Biz yeni texnologiyalar əsrində yaşayırıq: hər şey inkişaf edir – səhiyyə, mədəniyyət, nanotexnologiyalar. Artıq süpürgədən istifadə etmirik, qab-qacağı, paltarı özümüz yumuruq. Biz özümüz etmədiyimiz işlərin siyahısını artırmaq da olar. Qəzetlərdə oxuduğumuz və televiziyadan eşitdiyimiz reklamlarda isə pulunuza uyğun olaraq hər cür arzunuzun yerinə yetiriləcəyi barədə vədlər eşidirsiniz – ərinizi qaytaracağam, qaynananızı daha mehriban, qocalığınızı təminatlı edəcəyəm, bəxtinizin bağlılığını açacağam və s. Əvvəlcə ondan başlayaq ki, pulsuz pendir yalnız tələdə olur. Bu cür elanlar yalnız gülüş və təəccüb doğurur. Mən ekstrasenslərin, baxıcıların və digər belə insanların əleyhinə deyiləm. Ona görə ki, əgər bizim zəmanədə onlar varsa, deməli, onlara yer də var. Ancaq heç də hər özünü təbib adlandıran əslində belə deyil. Mən bütün bunlara tənqidi yanaşıram. Yəqin, ciddi xəstəliyi olan insanın baxı-cılara müraciət etməsi axmaqlıqdır. Bu işə öz sağlamlıqlarını, pullarını, vaxtlarını sərf edirlər. Müxtəlif otlar, bıçaqlar, yaxud da daha yaxşı, qadınlar üçün ilan zəhərini icad ediblər, sizə xoş gəlməyən insanı öldürə də bilər. Yəqin bu, kimdənsə xilas olmağın ən sadə yoludur, heç killer də tutmaq lazım deyil, artıq xərcdir, bu, mən gördüklərimin , eşitdiklərimin yarısıdır.
Niyə qadınları deyirəm, ona əminəm ki, bütün bu reklamlara ən çox qadınlar fikir verirlər. Televiziyada hansısa bir ciddi sifətli ekstrasensi gördükdə qadınlar dərhal düşünürlər ki, bu, onların daha gözəl, ağıllı olmaları, problemlərdən qurtulmaları üçün yeganə şansdır və dərhal qəbula yazılırlar. Buna təəccüblənmək də lazım deyil, hədər yerə onları “ zəif cins ” adlandırmırlar ki ?
Sizi əmin edirəm ki, bu personajların heç biri sizin həyatınızı dəyişdirə bilməz və əgər özünüzün həyatınızda baş verənləri həll etməyə başlasanız görəcəksiniz ki, hər bir problemin öhdəsindən gəlmək mümkündür. Hər bir qaynana ilə, gəlinlə dil tapmaq olar, buna səbr lazımdır. Əgər siz qaynananıza hörmət etmirsinizsə, onunla ümumi dil tapa bilmirsinizsə, gəlininiz bunların hamısını ananıza qarşı edəcək. Bütün bu nostradamuslar bizim hər birmiz kimi adi insanlardı. Onlar adətən gözəl psixoloqdurlar və buna görə də insanların inamını qazana bilirlər. Onlara müraciət edənlərin əksəriyyəti də zəif iradəlilərdir. Heç düşünmürlər ki, əgər baxıcılar hər şeyi bacarırlarsa, elə öz həyatlarını təmin edərdilər. Başqalarının problemləri ilə məşğul olmazdılar. Bu insanların özləri isə deyirlər ki, onların vergisi Allahdan gəlir, insanlara kömək etməlidirlər, bu, Allah vergisidirsə, onda heç kim bu işdən ötrü qiymət qoymamalıdır. Sadəcə kömək etməlidir. Əlbəttə, bəzən elə olur ki, sizin yaxınınız xəstədir, səhiyyə gücsüzdür və onu xilas etməkdən ötrü siz saman çöpündən yapışırsınız, daha düşünmürsünüz ki, kimsə dərdinizdən sui-istifadə edə bilər. Sənə doğma olan adamın gözlərinin qarşısında əriməsi və sənin gücsüzlüyünlə barışmaq çətindir. Ancaq Allaha dua etmək, ondan qorxmaq lazımdır. Yalnız ona yalvarmaq və ondan kömək gözləmək gərəkdir. Harasa, ki-məsə müraciət etməmişdən əvvəl düşünün, bu, sizə lazımdır, yoxsa yox?
Könül Quliyeva