28Sen
Qurban bayramı islam dinində müqəddəs bayram- lardan biridir. Sovet rejimi dövründə xalqımız bu mərasimləri açıq şəkildə keçirə bilmirdi. Müstəqil Azərbaycanda Qurban bayramı dövlət səviyyəsində qeyd olunur. Həmin günlərdə varlılarla kasıblar arasında fərq götürülür, bütün evlərdə bayram süfrələri açılır.
Bu il rayonumuzda Qurban bayramına hazırlıq bir neçə gün əvvəl başlanmışdır. Bayram günündə isə bütün dini qaydalar gözlənilmək şərtilə heyvanların kəsimi aparıldı. Daha ətraflı »
Teqlər: Xəbərlər
28Sen
Milli müsiqimizin yubileyi ərəfəsi idi. Bununla bağlı nə isə yazmaq fikrinə düşmüşdüm. Düşünürdüm ki, bizim xalqın çox qədim musiqi tarixi var. Analarımızın laylaları kimi iliyimizə işləyən muğamlarımız, aşıq havalarımız, bəstəkar və xalq mahnılarımız var. Daha ətraflı »
Teqlər: Mədəniyyət
28Sen
Dilimizin şirinliyi bal kimidir. Bu dil bizə ana qədər doğmadır, müqəddəsdir. Ona görə də tarixin sınağından adlayıb bu günümüzə gəlib çatan dilimizə “Ana dili” deyirik. Anamız bizim üçün nə deməkdirsə, dilimiz də o deməkdir. Sən ananın qeyrətini necə çəkirsənsə, ona hansı ehtiramla yanaşırsansa, dilimizə də münasibətin o cür olmalıdır.
Şah İsmayıl Xətai bu məhəbbəti görün hansı uca mərtəbədən və hansı doğmalıqla dəyərləndirib: “Ey türk oğulları, bir ovuc torpağımızı dünyanın var-dövlətinə, dilinizin bir sözünü ləl-cəvahirata dəyişməyin.” Daha ətraflı »
Teqlər: Ədəbiyyat
28Sen
“Kainat” Tədris Mərkəzi 1993-cü ildə Bakı şəhərində təhsil və sosial layihə kimi təsis olunub. Mərkəz azyaşlıların məktəbəqədər, orta məktəbə şagird, ali məktəbə abituriyent, magistraturaya tələbə, dövlət qulluğuna kadr hazırlığı, xarici dil kursları, eləcə də müxtəlif yaş qruplarına aid məntiq və təfəkkürün inkişafına yönəlmiş çoxşaxəli tədris prosesini cəmləşdirən bir təşkilatdır. “Kainat” Tədris Mərkəzi Bakıda beş filial olmaqla ölkənin müxtəlif regionlarında filial və nümayəndəliklə fəaliyyət göstərir. Kursun qəbul imtahanına hazırladığı məzunlar adətən 600-dən yüksək bal toplamaqla seçilirlər. Daha ətraflı »
Teqlər: Xəbərlər
28Sen
Tərtər saf havasına, suyuna və gözəl təbiətinə görə Azərbaycanın rayonları arasında həm seçilən, həm də çox sevilən bölgələrdəndir. Təsadüfi deyil ki, yay aylarında rayonumuzun əhalisi xeyli artır. Bunu bazarda, həmçinin mağazalarda alış-veriş edənlərin sayının artmasında da müşahidə etmək mümkündür. Daha ətraflı »
Teqlər: Digər
28Sen
Məlumdur ki, dinimiz bizim milli-mənəvi dəyərlərimizin ən önəmli ünsürlərindən biridir. Xalqımız 70 il kommunist rejimində ateist təbliğatın aparıldığı bir şəraitdə yaşasa da öz dini dəyərlərini unutmamış, onları gizli də olsa yaşatmışdır. Lakin bununla belə o dövrdə dini dəyərlərimizin zədə aldığı da bir reallıqdır. Təsadüfi deyildir ki, Sovetdən əvvəl Azərbaycanda neçə min məscid, mədrəsə, təkkə olduğu halda müstəqilliyimizi yenidən əldə edəndə cəmi 17 məscidimiz vardı. Bu, Sovet rejiminin dinlə mübarizəsinin nə qədər amansız olduğunu göstərir. Daha ətraflı »
Teqlər: Digər
28Sen
Son dövrlərdə dünyada siyasi gərginlik getdikcə artmaqdadır. İraq və Əf-qanıstanın ardınca Suriya və Liviya kimi bir vaxtlar sabitliyin hökm sürdüyü ölkələr bəzi dövlətin müdaxiləsi nəticəsində indi qan çanağına dönüblər. Bu ölkələrdə sabitlik pozulub, iqtisadiyyat dağılıb, əhali qaçqına çevrilib, milli sərvətlər isə talan edilir. Daha ətraflı »
Teqlər: İqtisadiyyat
28Sen
Dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz yüksəliş dövrünü yaşayır. Çünki ölkədə qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəldilmiş tədbirlər diqqət mərkəzində saxlanılır. Xüsusən də cari ilin “Kənd təsərrüfatı ili” elan edilməsi, fermerlərə ayrılan subsidiyaların, güzəştlərin artırılması bu sahədə işlərin surətlənməsinə səbəb olub. Elə cari ildə kəndimizdə bol taxıl, pambıq, şəkər çuğunduru istehsal edilməsi buna əyani sübutdur. Daha ətraflı »
Teqlər: Digər
28Sen
Avropa Parlamenti I Avropa Oyunları ərəfəsində də antiazərbaycan kampaniyasını gücləndirmiş və ölkəmizi gözdən salmağa çalışmışdır. Bunun nəticəsini hamı gördü. I Avropa Oyunları dünya idman tarixinə qızıl hərflərlə yazıldı.
Indi də ölkəmizdə keçiriləcək parlament seçkiləri qarşısında bizi istəməyən qüvvələr yenə də fəallaşıblar. Hər kəsə aydındır ki, burada erməni lobbisinin əli var. Məhz onların təsiri ilə dünyanın bəzi ölkələri Azərbaycana ikili standartlar mövqeyindən yanaşırlar. Daha ətraflı »
Teqlər: Digər
28Sen
Uzun illər Tərtərdə yaşayan qeyri millətin nümayəndəsi kimi deyə bilərəm ki, Azərbaycan bütün dünyaya tolerantlıq nümunəsi göstərir, hansı millətə, dinə mənsub olmasına baxmayaraq, burada hamıya eyni münasibət, hörmət bəslənilir. Bizdən fərqli olaraq Ermənistan vətəndaşları ölkədən qaçıb digər yerlərə, o cümlədən Azərbaycana üz tuturlar. Bunun daha bir təsdiqi Ermənistan ”Milli Azadlıq Hərəkatı”nın lideri Vaqan Martirosyanın Azərbaycandan siyasi sığınacaq istəməsidir. Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar