Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 15Mar

    Xalqımızın ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoyur. Bayram münasibətilə şəhərimizin mərkəzi meydanında tədbir keçiriləcək. Meydanda qoyulmuş Novruzun rəmzi olan nəhəng səməni tərtərlilərdə xoş ovqat yaradır.
    Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd edilir. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev bu bayram haqqında deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.
    Ümummilli Lider ölkədə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra bu bayramın yüksək əhval-ruhiyyədə qeyd olunması üçün lazımi tədbirlər həyata keçirmişdir. Novruz bayramı dövlət səviyyəsində qeyd olunmağa başlamışdır. Bu, digər dövlət bayramlarından ona görə seçilir ki, Novruz təbiətdən gələn bayramdır, eyni zamanda, maddi vəziyyətindən asılı olmayaraq, hər bir insan onu qeyd edir.
    Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin layiqli varisi kimi ölkəmizdə Novruzun yüksək səviyyədə qeyd olunmasına, həmçinin xaricdə yaşayan azərbaycanlılar arasında bu qədim adətin yaşadılmasına çalışır. O deyib: “Harada yaşamasından asılı olmayaraq, bu bahar bayramını bütün azərbaycanlılar dərin məhəbbət və ehtiramla qeyd edirlər. Qoy onların bu hissləri dünya azərbaycanlılarının doğma vətənə, ana dilinə və el-obalarına əbədi bağlılıqlarını daha da gücləndirsin”.
    2010-cu ildə BMT-nin Baş Məclisi martın 21-ni “Beynəlxalq Novruz Günü” elan etmişdir.
    Zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini daha da möhkəmləndirən Novruz bayramı xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hissləri doğurur.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:07

    Teqlər:

İsmarıclar bağlıdır.