı adətlərinlə gətirib çıxarmışıq?
Novruz bayramı deyəndə 45-50 il əvvəli xatırlayıram. Günəşli, bir az da küləkli günləri yada salıram. Toxunma xarallarda saxlanılmış sap-sarı dənəvər buğda çadırların üstünə tökülüb, havaya verilərdi, gün əyilən vaxt xəlbirlərdən keçirilib sovrulardı. Beş çərşənbə qeyd edərdik. Birinci çərşənbəni “yalançı çərşənbə” adlandırırdılar. Yaxşı yadımdadır, nənəm və qonşuda olan yaşlı qadınlar sovrulmuş buğdanın bir hissəsindən mis məcməyilərdə səməni göyərtmək üçün buğda isladırdılar. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
15Mar
Azərbaycan xalqının milli-mənəvi dəyərlərini ta qədimdən indiyədək insanların yaddaşına həkk edən, adət-ənənələrimizi özündə yaşadan bayramlardan biri–ən əzizi Novruzdur.
Novruzun gəlişilə fəsil dəyişir, qış öz yerini yaza verir. Havalar isinir, torpaq oyanır, təbiət cana gəlir. Bu pərvəriş insanların qəlbində də yüksək əhval-ruhiyyə yaradır. Novruzun gəlişini bildirən əlamətlərin ən başlıcası sıralanıb bir-birini əvəz edən çərşənbələrdir. Bunların birincisi su, ikincisi od, üçün-cüsü yel, dördüncüsü torpaq çərşənbəsidir ki, bunlar bayramın gəlişini bildirir.
Novruzun gözəl adətlərindən biri də son çərşənbədə axşam “qulaq falı”na çıxmaq adətidir. İnsanlar həmin axşam niyyət tutaraq qonşusunun, qhumunun, həmkəndlisinin qapısına xəlvətcə gedər, içəridən kiminsə xoş söz danışdığını gözləyər. Hətta həmin axşam yaşlı ev sahibləri cavanlara deyərlər ki, yaxşı söz danışın ha, qapını pusan olar. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
15Mar
Novruz duyğuların, xoş arzuların, diləklərin, zəngin mənəviyyatın bayramıdır. Əsrlərin, qərinələrin süzgəcindən keçərək min illərdir xalqımızın adət-ənənələrini, məişətini, zəngin mədəni irsini özündə əks etdirərək yaşayır.
Yadımdadır, ağlımın hələ təzə-təzə kəsdiyi vaxtlarda babam evin arxasında axşamtərəfi kiçik bir ocaq qalayar, ailə üzvlərinin hamısını onun ətrafına toplayardı. Bu zaman onun üzündə sevincqarışıq bir həyəcan və təşviş də hiss olunardı. Mən ondan ocağı nə üçün qaladığını və bizi ətrafına nə üçün topladığını soruşduqda o, saçlarımı oxşayaraq: “Bu gün çərşənbədir, bala”– deyərdi.
Bu əziz bayrama vurulan siyasi damğa 1988-ci ildən eti-barən aradan qaldırıldı. Bununla da xalq öz əziz bayramını bütün təmtərağı ilə qeyd etməyə başladı.
Novruz yeni gün deməkdir. Novruzun gəlişi ilə öz oxu ətrafında fırlanan dünyada sanki həyat yenidən başlayır. Baharın gözəlliyi insanların ruhunu oxşayaraq onlarda gözəl duyğular, qurubyaratmaq həvəsi yaradaraq həyat eşqini alovlandırır. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
15Mar
Novruz şənliklərində ən çox ifa olunan rəqslərdən biri də “Yallı”dır. Yallı (Halay) türk və altay xalq mədəniyyətində mərasim rəqsidir. Həyatın enerjisini, həmrəyliyi, hərəkəti və ritmi özündə ehtiva edən bir oyundur.
Qədim zamanlarda heç bir biliyə malik olmayan, odun gücünə inanan insanlar ov zamanı hansısa bir vəhşi heyvanın ovlanması sevincini və ya müxtəlif tapıntıları, əldə etdikləri yeni nailiyyətlərini qeyd etmək üçün tonqallar qalayar, əl-ələ verib cərgə-cərgə, qrup halında odun ətrafında dövrə vuraraq müxtəlif rəqslər oynayardılar. Qədim dövrün bu adət-ənənələrindəki bəzi elementlər əsrlərin süzgəcindən keçə-keçə bu günü-müzədək gəlib çatmış və indi də “yallı”larımızın ifası zamanı istifadə olunmaqdadır.
Belə ki, keçmişdə günəşi, ayı, küləyi, odu və suyu müqəddəs sayan insanlar indi də baharın (Novruzun) gəlişini təntənə ilə qeyd edərək, bayram gününə kimi dörd çərşənbənin hər birində tonqallar yandırır, odun üstündən tullanır, əl-ələ verərək tonqal ətrafında “yallı” gedirlər. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
15Mar
ERKƏN NİKAH VƏ ONUN FƏSADLARI
Hər ailə özlüyündə bir cəmiyyətdir. Bu cəmiyyətin yazılmış və yazılmamış qanunları var. Bu qanunlar isə ailənin formalaşmasını və birgəyaşayış tərzinin davamlı, rahat olmasını şərtləndirən əsas meyarları özündə əks etdirir. Ailənin fərdləri bir-birini başa düşməli, bağışlamağı və güzəştə getməyi bacarmalıdırlar. Ailənin möhkəm təməli məhz bu dayaqlar üzərində qurulur. Həm də ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Əgər bir evdə mental dəyərlərə, adət-ənənələrimizə dərin hörmət yoxdursa, orada qarşılıqlı anlaşma, mehribanlıq və səmimiyyət gözləməyə dəyməz. Çünki bu meyarlar məhz milli-mənəvi dəyərlərə əsaslanır.
Ağıllı kəs müasirliyin və yeni dünya düzəninin əleyhinə gedə bilməz və getsə də özünü pis, gülünc bir vəziyyətdə qoymuş olar. Bu isə, əlbəttə, arzuolunmazdır. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
Yeni ismarıclar