Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 15Mar

    DSC_9350 (Копировать)Novruz şənliklərində ən çox ifa olunan rəqslərdən biri də “Yallı”dır. Yallı (Halay) türk və altay xalq mədəniyyətində mərasim rəqsidir. Həyatın enerjisini, həmrəyliyi, hərəkəti və ritmi özündə ehtiva edən bir oyundur.
    Qədim zamanlarda heç bir biliyə malik olmayan, odun gücünə inanan insanlar ov zamanı hansısa bir vəhşi heyvanın ovlanması sevincini və ya müxtəlif tapıntıları, əldə etdikləri yeni nailiyyətlərini qeyd etmək üçün tonqallar qalayar, əl-ələ verib cərgə-cərgə, qrup halında odun ətrafında dövrə vuraraq müxtəlif rəqslər oynayardılar. Qədim dövrün bu adət-ənənələrindəki bəzi elementlər əsrlərin süzgəcindən keçə-keçə bu günü-müzədək gəlib çatmış və indi də “yallı”larımızın ifası zamanı istifadə olunmaqdadır.
    Belə ki, keçmişdə günəşi, ayı, küləyi, odu və suyu müqəddəs sayan insanlar indi də baharın (Novruzun) gəlişini təntənə ilə qeyd edərək, bayram gününə kimi dörd çərşənbənin hər birində tonqallar yandırır, odun üstündən tullanır, əl-ələ verərək tonqal ətrafında “yallı” gedirlər.
    Bu rəqs ümumi şəkildə qəhrəmanlığı, gəncliyi və cəldliyi özündə tərənnüm edir. Azərbaycanın görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəyli “Yallı” haqqında deyib: “Burada çox intişar edən “yallı” forması bütün bir elin, bir obanın kollektiv surətdə öz sevinc duyğularını, bacarıq və istedadını təmsil edən əzəmətli bir yaradıcılığın parlaq təzahürüdür”.
    Yaranışından ta bu günə kimi “Yallı” xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini, qorxmazlığını və birliyini özündə əks etdirmişdir.
    Uzun illərdir ki, rayonumuzun İrəvanlı kəndində məktəblilərdən ibarət “Yallı” folklor rəqs qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri əməkdar müəllim Afaq Xəlilovadır.Tərtərdə keçirilən bütün bayram şənliklərində “Yallı” qrupunun çıxışları alqışlarla qarşılanır.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:53

    Teqlər:

İsmarıclar bağlıdır.